Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1246/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “tikinti işlərinin dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “tikinti işlərinin dayandırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsində Cavabdeh tərəfindən tikinti işlərinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı başçısının Bilgəh qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-18-3/2- 1390/2023 saylı məktubda Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsində qanunsuz tikinti işlərinin getdiyini bildirilmiş və məsələ ilə bağlı müvafiq tədbir görülməsi xahiş olunmuşdur. Cavabdehə tikinti işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq olunsa da, o, buna məhəl qoymayaraq tikinti işlərini davam etdirir. Məsələ ilə bağlı İddiaçı qəsəbə nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə, müvafiq akt tərtib edilərək vətəndaşa xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı 10.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə "ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. Həmin Qərarın 10.2-ci bəndinə əsasən ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Qərarın 10.3-cü bəndinə əsasən "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Həmin Qərarın 10.4-cü bəndinə əsasən ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: Maddə 3. Yerli icra hakimiyyəti başçısının vəzifələri Maddə 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: Maddə 3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:
1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;
2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;
3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;
4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;
5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçı inzibati orqan olan İddiaçı cavabdehlərə qarşı özbaşına tikilinin dayandırılması tələbi ilə çıxış edir. Göründüyü kimi, tərəflər arasında olan mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəlir və belə olan halda həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “tikinti işlərinin dayandırılması” tələbinə dair iddia ərizənin icraata xitam verilsin. İddiaçıya özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati məhkəmədə iddia qaldırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməli olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli