Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-125/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən cavabdehlə aralarında bağlanmış şifahi alqı-satqı razılaşmasına görə Cavabdeh ödənilmiş 8000 min manat, Bakı şəhəri, Türkan qəsəbəsi, 58,64 kv m yaşayış sahəsi, 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evində aparılmış təmir- tikinti işləri, eyni zamanda həyətyani sahədə inşa edilmiş tikili və qurğular və həyətyani sahədə aparilmış abadlıq işləri üçün xərclənmiş 49011,95 manat məbləğində maddi ziyan və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 264 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildən Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv m yaşayış sahəsi, 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsində yaşayır. Ev xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. 2010-cu ildə ona bildirmişdir ki, evi satmaq fkiri vardır. O, həmin evi özünə almaq istədiyini Cavabdeh bildirdi. 2010-cu il tarixdə aralarında şifahi razılaşma olmuşdur. Şifahi razılaşmaya əsasən evin alınması üçün Abuzərə 20000 manat verməli idi. Evi almaq üçün ilkin olaraq cavabdehə 2010-cu ilə 8000 manat pul vermişdir. Bu halı cavabdehin özüdə etiraf etmişdir (Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarxli e- 2(003)-2279/2022 saylı qətnaməsində qeyd olunmuşdur). Həmin ildə o, Abuzərə aralarında razılaşdırılmış məbləğin 12000 manat qalan hissəsini vermək istəsə də, Abuzər Bakı şəhərində olmadığından pulu ona verə bilməmişdi. Sonradan 2020-ci ildə Abuzər ondan 60000 manat pul tələb etdi. İddiaçı bundan imtina edərək razılaşmanın 20000 manat məbləğində olduğunu dedi və Abuzərə 12000 manat verməyə hazır olduğunu bildirdi. Heç bir zaman 60000 manat məbləğində razılaşma olmamışdır. Onunla cavabdeh arasında faktiki olaraq ilkin alqı-satqı razılaşması bağlanmışdır. Cavabdeh şifahi alqı-satqı razılaşması üzrə öz öhdəliklərini vaxtında və tam yerinə yetirməməsinə baxmayaraq iddiaçı yenə də evin qalıq dəyərini razılaşmaya uyğun olaraq notarial qaydada alqı-satqı etdikdən sonra cavabdehə verməyi dəfələrlə təklif etmiş, Abuzər isə bundan yayınmışdır. Cavabdehlə dəfələrlə profilaktik söhbət aparmağına baxmayaraq artıq o, evi satmaqdan imtina etdiyini, evin onun mülkiyyətinə heç vaxt keçirməyəcəyini bildirmişdir. Cavabdeh ona qarşı həmin bağ sahəsindən çıxarılmağı, mənzil və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarxli e-2(003)-2279/2022 №-li qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. İddiaçı cavabdehlə razılaşdığı şərtlərə uyğun olaraq və cavabdehin vədlərinə etimad edərək həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində əsaslı təmit-tikinti işləri aparmış, eyni zamanda həyətyani sahədə tikili və qurğular inşa etdirmiş, həmçinin tərəfindən həyətyani sahədə abadlıq işləri aparmışdır. Görülmüş işlərə 49011,95 manat məbləğində pul vəsaiti xərcləmişdir. Hal- hazırda həmin ünvanda yaşayır. Cavabdeh iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 58,64 kv m sahəsi olan mənzil və 2628,0 kv m torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq məhkəmədən cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmiş, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 58,64 kvm sahəsi olan mənzilin və 2628,0 kvm torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xəzər Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş və 2024-cü ilin yanvar ayında həmin qətnamə icra olunmuşdur. İddiaçı kömək məqsədi ilə bağ sahəsinə buraxmış, ailəsinin yaşamasına icazə vermiş, onlar isə orada kartof, göyərti əkmiş, onları və həyətdəki meyvələri satıb, boş otaqları kirayəyə verib qazanc əldə etmiş, icazəsiz pomidor istixanası quraşdırmış, evin daxilində olan mebellər, mitillər, soyuducu və sairdin əsər əlamət qalmamışdır. Özü 2000-ci il tarixdə zəlzələ vaxtı iki gecə həmin bağ evində qalıb, 28 il İddiaçı ailəsi ilə orada yaşamış, evə qəsdən ziyan vurmuş və dağıtmışdır. Əslində cavabdeh tez-tez gedib gələ bilmədiyindən oranı satmaq istəmiş, 2010-cu ildə bir müştəri 80000 manata almağa razı olmuş, lakin İddiaçı almaq istədiyindən 60000 manata ona satmağa qərar vermiş, 2012-2013-cü ilə qədər ondan beh almış, sonra o, pul tapa bilmədiyini və 45000 manat pul verə biləcəyini bildirmiş, sonradan 25000 min manat deyəndə Akifə «sənin bu torpağı almağa gücün çatmır və yalanadan mənim torpağımı vaxt uzatmaqla özündə saxlayırsan ki, satmayım, bizim danışığımız alınmır və bağ sənə satmıram” demiş, behi qaytarmağı təklif etmiş və bağın boşaldılmasını xahiş etmiş, lakin o, çıxmamış, cavabdeh də humanistliyindən çıxartmış, lakin 2019-cu ildə artıq ondan şübhələnməyə başlamış, çünki onun tərəfindən torpağın bir hissəsini satmağı cəhd etdiyini bilmişdir. Bundan əlavə o, texpasportla və kupca ilə təsdiqlənən 26.5 sot torpaq sahəsindən 3 sot torpağı qeyri rəsmi şəkildə qonşuya satmış və hasarın yerini dəyimişdir. Xəzər rayon İcra və probasiya şöbəsi tərəfindən qeyd olunan sahəyə dair xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, texniki pasportda təsdiqlənən aşağıdakı bir çox tikililərin və yaşıllıqların olmaması aşkar edilmişdir. İddiaçı tərəfindən ona ümumilikdə 100000 manatdan çox ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv m yaşayış sahəsi və 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ Cavabdeh xüsusi mülkiyyətindədir (Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM Ns000026 saylı qeydiyyat vəsiqəsi). İddiaçı 25 ildən artıq olaraq həmin bağ evində ailəsi ilə birlikdə yaşamışdır (işin mübahisəsiz halı). Cavabdeh Xəzər rayon məhkəməsində iddia qaldıraraq İddiaçı həmin bağ evindən çıxarılmasını xahiş etmiş, Məhkəmənin xx.xx.2022-ci il tarxli e-2(003)-2279/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarxli qətnaməsi ilə onun iddiası təmin edilmiş, İddiaçıya məxsus həmin bağ evi və torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzilin və torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi, İddiaçı həmin bağ sahəsindən istifadə ilə bağlı Cavabdeh maneələrin yaradılmasının qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə adıçəkilən qətnamə dəyişdirlmədən saxlanılmış və qanuni qüvvəsini almış, qətnamə artıq icra edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarxli qətnaməsindən tərəflərin aşağıdakı məzmunda izahatları verdikləri görünür: Cavabdeh evi 60000 manata İddiaçı satmaq istədiyini, sonuncu ona cəmi 8000 manat verdiyini, 2020-ci ildə sonuncunun ona 12000 manat təklif etdiyini, həmin məbləği qəbul etmədiyi barədə; İddiaçı 2010-cu ildə 8000 manat pul verdiyini, sonra ondan əlavə olaraq 12000 pul istənildiyini, 2020-ci ildə 12000 manatı vermək istədiyini, lakin Cavabdeh həmin pulu qəbul etmədiyi barədə. Beləliklə işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh evi İddiaçı satmaq istəmiş, sonuncu ona 8000 manat pul vermişdir. Lakin İddiaçı evi 20000 manata satılmağına dair razılaşmanın olması barədə sübut məhkəməyə təqdim etməmişdir. Hazırda İddiaçı iddia eldir ki, həmin evdə əsaslı təmit-tikinti işləri aparmış, həyətyani sahədə abadlıq işləri aparmış, bu işlərə 49011,95 manat vəsait xərcləmişdir, həmin pulun, eyni zamanda verdiyi 8000 manatın cavabdehdən onun xeyrinə tutulmasını istəyir. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən ekspretiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.22024-cü il tarixli 10/7028 №-li ekspert rəyindən tədqiq olunan ərazidə aşağıdakı tikililərin inşa edildiyii görünür: bir ədəd 17.0 metr uzunluqda 3.0 metr enində 2.0 metr hündürlükdə tövlə, bir ədəd 2.20 metr uzunluqda, 2.2 metr enində 2.0 metr hündürlükdə ayaqyolu; 18.0 metr uzunluqda 3.0 metr enində olan otağın divarları 0.20 m qalınlıqda mişar daşı ilə hörülmüş fərdi yaşayış evi. Ekspert tərəfindən həmin tikililər 12275 manat, evinin həyətyanı torpaq sahəsində aparılmış tikinti və təmir işlərinin dəyərinin 2726 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Aparılmış təmir- tikinti, abadlıq işləri üçün xərclənmiş 49011,95 manatın tutulmasına dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edildiyi kimi, tərəflərin arasında hər-hansı rəsmi müqavilə münasibətləri olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma barədə müddəlara söykənərək cavabdehə qarşı pul tələbi barədə iddia irəli sürmüşdür. Həmin Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin, hazırki münasibətlərdə cavabdeh hüquqi əsası olmadan iddiaçının hesabına əmlak əldə etməmişdir. Qeyd edildiyi kimi, cavabdeh mübahisəli əmlakın mülkiyyətçisidir, iddiaçı həmin əmlakda yaxşılaşdırma işləri apararkən faktiki olaraq özü üçün şərait yaratmış və 25 ildən çox müddətdə heç bir vəsait ödəmədən həmin əmlakdan yararlanmış, həmin işləri cavabdehin göstərişi və ya icazəsi ilə aparmamışdır. Qeyd edildiyi kimi, ekspert tərəfindən həmin işlərin dəyəri 15000 manat (12275 + 2726) dəyərində müəyyən edilmişdir. Əgər iddiaçı 25 il ərzində hər ay ən azı 100 manat kirayə haqqı ödəmiş olsaydı, 30000 manat xərci çıxmış olardı (100 manat x 12 ay x 25 il). Odur ki, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmamışdır və həmin tələb edilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. 8000 manatı tutulmasına dair məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh 8000 manatın beh kimi verilməsini qeyd edir. Mülki Məcəllənin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir( ikinci və üçüncü cümlə xx.xx.2022-ci il tarixdə alavə edilmişdir). 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, tərəflərin arasında rəsmi alqı-satqı müqaviləsi bağlanmış olmasa da, faktiki aralarından belə bir müqavilə bağlamaq niyyətinin olması işin mübahisəsiz halıdır. Qeyd edildiyi kimi, beh baradə tərəflərin arasında yazılı formada bağlanmış müqavilə mövcud olmamışdır (münasibətdlər yaranan zaman qüvvədə olan 491.2-ci maddənin tələbi). Belə olan halda, cavabdeh də bunun beh olmasını sübut edə bilmədiyinə görə məhkəmə həmin məbləği avans kimi qiymətləndirir. Cavabdeh könüllü olaraq evini iddiaçıya vermiş, ona qarşı hər-hansı pul tələbi barədə iddia irəli sürməmişdir, bu əsasdan məhkəmə hesab edir ki, alqı-satqı alınmadığına görə həmin alqı-satqı üçün ödənilmiş avans geri qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia 8000 manatın tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 264 manat dövlət rüsumunun 100 manatı (8000 manat görə nəzərdə tutulan rüsum) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 164 manatı isə iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, məhkəmə hesab edir ki, ekspertiza barədə vəsatət iddiaçı tərəfindən verildiyinə 100 manat ekspertiza tədqiqatının dəyiri məhz iddiaçıdan tutulmalıdır. Belə ki, həmin Məcəllənin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Beləliklə, məhkəmə işin hallarına məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8000 manat və 100 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, 164 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 100 manat ekspertizanın dəyəri iddiaçıdan tutulub məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8000 manat və 100 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 164 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertizanın dəyəri iddiaçıdan tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-125/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-125/2025
03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver