Məhkəmə qərarları › İş №2(008)-1251/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1251/2022

17.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1251/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağın dəyəri olan 637,91 manat məbləğində pul vəsaitinin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan məhkəmənin hAZırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsi və mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, hAZırkı mülki iş üzrə cavabdehin elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli, 1(103)- 1646/2018 saylı qərarına əsasən, Cavabdeh AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 1 il 3 ay müddətinə AZadlıqdan məhrumetmə cəzası, 2 il müddətinə AZadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və üzərində qəti olaraq 1 il 8 ay müddətinə müddətinə AZadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrası Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvaə edilmiş və Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Kərəmli küçəsində yerləşən evi hər gün saat 24:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İddiaçı Bakı şəhər Probasiya İdarəsinin iddia ərizəsinə əlavə etdiyi, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 18.01.2021-ci tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 27.12.2018ci il tarixli, 1(103)-1646/2018 saylı qərarına əsasən AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə AZadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh cəzanı çəkib qurtardıqdan sonra şöbəsinin qeydiyyatından çıxarılmışdır. Dolayısı ilə, Cavabdeh, iddiaçının cavabdehin yaşayış yeri kimi Sabunçu rayonunun ərAZi hüdudları olması barədə istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli, 1(103)-1646/2018 saylı qərarı ilə müəyyən edilmiş 1 il 8 ay müddətinə AZadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmışdır. İddiaçı Bakı şəhər Probasiya İdarəsi isə Cavabdeh hAZırda yenə Sabunçu rayonu ərAZisində yaşadığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Əksinə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından (elektron məhkəmə informasiya sistemindəki bAZa məlumatlardan) görünür ki, Cavabdeh hAZırda ünvan 1i ünvanında qeydiyyatdadır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhər Probasiya İdarəsinin iddia tələbinə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Belə ki, AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, ərAZi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün cavabdehin hAZırda qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(008)-1251/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar