Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1266/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «NİKOYL» X1 (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2014-cü il tarixli 17-A-1-0-463-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3671 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 19.02.2019-cu il tarixə ödənilməmiş 2659,72 manat faiz borcu həmin günə hesablanmış 2334,67 manat dəbbə pulu, ümumilikdə 8665,39 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534390 ban,211133182DFCX0044 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «NİKOYL» X1 (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında 19 fevral 2014-cü il tarixli 17-A-1-0-463-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5,1.6 və 1.11-ci bəndlərinə əsasən illik 17 % hesablanmaqla 60 aylıq müddətə cavabdehə 11800 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534390 ban,211133182DFCX0044 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 19.02.2014-cü il tarixli 17-A-1-0-463-14 saylı kredit müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 23 600 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan qyed olunan avtomobildir. Kredit müqaviləsinə əlavə olunmuş «Ödəniş cədvəli»nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 294 manat, ümumilikdə 17574 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən banka sonuncu ödəniş 27.02.2019-cu il tarixdə 200 manat məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş «Ödəniş cədvəli»nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmçinin Cavabdeh kredit borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmüşdür. Lakin, cavabdeh qeyd olunan Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti 30.12.2019-cu il tarixədək Banka heç bir müraciət etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). «NİKOYL» X1 (İddiaçı ASC) 6 saylı filialı (sonradan-Bank) ilə Cavabdeh arasında 19 fevral 2014-cü il tarixli 17-A-1-0-463-14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 17 % hesablanmaqla 60 aylıq müddətinə 11800 manat məbləğində kredit verilmiş, ödəniş cəçdvəli tərtib olunmuşdur. «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobi Cavabdeh mülkiyyətindədir (AC 211913 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti) Kredit müqaviləsinə əsasən öhdəliyin icrasının təmini məqsədi ilə Bank ilə cavabdeh arasında 19.02.2014-cü il tarixli 17-A-1-0-463-14 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobin 23 600 manat məbləğində qiymətləndirilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi cavabdehə mülkiyyət hüququ əsasında məxsus «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil Baş Dövlət Yol Polis İdarsində qeydiyyata alınmışdır (Baş Dövlət Yol Polis İdarsi tərəfindən veriilmiş 20.02.0214-cü il tarixdə AA 117546 №-li ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surəti). Bank tərəfindən Cavabdeh borcu Cavabdeh borcu ödəmədiyi üçün tutmaının ipoteka predmeti olan «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobiə yönəldilməsi haqqında cavabdehə ünvanlanmış 08.10.2020-ci il tarixli göndərilmiş bildiriş ünvan bağlı olduğu üçün geri qaytarılmışdır. Bank tərəfindən Aəzrbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə bildirişin qeydə alınmasına dair ərizə göndərilmişdir (Bank tərəfindən Baş Dövlət Yol Polis İdarsinə 12.10.2020-ci il tarixli ərizə). Cavabdeh Banka 19.02.2019-cu il tarixə ödənilməmiş 3671 manat əsas, 2659,72 manat faiz, 2334,67 manat cərimə, 8665,39 manat kredit borcu təşkil edir (Bank tərəfindən verilmiş 17.02.2019-cu il tarixli maliyyə arayışı). Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəlləsinin 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh Bankdan aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda iddianın tələbin təmin olunmuş hissəsinin ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia 2334,67 manat məbləğində cərimənin tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə 2334,67 manat məbləğində cərimənin 100 manat hissəsində tutulmasını ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, «NİKOYL» X1 (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2014-cü il tarixli 17-A-1-0-463-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3671 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 19.02.2019-cu il tarixə ödənilməmiş 2659,72 manat faiz borcu, 100 manat dəbbə pulu, ümumilikdə 6430,72 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı (İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma kreditin təminatı kimi Cavabdeh məxsus 2013-cü il buraxılışlı «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534390 ban,211133182DFCX0044 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməli və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. «NİKOYL» X1 (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2014-cü il tarixli 17-A-1-0-463-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3671 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 19.02.2019-cu il tarixə ödənilməmiş 2659,72 manat faiz borcu, 100 manat dəbbə pulu, ümumilikdə 6430,72 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı (İddiaçı ASC-nin xeyrinə tutulsın. Tutma kreditin təminatı kimi Cavabdeh məxsus 2013-cü il buraxılışlı «Daewoo Gentra» markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534390 ban,211133182DFCX0044 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1266/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1266/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver