Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1281/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən onun qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə “Uğur-2” yaşayış kompleksi bina 6. blok 1. mənzil 191 mənzilinə vurulmuş maddi zərərə görə 3500 manat, mənəvi zərərə görə 2000 manat, ümumilikdə isə 5500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsi, su sızmaya səbəb olan qüsurun aradan qaldırılması vəzifəsinin cavabdehən üzərinə qoyulması və ödənilmş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı öz ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə “Uğur-2” yaşayış kompleksi bina 6. blok 1. mənzil 191 ünvanında yaşayır. Həmin ünvanı təzəliklə təmir etdirib öz məişət şəraitini yaxşılaşdırmış, mənzilin təmirinə böyük məbləğdə vəsait xərcləmişdilər. Hətta mənzilin təmir etdirilməyinə səbəb də məhz cavabdehin həmin mənziə su axıtması olmuşdur. Belə ki, cavabdehin yaşadığı mənzildən iddiaçının mənzilinə dəfələrlə su axıb bərbad hala salmışdır. İddiaçı bu barədə cavabdehə xəbərdarlıq etmiş, sonra isə ondan dəymiş zərər tələb edilsə də, zərəri ödəməkdən imtina etmişdir. Buna baxmayaraq, 2021-cu ilin oktyabr ayında cavabdeh yenə də iddiaçının evinə su axıtmış, qonaq otağı yaşayış üçün yararsız hala düşmüş, cavabdeh heç bir məhəl qoymamışdır. İndi isə demək olar ki, cavabdeh hər gün iddiaçının mənzilinə su axıdır, mənzildə yaşmaq mümkünsüz hala düşmüşdür. Nəticədə divarların nəm çəkməsi səbəbindən mənzlin təmiri bərbad hala düşmüş, mənzilin abu-havası korlanaraq mənzildə nəmişlik və rütubət yaranmışdır. Rütubət nəticəsində mənzilin döşəməsi çürümüş, mənzildə olan mebel avadanlığı yararsız hala düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, qeyd etdi ki, su sızma onun təqsirindən baş verməmiş, şaxtada olan səbəbdən baş vermiş, o, həmin qüsuru aradan qalıdrımşıdr. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarlını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595-ci məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 6 saylı binanın 1 bloklu binanın 2 otaqlı mənzili “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən iddiaçıya satılmışdır. Cavabdeh "xxxx" ASC-nin inşa etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi 2595-ci məhəllədə yerləşən, “Uğur-2” yaşayış kompleksində bina 6, blok 1, mənzil 203-də qeydiyyatsız olaraq yaşayır («X10» MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası, ünvan 1 ünvanlanmış 721 saylı, xx.xx.2021 tarixli sorğusuna əsasən verilmiş xx.xx.2021-ci il tarixli, 383/P2 №-li arayış). X7, sahə nəzarətçisi Abbasov Raman, santexnik Məmmədov Xanlar və 191 saylı mənzil sahibi İddiaçı 2xx.xx.2021-ci il tarixdə akt tərtib edib imzalamışdılar. Akta əsasən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin inşa etdiyi, ünvan 2 ünvanında yerləşən “Uğur-2” yaşayış kompleksində bina 6, mərtəbə 16-da yerləşən 191 saylı mənzil sahibi İddiaçı dediyinə əsasən onun mənzilinə üst mərtəbədə yerləşən 203 saylı mənzildən su basma olmuşdur. Əməkdaşlar - sahə nəzarətçisi Abbasov Raman və santexnik Məmmədov Xanlar tərəfindən sözügedən mənzilə baxış keçirilmiş və həqiqətən də 191 saylı mənzilə su basması aşkar olunmuşdur. Su basma hadisəsinin binanın su və kanalizasiya xəttinə aidiyyatı yoxdur. Bina və mənzildən olmuşdur. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/183 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan mənzillərin yerləşmə planını, yəni iddiaçıya məxsus 191 saylı mənzilin binanın 16-cı mərtəbəsində, cavabdehə məxsus mənzilin isə binanın 17-ci mərtəbəsində yerləşdiyini, 191 saylı mənzilin yaşayış otağı, dəhliz-mətbəx və sanitar qovşağı tikilisinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2592ci məhəllədə inşa edilmiş «Uğur-2» yaşayış kompleksində yerləşən 6 saylı binanın 1-ci blokunun 191 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 203 saylı mənzildən su axıdıldığı və nəticədə 191 saylı mənzilin yaşayış otağı, dəhliz-mətbəx və sanitar qovşağı tikililisinə ziyan vurulduğu müəyyən olunmuş, həmin qüsurların aradan qaldırılması üçün təqribən 1601,0 manat məbləğin tələb olunması müəyyən edilmişdir. Cavabdeh tərəfindən qüsurun ona aid olmaması və onun tərəfindən aradan qaldırılması barədə məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişidr. Ekspertiza xərcinə dair bildirişə əsasən yuxarıda qeyd olunan ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Hazırda iddiaçı ona dəymiş ziyanın ödənilməsini və qüsurun cavabdehin hesabına aradan qaldırılmasın istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus mənzilinə cavabdehin təqsiri ücbatından su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya 1601,0 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia maddi zərərin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1601,0 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ona vurulmuş 2000 manat miqdarında mənəvi zərərin olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli 7 №-li Qərarının 1-ci bəndinə əsasən «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 2000 manat məbləğində mənəvi ziyanın dəyməsini iddia etsə də, məbləğlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh yaranmış qüsuru öz hesabına aradan qaldırmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 29 % hissəsində təmin edildiyindən (5500 manatdan 1601manatın faizi) ödənilmiş 100 manat dövlət rüsumunun 29 manatı cavabdehdən tutulmalı, 71 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmənin təşəbbüsü ilə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 781 manat, mənəvi ziyana görə 100 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 29 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 71 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manat Cavabdeh, 25 manatı İddiaçı tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1281/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1281/2022
19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver