Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1284/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 mart 2015-ci il tarixli “Razılaşma Müqaviləsi” ilə təsdiqlənmiş 160.000 (yüz altmış min) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs kimi biznes fəaliyyəti ilə məşğul olan X5 “Qoç Bank”ın (indiki “Yapı Kredi”) Cəfər Cabbarlı filialı ilə 2014-cü ildə bağlanmış kredit müqaviləsinə (kreditin məbləği 250.000 ABŞ dolları) görə onun razılığı ilə xüsüsi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zaur Mehdiyev küçəsi 5-ci döngə 20M nömrəli fərdi yaşayış evi bankın xeyrinə girov qoyulmuşdur (həmin evin bank tərəfindən ilkin qiyməti 400.000 AZN, likvid qiyməti 390.000 AZN qiymətləndirilmişdir). 2015-ci ildə X5 “Qoç Bank”a qalan kredit borcunu ödəyə bilmədikdə, bankın xeyrinə girov qoyulmuş həmin evin hərrac yolu ilə dəyərindən çox ucuz qiymətə satılmasının qarşısını almaq üçün S.A.Abbasovla Cavabdeh öz aralarında razılaşaraq, S.A.Abbasovun “Qoç Bank”a olan kredit borcunun qalan hissəsini (banka olan qalıq borc təqribən 70.000-80.000 ABŞ məbləğində olmuşdur) ödəməyi Cavabdeh öz üzərinə götürmüşdür. Eyni zamanda, S.A.Abbasov, Cavabdeh və o, razılaşmışlar ki, onun mülkiyyətində olan və bankdan götürülmüş kreditə görə girov qoyulmuş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zaur Mehdiyev küçəsi 5ci döngə 20m nömrəli fərdi yaşayış evi bankın girovundan azad edildikdən sonra Cavabdeh adına keçirilməklə, Cavabdeh banka ödədiyi pula görə onun xeyrinə girov qoyulsun. Onun mülkiyyətində olan, barəsində danışılan fərdi yaşayış evinin dəyərinin gələcəkdə tam ona qaytarılması məqsədi ilə Cavabdehla öz aralarında 15 mart 2015-ci il tarixli “Razılaşma Müqaviləsi”ni bağlamışlar. “Razılaşma Müqaviləsi”nin ikinci bəndinə əsasən barəsində danışılan, ona məxsus fərdi yaşayış evinin dəyərini 160.000 (yüz altımış min) ABŞ dolları məbləğində dəyərləndirmişlər. Cavabdeh S.A.Abbasova görə “Qoç Bank”a ödədiyi pul məbləği C.A.Abbasov tərəfindən Cavabdeh ödənildikdə, barəsində danışılan fərdi yaşayış evini və ya həmin evin dəyərini, yəni 160.000 ABŞ dolları ona qaytarılmalı idi. Həmin müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh tərəfindən S.A.Abbasova görə “Qoç Bank”a ödənilmiş məbləğ beş ay müddətinə S.A.Abbasov tərəfindən Cavabdeh qaytarılmadığı təqdirdə, Cavabdeh barəsində danışılan, ona məxsus fərdi yaşayış evini aşağıdakı şərtlə girov qoya və ya özgəninkiləşdirə bilər: a) Cavabdeh həmin evin razılaşdırılmış dəyər qiymətindən, yəni 160.000 ABŞ dolları məbləğindən “Qoç Bank”a ödədiyi dəqiq məbləği (70.000-80.000 ABŞ dolları arası) çıxmaqla qalan hissəsini ona qaytarmalı; b) S.A.Abbasov tərəfindən evinin dəyər qiymətini, yəni 160.000 ABŞ dollarını ona tam ödəməyi öz üzərinə götürə bilər. Eyni zamanda, S.A.Abbasov 160.000 ABŞ doları məbləği ona tam ödəyə bilmədiyi və ya ödəməkdən imtina etdiyi təqdirdə, həmin məbləği, yəni 160.000 ABŞ dolları Cavabdeh tərəfindən barəsində danışılan evi girov qoyduğu və ya özgəninkiləşdirdiyi gündən hesblanmaqla səkkiz il müddətinə ona qaytarmağı Cavabdeh öz üzərinə götürür. Müqavilənin şərtləri ilə S.A.Abbasov tanış olmuş, 20 iyun 2014-cü il tarixli “Birgə fəaliyyət haqqında müqavilə” olduğu və həmin Müqavilədə S.A.Abbasovun həmin evin dəyərinin ona ödəməli olması barədə öhdəliyi olduğuna görə razılığını yazılı qaydada yox, şifahi qaydada bildirmişdir. “Razılaşma Müqaviləsi” bağlandıqdan 7 ay sonra, barəsində danışılan ev Cavabdeh tərəfindən X2 xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə satılmışdır. 2021-ci ilin sentyabr ayına qədər S.A.Abbasovla 2014-cü ildən başladıqları biznes işini davam etdirmişlər. 2021-ci iln sentyabr ayında o, özünə minik avtomobili alarkən 15.000 (on beş min) manat pul lazım oldu və S.A.Abbasova bildirdi ki, ona olan ümümi borcundan həmin məbləği ona ödəsin. S.A.Abbasov bir həftə ərzində 15.000 (on beş min) manat pulu ödəməyi öz üzərinə götürsə də, bunu etmədi, hətta onun evinin 160.000 (yüz altımış min) ABŞ dolları dəyərinin ödənilməsini öz üzərinə götürdüyündən imtina etdi. O, bu barədə Cavabdeh bildirdi və ondan xahiş etdi ki, S.A.Abbasovu da dəvət etsin, üçü birlikdə bir daha ona ödənilməli olduğu 160.000 (yüz altımış min) ABŞ dolları məsələsini müzakirə etsinlər. Ona bildirdi ki, belə olmadığı halda aralarında bağladıqları 15 mart 2015-ci il tarixli müqavilənin 3-cü bəndinin tələbinə əsasən 160.000 (yüz altımış min) ABŞ dolları məbləğinin Cavabdeh tələb etməkdə haqlıdır. Cavabdeh söz verdi ki, S.A.Abbasovu dəvət edəcək və yaranmış mübahisəni həll edəcəkdir. Bu barədə özü də S.A.Abbasovu telefon vasitəsi ilə Cavabdeh ofisinə dəvət etdi, lakin o, dəfələrlə söz versə də, bunu etmədi. Belə olan halda, o, Cavabdeh təklif etdi ki, 160.000 (yüz altımış min) ABŞ dollarını ona hissə-hissə də qaytara bilər. Lakin Cavabdeh ona söz verdi ki, S.A.Abbasovla bir neçə dəfə görüşüb, yaxın bir neçə ay ərzində S.A.Abbasovun maddi vəziyyəti tam yaxşılaşacaq və ona qaytarılmalı olan 160.000 (yüz altımış min) ABŞ dolları qaytarılacaqdır. Buna görə də o, beş ay gözləməli oldu. Sonuncu dəfə Cavabdehla xx.xx.2023-cü il tarixdə onun ofisində görüşdülər. Yekun olaraq, Cavabdeh ona bildirdi ki, 2015-ci ildə S.A.Abbasovun “Qoç Bank”a ödədiyi məbləği Sadiq bu günə qədər də ona qaytarmayıb və hesab edir ki, 160.000 (yüz altımış min) ABŞ dolları ona Sadiq qaytarmalıdır, buna görə də aralarında bağlanmış müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edir. O, Cavabdehla razılaşmadı və qərara gəldilər ki, məhkəməyə müraciət etsinlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçının irəli sürdüyü iddia tamamilə əsassız olmaqla yanaşı, iddiaçı öz iddiasını iddia müddəti keçəndən sonra vermişdir. İddia müddətinin keçməsi barədə vermiş olduğu ərizə məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bu səbəbdən iddia ərizəsi iddia müddəti keçdikdən sonra verildiyindən iddiaçının iddiasından imtina barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd etdi ki, cavabdehlə aralarında bağlanmış müqavilədə konkret müddət müəyyən edilmişdir və həmin müddət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbinə uyğun olaraq 2023-cü ildə başa çatmışdır. 2023-cü ildən başlayaraq üç il müddətinə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 563 manat dövlət rüsumu ödənilmişdir. - Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15 mart 2015-ci il tarixli razılaşma müqaviləsinə əsasən:
1. Fiziki şəxs kimi biznes fəaliyyəti ilə məşğul olan X5 “Qoç Bank”ın Cəfər Cabbarlı filialından 2014-cü ildə biznes məqsədi ilə 234.000 (iki yüz otuz dörd min) ABŞ dolları məbləğində kredit götürmüş, həmin kreditə görə İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zaur Mehdiyev küçəsi 5-ci döngə 20M saylı fərdi yaşayış ev girov qoyulmuşdur. Lakin sonradan S.A.Abbasov həmin krediti “Qoç Bank”a vaxtında ödəmədiyi və bank tərəfindən barəsində deyilən evin hərrac yolu ilə dəyərindən ucuz qiymətə satılmasının qarşısını almaq və S.A.Abbasova kömək məqsədi ilə Cavabdeh S.A.Abbasovun “Qoç Bank”a qalan borcu (təqribən 70.000-80.000 ABŞ dolları, yekun məbləğ banka olan borc ödənildikdən sonra təsdiqlənəcək) tam ödəməyi öhdəsinə götürür, İddiaçı isə ona məxsus barəsində danışılan fərdi yaşayış evini girov məqsədi ilə Cavabdeh adına keçirilməsinə razılaşır.
2. Tərəflər razılaşırlar ki, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zaur Mehdiyev küçəsi 5-ci döngə 20M saylı fərdi yaşayış evinin dəyəri 160.000 (yüz altımış min) ABŞ dolları məbləğində qiymətləndirilsin.
3. Əgər “Qoç Bank”a S.A.Abbasovun qalan borcuna görə Cavabdeh tərəfindən ödənilmiş məbləği S.A.Abbasov beş ay müddətinə Cavabdeh qaytarmadığı təqdirdə, Cavabdeh İddiaçı məxsus barəsində danışılan fərdi yaşayış evini bu şərtlərlə girov qoya və ya özgəninkiləşdirə bilər: a) Cavabdeh həmin evin dəyərləndirilmiş qiymətindən, yəni 160.000 (yüz altımış min) ABŞ dollarından ”Qoç Bank”a ödədiyi məbləği çıxmaqla qalan məbləği on gün müddətinə İddiaçı ödəyir; b) S.A.Abbasov 160.000 (yüz altımış min) ABŞ dollarını İddiaçı ödəməyi öz üzərinə götürə bilər və hər hansı səbəbdən həmin məbləği İddiaçı ödəyə bilmədikdə və ya ödəməkdən imtina etdikdə, həmin məbləği, yəni 160.000 (yüz altımış min) ABŞ dollar məbləğini həmin evin girov qoyulduğu və ya özgəninkiləşdirildiyi gündən səkkiz il müddətinə qədər Cavabdeh İddiaçı ödəməlidir.
4. Bu Müqavilənin 3-cü bəndindəki şərtlər Cavabdeh tərəfindən pozulduqda, İddiaçı məxsus barəsində danışılan evlə bağlı Cavabdeh bütün hərəkətləri qanunsuz hesab edilir və bu səbəbdən Cavabdeh həmin evin dəyərini yəni, 160.000 (yüz altımış min) ABŞ dolları məbləğini İddiaçı ödəməyə borcludur.
5. Bu müqavilə ilkin müqavilənin əsasında tərəflərin razılığı əsasında əlavə və dəyişikliklərlə tərtib olunmuşdur. Bu müqavilə üzrə bütün mübahisələr məhkəmə yolu ilə həll edilir.
6. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün mütləqdir. Bu müqavilə iki nüsxədə tərtib olunur, nüsxələr tərəflərdə qalır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. - AN-İ ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 50.000 manata X1. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 15 mart 2015-ci il tarixli razılaşma müqaviləsinə istinad edərək, sonuncudan 160.000 (bir yüz altmış min) ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Lakin iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları, yəni özünə məxsus fərdi yaşayış evinin 160.000 ABŞ dolları məbləğində qiymətləndirilməsinə, X3 banka olan borcunun cavabdeh tərəfindən ödənilməsinə, S.A.Abbasovun onun əvəzinə banka ödədiyi pulu cavabdehə qaytarmamasına, razılaşmanın 3-cü bəndinə əsasən cavabdehin ona 160.000 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürməsinə, ümumiyyətlə, razılaşmada tərəflərin üzərinə götürdükləri öhdəliklərə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız razılaşmada qeyd olunan şərtlərə istinad edərək cavabdehdən 160.000 ABŞ dolları məbləğində pul tələb etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi heç bir sübuta söykənmir, sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehin ona borclu olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, razılaşmanın şərtlərinin S.A.Abbasov və cavabdeh tərəfindən yerinə yetirilmədiyi vaxtdan hüququnun pozulduğu iddiaçıya məlum olsa da, o, razılaşmanı məhkəmə qaydasında mübahisələndirməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə olan halda, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, hazırkı işə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia özlüyündə qanunsuz və əsassız olduğundan həmin tələbə iddia müddətinin şamil edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova