Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1308/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı «xxxx» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli 125426-CNS-4909/2 saylı kredit müqaviləsinə əsasən 15.10.2020-ci il tarixə banka borclu olduğu 1246,19 manat məbləğində əsas borc, 6,03 manat məbləğində faiz borcu, ümumilikdə 1252,22 manat pul məbləğinin, «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli 125426-1- 11191/2 saylı kredit müqaviləsinə əsasən 15.10.2020-ci il tarixə banka borclu olduğu 1627 manat məbləğində əsas borc, 8,40 manat məbləğində faiz borcu, ümumilikdə 1636,34 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq «xxxx» (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27.05.2014-cü il tarixli 125426-CNS-4909 saylı «Nağd pul kredit müqaviləsi»nə əsasən Cavabdeh istehlak məqsədiilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış 27.05.2014-cü il tarixli 125426-CNS-4909 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh 28.01.2016cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 2019 ABŞ dolları məbləğində borc illik 20 faiz hesablanması şərti ilə 28.01.2020-ci il tarixədək uzadılmışdır. 28.01.2016-cı il tarixə kapitallaşdırılmış kredit məbləğindən əlavə 55,20 ABŞ dolları cərimə borcu mövcuddur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən 28.01.2016-cı il tarixli 125426-CNS-4909/1 saylı müqavilə üzrə kredit borcu 02.07.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 1246,19 manat illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə verilmişdir (uzadılmışdır). Lakin, borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 04.05.2020-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1246,19 manat məbləğində əsas borc, 6,03 manat məbləğində faiz borcu, ümumilikdə isə 1252,22 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq olunmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27.05.2014-cü il tarixli 125426-1- 11191 saylı «Kredit xətti müqaviləsi»nə əsasən Cavabdeh istehlak məqsədiilə illik 32 faiz hesablanması şərti ilə 27.05.2016-cı il tarixə kimi 1900 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bank ilə cavabdeh arasında bağlanmış 27.05.2014-cü il tarixli 125426-1-11191 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh 28.01.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 2045 ABŞ dolları məbləğində borc illik 29 faiz hesablanması şərti ilə 28.01.2020-ci il tarixədək uzadılmışdır. 28.01.2016-cı il tarixə kapitallaşdırılmış kredit məbləğindən əlavə 64 ABŞ dolları cərimə borcu mövcuddur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən 28.01.2016-cı il tarixli 125426-1- 11191/1 saylı müqavilə üzrə kredit borcu 02.07.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 1627,94 manat illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə verilmişdir (uzadılmışdır). Lakin, borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 04.05.2020-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1627,94 manat məbləğində əsas borc, 8,40 manat məbləğində faiz borcu, ümumilikdə isə 1636, 34 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq olunmamışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27.05.2014-cü il tarixli 125426-CNS-4909 saylı «Nağd pul kredit müqaviləsi» bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh istehlak məqsədiilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3200 ABŞ dolları məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarından görünür ki, Bank ilə cavabdeh arasında bağlanmış 27.05.2014cü il tarixli 125426-CNS-4909 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh 28.01.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 2019 ABŞ dolları məbləğində borc illik 20 faiz hesablanması şərti ilə 28.01.2020-ci il tarixədək uzadılmışdır. 28.01.2016-cı il tarixə kapitallaşdırılmış kredit məbləğindən əlavə 55,20 ABŞ dolları cərimə borcu mövcuddur. İş materiallarından görünür ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən 28.01.2016-cı il tarixli 125426-CNS-4909/1 saylı müqavilə üzrə kredit borcu 02.07.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 1246,19 manat illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə verilmişdir (uzadılmışdır). İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 15.10.2020-ci il tarixə yaranmış əsas borcu 1246,19 manat, faiz borcu 6,03 manat, cəmi borcu 1252,22 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27.05.2014-cü il tarixli 125426-1-11191 saylı «Kredit xətti müqaviləsi» bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh istehlak məqsədiilə illik 32 faiz hesablanması şərti ilə 27.05.2016-cı il tarixə kimi 1900 ABŞ dolları məbləğində kredit xətti açılmış və ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarından görünür ki, Bank ilə cavabdeh arasında bağlanmış 27.05.2014-cü il tarixli 125426-1-11191 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh 28.01.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 2045 ABŞ dolları məbləğində borc illik 29 faiz hesablanması şərti ilə 28.01.2021-ci il tarixədək uzadılmışdır. 28.01.2016-cı il tarixə kapitallaşdırılmış kredit məbləğindən əlavə 64 ABŞ dolları cərimə borcu mövcuddur. İş materiallarından görünür ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən 28.01.2016-cı il tarixli 125426-1-11191/1 saylı müqavilə üzrə kredit borcu 02.07.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 1627,94 manat illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə verilmişdir (uzadılmışdır). İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 15.10.2020-ci il tarixə yaranmış əsas borcu 1627,94 manat, faiz borcu 8,40 manat, cəmi borcu 1636, 34 manat təşkil edir. İş materiallarında olan 01.07.2020-ci il tarixli pretenziyadan görünür ki, «xxxx» (Azərbaycan) ASC tərəfindən Cavabdeh borcun ödənilməsi tələb edilmiş, pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələbinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişlər. Hazırda iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış borcun tutulmasını istəyir. İş materiallarından cavabdeh tərəfindən borcun ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kredit müqavilələrindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödənişlər edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli 125426-CNS-4909/2 saylı kredit müqaviləsinə əsasən 15.10.2020-ci il tarixə banka borclu olduğu 1246,19 manat məbləğində əsas borc, 6,03 manat məbləğində faiz borcu, ümumilikdə 1252,22 manat pul məbləği, «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli 125426-1-11191/2 saylı kredit müqaviləsinə əsasən 15.10.2020-ci il tarixə banka borclu olduğu 1627 manat məbləğində əsas borc, 8,40 manat məbləğində faiz borcu, ümumilikdə 1636,34 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq «xxxx» (Azərbaycan) ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli 125426-CNS-4909/2 saylı kredit müqaviləsinə əsasən 15.10.2020-ci il tarixə banka borclu olduğu 1246,19 manat məbləğində əsas borc, 6,03 manat məbləğində faiz borcu, ümumilikdə 1252,22 manat pul məbləği, «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli 125426-1-11191/2 saylı kredit müqaviləsinə əsasən 15.10.2020-ci il tarixə banka borclu olduğu 1627 manat məbləğində əsas borc, 8,40 manat məbləğində faiz borcu, ümumilikdə 1636,34 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» (Azərbaycan) ASC-yə ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1308/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1308/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver