Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1312/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh Məmmədtahir qızının iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Məmmədtahir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh Məmmədtahir qızına qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən XİAOMİ Mİ NOTE 10 üçün 1564 (min beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə olmaqla, ümumilikdə 1720 (min yeddi yüz iyirmi) manat məbləğində pulun və 37.2 (otuz yeddi manat, iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh Məmmədtahir qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh XİAOMİ Mİ NOTE 10 almış, nəticədə onun 1720 (min yeddi yüz iyirmi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlətini pozmuş, nəticədə alqı-satqı qiyməti 1764 manat (18 ay x 98 manat +0 manat ilkin ödəniş) olan İMEİ kodu **********83036 olan XİAOMİ Mİ NOTE 10 markalı telefon üçün ümumilikdə 1720 manat olmaqla, ondan 1564 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 156 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 200 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvl-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin telefonun təmir olunduğunu, gəlib götürə biləcəyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məmmədtahir qızı iddia tələbini qəbul etməyərək etiraz təqdim edərək bildirmişdir ki, o telefonu aldığdan sonra telefonu suya düşmüşdür. İddiaçı ilə onun arasında bağlanmış qızıl zəmaət müqaviləsinə əsasən o telefonu iddiaçıya məxsus servisə təmir üçüntəqdim etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2020-ci il tarixində servisə X4 10 6/128GB markalı telefonu təmir üçün təqdim eləmişdir. Telefonun qızıl zəmanəti olduğu üçün ona telefonun tamamilə ödənişsiz təmir olunacağı bildirilmişdir. Və eyni zamanda qızıl zəmanətdə təmirin – 14 gün müddətində təmir olunacağını, gecikmə olduğu zaman telefon yenisi ilə əvəz olunacağı bildirilmişdir. 14 gün keçməsinə baxmayaraq dəfələrlə müraciət etməyinə baxmayaraq telefon təmir olunmamış və ona qaytarılmamışdır. Yalnız bir ay müddət keçdikdən sonra ona mobil telefon vaistəsi ilə zəng gələrək telefonun təmir olunduğunu, gəlib götürə biləcəyini və yaxudda 140 manat əlavə ödəniş etməklə telefonun yenisi ilə əvəz edilə biləcəyi bildirilmişdir. O isə öz növbəsində telefonda servisin əməkdəşına artıq telefonu onlara təqdim etdiyi gündən bir ay ötmüş olduğunu bildirmiş, onlar telefonu 15 gün ərzində təqdim etmədiyinə görə mobil telefonu isdəmədiyini bildirmişdir. O məhsula cəmi iki ay ödəniş etmişdir. Telefon hələ də servisdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh Məmmədtahir qızı "xxxx" MMC-dən XİAOMİ Mİ NOTE 10 telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh Məmmədtahir qızı "xxxx" MMC-dən alqı-satqı qiyməti 1764 manat olan XİAOMİ Mİ NOTE 10 üçün cəmi ödədiyi məbləğ 200 manat, ödənilməmiş əsas borcu 1564 manat, dəbbə borcu 156 manat olmaqla, ümumi ödənilməmiş borcu 1720 (min yeddi yüz iyirmi) manat təşkil edir; -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, XİAOMİ Mİ NOTE 10-nin aylıq ödəniş məbləği 98 manat təşkil edir. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh Məmmədtahir qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 37.20 manat dövlət rüsumu ödənilmişdir. Aparılan işlər barədə məlumat vərəqəsindən görünür ki, tərəflər arasında baxlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müştəriyə satılmış cihaz xx.xx.2020-ci il tarixdə “kamerada buxarlanma, maye izləri” diaqnozu ilə servisə təqdim edilmiş, bundan sonra cihaz qızıl zəmanət əasında təmir edilmişdir. -Müştəriyə müvəqqəti istifadə üçün mobil telefonun təqdim edilməsi barədə 107926 nömrəli razılaşmaya əsasən müştəriyə müvəqqəti istifadə üçün "xxxx" MMC-nin mülkiyyətində olan Hoffmann T 110 markalı mobil telefon təqdim edilir. Müştəri razılaşır ki, “telefon”un dəyəri 60 manat təşkil edir və “Telefon” tam saz vəziyyətdədir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh Məmmədtahir qızı xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə ki, iddiaçı qeyd edilən müqavilənin icra etməməsinin səbəblərini müqavilənin predmentinə dəyən zərərin aradan qaldırılması üçün onu servisə təqdim etdikdən sonra servis qızıl zəmanətin qaydalarına uyğun olaraq mobil telefonu 15 gün ərzində deyildə bir ay ərzində təmir etməsi və buna görə də telefonu geri götürməməsi ilə əlaqələdirsədə, məhkəmə iclası zamanı müəyyən edildiki, cavabdeh telefondan imtina etdikdən sonra müqavilənin ləğv olunması məqsədi ilə iddiaçıya müraciət etməmiş, öhdəliklərdən azad olunması üçün hər hansı bir tədbir görməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh Məmmədtahir qızından 1564 (min beş yüz altmış dörd) manat ödənilməmiş hissə tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 10 manat məbləğində dəbbə tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37.2 manat dövlət rüsumunun əvəzi qismən, yəni 32 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmmədtahir qızından 1564 (bir min beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla, cəmi 1574 (bir min beş yüz yetmiş dört) manat borcun və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1312/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1312/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver