Məhkəmə qərarları › İş №2(008)-1320/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1320/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1320/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X7 və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin qarşılığı olaraq 59500 manat (35000 ABŞ dollarının hazırki məzənnə ilə qarşılığı – 35000 ABŞ dolları x 1,70 manat = 59500 manat) məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 270 manat məbləğində rüsumun, ümumilikdə 59770 manat məbləğində pul vəsaitinin tutularaq mənim hesabıma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsi Cavabdeh 35000 ABŞ dolları məbləğində pul vəsaiti ödəyərək satın alınmış və bütün məbləği Cavabdeh tam şəkildə ödəmişdir. Buna görə də Cavabdeh xx.xx.2009-cu ildə həmin bağ sahəsinə dair ona xx.xx.2038-ci ilədək qüvvədə olan və özündə geniş səlahiyyətləri, o cümlədən sözügedən bağ sahəsinin üzərində sərəncam vermək səlahiyyətini əks etdirən baş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında sözügedən bağ sahəsinə çıxarış əldə etmişdir. Lakin əlavə xərc çıxmasın deyə çıxarışı Cavabdeh öz adına çıxartdırmışdır. Bundan sonra ona təcili olaraq pul lazım olduğuna görə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsini dəyərindən daha ucuz qiymətə etibarnamə əsasında X1. Həmin bağ sahəsini Famiz Paşazadəyə satan zaman bağ sahəsinin Cavabdeh adına almış olduğu çıxarışı ona təqdim edərək gələcəkdə həmin bağ sahəsi üzərində hər hansı bir mübahisənin çıxmaması üçün sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməsini ona izah etmişdir. Hətta bir müddət sonra Famiz Paşazadədən sözügedən bağ sahəsini öz adına rəsmiləşdirib-rəsmiləşdirmədiyini soruşduqda ona artıq bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. X25 öz işinə məsuliyyətsiz və laqeyid yanaşaraq sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Həmçinin, Famiz Paşazadə həmin bağ sahəsini ondan satın aldıqdan sonra orada tikinti-təmir, bərpa işləri həyata keçirmiş və uzun müddət ailə üzvləri ilə birlikdə həmin bağ sahəsində yaşamışdır. Cavabdeh ona satmış olduğu Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsininin plana düşdüyünü və söküləcəyinin gözləndiyindən xəbər tutduqda bu yolla əlavə qazanac əldə edərək əsassız varlanmaq niyyəti ilə xx.xx.2020-ci ildə ona verdiyi etibarnaməni ləğv edərək, ona və digər cavabdehlərə qarşı "bağ sahəsindən çıxarılma və sənədlərin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra Cavabdeh iddia tələbi təmin edilmişdir. Cavabdeh Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsininin çıxarışının öz adına olmasından istifadə edərək xx.xx.2009-cu ildə ona verdiyi baş etibarnaməni xx.xx.2020-ci ildə ləğv etmiş və həmin bağ sahəsinə qarşı əsassız iddia qaldırmışdır. O, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsini Cavabdeh 35000 ABŞ dollan məbləğində pul vəsaiti ödəyərək satın almış və bütün məbləği dollar şəklində Cavabdeh tam şəkildə ödəmişdir. Belə ki, qanuni qüvvələrini almış Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3275 nömrəli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3190/2023 nömrəli qərarında da Cavabdeh tərəfindən həmin bağ sahəsinin satın alınması üçün ona pulun ödənildiyini qismən etiraf etmişdir. Cavabdeh bildirmişdir ki, guya ona sözügedən bağ sahəsini satın alan zaman 8000 ABŞ dolları məbləğində borcu qalmışdır və o da buna görə həmin etibarnaməni ləğv edərək bağ sahəsinə qarşı iddia qaldırmışdır. Bu xüsusat pulun tam ödənilməməsi hissəsində tamamilə əsassızdır, pul Cavabdeh tam şəkildə ödənilmişdir. Əgər həmin bağ sahəsinin pulu Cavabdeh tam şəkildə ödənilməmişdirsə və onun cavabdehə borcu qalmışdırsa, nəyə görə 2021-ci il tarixinə kimi Cavabdeh heç bir iddia tələbi qaldırmamış, heç vaxt ondan pulunu istəməmiş, həmin bağ sahəsinə gedərək pulunu tam şəkildə ödəməklə bağlı heç bir mübahisə yaratmamış və ya tələb irəli sürməmişdir?! Həmin bağ sahəsinin qarşılığı olaraq 35000 ABŞ dollarını Cavabdeh tam şəkildə ödəmiş, Cavabdeh həmin bağ sahəsinin çıxarışını öz adına olduğunu əvvəlcədən bildiyi üçün, sözügedən bağ sahəsinin plana düşdüyünü və söküləcəyindən xəbər tutduqda əsassız varlanmaq niyyətini həyata keçirməyə üçün pulun tam ödənməməsi adı altında əsassız iddia tələbi irəli sürmüşdür. Cavabdeh pulu ödəməyini qismən etiraf etməsi ona həmin bağ sahəsinin pulunu tam şəkildə ödəməyinin bariz nümunəsidir. Həmçinin sözügedən bağ sahəsinin plunu tam şəkildə ödəməyini təsdiq edən xüsusatlardan biri də Cavabdeh tərəfindən özündə həmin bağ sahəsi üzərində geniş səlahiyyətləri həyata keçirmək və etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsini özündə ehtiva edən uzun müddətli baş etibarnamənin verilməsidir. Belə ki, əgər mübahisəli bağ sahəsinin pulu Cavabdeh tam şəkildə ödənilməmişdirsə, nəyə görə cavabdeh ona verilmiş etibarnamə üzrə səlahiyyətlərinin başqa şəxslərə ötürülə bilməsinə razılıq vermişdir. Cavabdeh istədiyi zaman sözügedən bağ sahəsinin satması üçün etibarnamə əsasında ona verdiyi səalhiyyətlərin başqasına ötürülməsinə razılıq vermişdir. Sadəcə Cavabdeh öz əsassız varlanmaq niyyətini həyata keçirmək üçün bağ sahəsinin pulunu tam şəkildə ödəmədiyini bildirərək ona verdiyi etibarnaməni ləğv edib əsassız şəkildə sözügedən bağ sahəsinə qarşı iddia tələbi qaldırmış və bağ sahəsini geri almışdır. Buna görə də cavabdehin ona vurduğu maddi ziyanın qarşılığı olaraq Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinini satın almaq üçün ödənilmiş 35000 ABŞ dolları (dolların, bügünkü günə olan məzənnəsinə uyğun hesablanmaqla) məbləğində pul vəsaiti cavabdehdən tutluaraq ona ödənilməlidir. Bundan başqa Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-3190/2023 nömrəli qərarında cavabdehin bağ sahəsini almaq üçün ödənilmiş pulun geri qayatarmağa hazır olduğunu bildirməsi də öz əksini tapmışdır. X3 Ağası Balağa oğluna və ona qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə, həmçinin Cavabdeh mənə və X10 qarşı "cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların cavabdehlərin hesabına sökülməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraçiət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7748/2023 saylı qərarı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-5881/2023 nömrəli qərardadı ilə bir icraatda birləşdirilmiş 2(001)- 365/2023 saylı mülki iş hal-hazırda Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Hətəmzadənin icraatındadır. Belə ki, 16 noyabr 2023-cü il tarixdə Cavabdeh və Famiz Paşazadəyə qarşı qarşılıqlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-365/2023 saylı qəradadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməyərək geri qaytarılmışdır. Buna görə qanunvericiliyin tələblərinə uyğun olaraq cavadeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə cavabdehin olduğu ünvan üzrə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü ildə Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etirazla müraciət edərək, İddiaçı ona qarşı qaldırdığı iddianı əsassız sayaraq rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ümumiyyətlə tanımır, atası X17 və qardaşı X14 da İddiaçı olunu tanımır, ümumiyyətlə onu tanımamışlar, indi də tanımırlar və indiyədək onu ümumiyyətlə görməmişlər. Digər tərəfdən, o, atası X17 və qardaşı X2 Adil İsmayıl olundan hər hansı məbləğdə pul almamışlar. İddiaçı 2009-cu ildə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yerləşən 12 sotdan ibarət 1362V nömrəli bağ sahəsinə görə ona 35000 ABŞ dolları ödədiyini göstərməsi tamamilə yalan və ona atılmış böhtandır. Çünki o, 2009-cu ildə hərbi xidmətdə olmuşdur. 2009-cu ildə onun adından İddiaçı etibarnamə verilməsi ilə bağlı bildirir ki, bu etibarnamə qardaşı Asəf tərəfindən imzalanmış və Rəşad adlı şəxsə verilmişdir. Etibarnamə qardaşı tərəfindən notariat kontorunda imzalanan zaman İddiaçı Notariat kontorunda olmamışdır. Etibarnaməni Rəşad adlı şəxs götürmüşdür. Rəşad maklerliklə məşğul olmuş və o, atası Balağa Qədirovun tanışı imiş. Ona məxsus bağ sahəsini atası Rəşad adlı şəxs özəlləşdirib satmaq üçün vermiş və ilkin olaraq Rəşad atasına 8000 dollar beh vermişdir. Rəşadla atası bağı sahəsinin qiymətini 32000 dollara razılaşmışlar. Lakin Rəşad atasına 8000 dollar beh verdikdən sonra onunla əlaqəsini kəsmiş və sonradan Rəşadın öldürüldüyü məlum olmuşdur. Rəşadın ölümündən sonra bağın kimdə olmasını 2020-ci ilədək bilməmişlər. Atasının ona məxsus bağ sahəsinə görə yalnız Rəşaddan 8000 dollar beh alması, İddiaçı isə ümumiyyətlə tanımaması və ona məxsus bağ sahəsinə görə hər hansı məbləğdə pul almaması İddiaçı kürəkəni X5 iddiası üzrə Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(012)-529/2020 saylı qətnamə ilə müəyyən edilmişdir. Bununla yanaşı, onun İddiaçı, X8 və qeyrilərinə qarşı Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddia üzrə xx.xx.2021-ci ildə qəbul edilmiş və qanuni qüvvəyə minmiş 2(001)-3275/2021 nömrəli qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, onun bağ sahəsi ilə heç bir əlaqəsi olmamış, həmin bağ sahəsi oğlu X11 tərəfindən güya ondan alınmışdır. Həmin apellyasiya şikayətində İddiaçı bağ sahəsini ondan almağa görə ona hər hansı məbləğdə pul verməsini ümumiyyətlə göstərməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək bildirmişdir ki, konkret sübutlar mövcud olmasa da, cavabdeh tərəfindən pulun ödənilməsi təqdim edilmiş qətnamələrdə qismən etiraf edilmişdir. Bundan başqa, əgər 2009-cu ildə satılan evə görə onun pulu ödənilməsəydi, 2019-cu ilə qədər cavabdeh tələb irəli sürər və ya şikayət etmiş olardı. 35000 ABŞ dolları tam şəkildə ödənilmişdir. Qeydolunan ərazidə ümumi formalaşmış bazar praktikasına görə, hər kəs etibarnamə əsasında satış aparır. İddiaçı öz adına çıxarış almadan pula ehtiyacı olmuş, bunun üçün evi dəyər-dəyməzə təcili sürətdə başqa şəxsə satmışdır. Etibarnamə hazırkı halda başqa əqdi pərdələmək məqsədilə bağlandığında etibarsız hesab edilir. Ona görə də, həmin məbləğ əsasnda ödənilmiş pulun geri qaytarılmasını istəyirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı tanımırlar, 8000 ABŞ dolları iki torpaq üçün verilmişdir. Etibarnaməni alqı-satqı kimi qəbul etmirlər, həmçinin etibarnamə yetkinlik yaşına çatmayan tərəfindən imzalanmışdır. İddiaçını tanımadığına görə uzun müddət tələb irəli sürməmişlər ona qarşı. 2019-cu ildə İddiaçı barəsində məlumat əldə etmişlər və həmin zamanda etibarnaməni ləğv etmişlər. İddiaçının 2 torpaq sahəsi vardı, alınan pul başqa bir bağ sahəsi üçün verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 izahatında bildirmişdir ki, 2 bağ olub, biri 1362V nömrəli bağ, digəri isə 1701 nömrəli torpaq sahəsi. 1701 nömrəli bağı Mehralıya vermiş, lakin bağı isə adi qaydada almışdır. Hər ikisi üçün 8000 ABŞ dolları məbləğində behi Rəşad adlı makler vermişdir. Rəşad öldükdən sonra, bağ yaddan çıxdı. İş materiallarında olan xx.xx.2009-cu il tarixli etibarnamədən görünür ki, X4 Adil İsmayıl oğluna adına olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən, sahəsi 0,12 ha olan 1362V saylı bağ sahəsini idarə etməyi, tikinti aparmağı, istifadə etməyi, bütün təşkilatlarda, həmçinin Bələdiyyə, İcra Hakimiyyəti, Dövlət Əmlakının özəlləşdirilməsi Komitəsi, DƏDRX, vergilər və aidiyyatı üzrə digər dövlət və s. orqanlarda nümayəndə olmağı, tələb olunduğu halda reyestrdən çıxarışı almağı, tikinti işlərini aparmağı, sənədləri aidiyyatı üzrə idarələrə verməyi, reyestrdən çıxarışı almağı, aldığına dair imza etməyi, üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, bağışlamağı, ipotekaya qoymağı, kirayə və ya icarəyə verməyi, buna dair müqavilələri imzalamağı, torpağın alqı-satqısı, icarəsi, kirayəsi və ipotekası ilə bağlı ona çatacaq pul məbləğlərini almağı, göstərilən əmlakla bağlı adından bütün məhkəmə instansiyalarında nümayəndəsi olmağı, iddia ərizəsi və yuxarıda göstərilən tapşırıqlarla əlaqədar adından ərizə verməyi, bütün tələb olunan hərəkətləri etməyi, imza etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. Etibarnamə xx.xx.2038-ci il müddətinə verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Cavabdehlər İddiaçı, X23, X9, X16 və X13 qarşı iş üzrə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh "ona ilkin olaraq ödənilmiş 8.000 ABŞ dolları geri qaytarmağa hazıram" mətnində ifadə vermişdir. - Baki Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, Cavabdeh "özü cəmi 8.000 ABŞ dolları məbləğində pul aldığını etiraf edir". - Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X6 və X19 Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, ********** qeydiyyat nömrəli, 1701 saylı bağ sahəsinin dəyəri üçün 32500 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsində qeyd edildiyi kimi illik 5% yəni, 16250 manat əldən çıxan fayda, illik inflyasiya 5% olmaqla, cəmi 65000 manat maddi və və 10000 manat mənəvi ziyan olmaqla, cəmi 75000 manat pulun və Bakı şəhəri Binəqədi rayonu Göradil bağ massivi ********** qeydiyyat nömrəli 1701 saylı bağ sahəsinin ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1950/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məkəmə araşdırması zamanı müəyən olunmuşdur ki, tərəflər Goradil bağ massivində yerləşən 1362 V nömrəli bağ evinin etibarnamə əsasında alqı-satqısına dair razılığa gəliblər. Sonradan aralarında yaranan narazılıqlardan sonra Cavabdeh məhkəməyə müraciət edərək həmin bağ sahəsini İddiaçı və digər şəxslərdən geri tələb etmiş və məhkəmə qətnaməsi ilə də həmin iddia təmin edilmiş, adi çəkilən bağ sahəsi Cavabdeh geri qaytarılmışdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, hazırki iş üzrə cavabdeh ümumiyyətlə İddiaçı tanımadığını və ondan heç bir pul vəsaiti almadığını qeyd edir. İddiaçı isə Cavabdeh məhz Goradil bağ massivində yerləşən 1362 V nömrəli bağ evinin alqısatqısına görə 35000 ABŞ dolları məbləğində pul verdiyinə iddia edir. Yəni, Nuriyevin Qədirova pul verməsi və verildiyi halda hansı məbləğdə və nəyə görə verilməsi işin mübahisəli halıdır. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı onu qeyd edir ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında İddiaçı Cavabdeh 8000 ABŞ dolları məbləğində pul verməsi faktı öz əksini tapmışdır. Belə ki, cavabdeh nəhkəmədə bu etirafı özü etmişdir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, hazırki iş üzrə cavabdeh qeyd olunan pul məbləğini 1701 saylı başqa bir bağ sahəsinə görə verdiyini israrla qeyd etsə də, Ali Məhkəmənin qeyd olunan qərarının 8-ci və 9-cu bəndlərinə nəzər saldıqda aydın şəkildə görünür ki, məhz 1362 V saylı bağ sahəsinə görə ilkin ödəniş olaraq onun 8000 ABŞ dolları məbləğində pul aldığını və həmin pulu geri qaytarmağa hazır olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, Cavabdeh İddiaçı tanımadığını və pulu Rəşad adlı “maklere” verdiyini qeyd etsə də, məhkəmə buna belə münasibət bildirir ki, hər hansısa əmlakı satarkən yalnız “maklerle” danışaraq əmlakını satdığın şəxsi tanımamaq bir o qədər də inandırıcı görünmür. Həm belə olmuş olsaydı da, həmin pulun məhz Nuriyev tərəfindən ödənildiyi aydın görünür. Belə ki, Binəqədi Rayon Məhkəməsində Cavabdeh torpaq sahəsini geri tələb edərkən də Rəşad adlı “makleri” yox, məhz İddiaçı cavabdeh kimi qoymuş və bağ sahəsini ondan da tələb etmişdir. Deməli, elə pulu ödəyən də İddiaçı olmuş və hazırda onun belə bir iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin Cavabdeh alınması üçün iddiaçı tərəfindən 8000 ABŞ dolları məbləğində pulun ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən hazırkı işdə iştirak edən şəxslər tərəfindən yenidən sübut edilmir. Buna görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır. Qalan hissədə isə iddia təmin edilə bilməz. Çünki iddia tələbində qeyd olunan məbləğdə pulun verilməsinə dair heç bir sübut yoxdur. İddiaçının göstərdiyi dəlillər isə hamısı ehtimaldır. Ehtimala əsasən isə iddia təmin oluna bilməz. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehlərdən tutulmalı olan cəmi 8000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində deyilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 270 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cəmi 35000 ABŞ dolları məbləğində iddianın 8000 ABŞ dolları hissəsi (22,85 faizi) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 22,85 faizi, yəni 61,69 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 208,31 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8000 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pul və 61 (altmış bir) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 208,31 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar