Məhkəmə qərarları › İş №2(008)-1353/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1353/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1353/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İlk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Məstan oğluna qarşı pul tələbinə dair ilk iddia, Cavabdeh1 Cavabdeh İddiaçı qarşı cehiz əmlakların çıxarılması barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n və Cavabdeh2 Məstan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə) İddiaçı məxsus olan Sabunçu Rayon Məhkəməsinin 2(008) - 786/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsində qət edilən, icra zamanı yararsız vəziyyətdə olan və qaytarılmayan cehiz əşyalarının əvəzi olaraq 12000 manat pulun və 125 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2015-ci ildə tarixdə rəsmi nikaha daxil olmuş, cavabdehlərlə ünvan 1 ünvanında özbaşına tikilidə yaşamışlar. Keçmiş həyat yoldaşı eyni zamanda iddiaçının əmisi oğludur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X2 adlı 1 uşaqları da var. Keçmiş yoldaşı iddiaçıya bildirmədən nikahın pozulması barədə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və iddiaçı məhkəmədən xəbər tutub məhkəməyə getmişdir. Məhkəmədə də boşanmaqda israrlı olduğundan birgə nikah məhkəmə qaydasında pozulmuşdur. Onun bu hərəkətlərini gördükdən sonra ailədaxili problemlər yaranmışdır. İddiaçı cavabdehlərdən qızıl-zinət əşyalarını və cehizləri barədə soruşarkən onlar iddiaçıya bildirmişdirlər ki, qızılları ve cehizləri sonra qaytaracaqlar. İddiaçı da onların qohumları olduğunu düşünüb, qızılları və cehizləri bir müddət istəməmiş, qaynanası tərəfindən qaytarılmasını gözləmişdir. Bundan sonra iddiaçı Sabunçu Rayon Məhkəməsinə cehiz əşyalarının və ya onlarının dəyərinin iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia tələbi məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsilə qismən təmin edilərək cavabdehlərdən nişan üzüyü, nazik qızıl dəsti, dəyəri 65 manat olan uşaq maneji, dəyəri 125 manat olan karniz, dəyəri 108 manat olan sadə 12 çəngəl, 12 çay qaşığı, 12 xörək qaşığı, qənd qabı, ləpə qabı, dəyəri 400 manat olan qab dəsti, zərli, dəyəri 350 manat olan qab dəsti, lepkalı, dəyəri 1200 manat olan soyuducu, dəyəri 1800 manat olan künc divan qara rəngli, dəyəri 170 manat olan qara şüşəli jurnal masası, dəyəri 11000 manat olan yataq otağı qaralı-ağlı dəsti, dəyəri 400 manat olan iki ədəd tək nəfərlik çarpayıdan bir ədədi, 500 manat dəyərində gəvə (4x5 m), 300 manat dəyərində gəvə (2x3 m), dəyəri 400 manat olan gəvə (3x4m), dəyəri 400 manat olan çilçıraq yataq otağı, dəyəri 500 manat olan zaldakı çilçıraq, dəyəri 270 manat olan yataq örtüyü böyük, dəyəri 400 manat olan kətan pərdə lepkası, dəyəri 300 manat olan yataq otağı pərdəsi, dəyəri 600 manat olan dəhliz pərdəsi, dəyəri 200 manat zal pərdəsi, dəyəri 100 manat olan yumru döşəkcə, dəyəri 600 manat olan altı ədəd yorğandan üç ədədi, dəyəri 180 manat döşək 2 nəfərlik, dəyəri 680 manat olan dörd ədəd tək nəfərlik döşəkdən iki ədədi, dəyəri 570 manat olan altı ədəd balıncdan dörd ədədi, dəyəri 360 manat olan on iki ədəd döşəkcədən səkkiz ədədi, dəyəri 450 manat olan yataq örtüyü çantalı, dəyəri 180 manat olan on iki ədəd bədən dəsmalından bir ədədi, dəyəri 85 manat olan asılqan, dəyəri 120 manat olan ütü. dəyəri 250 manat olan stol süfrəsi, dəyəri 80 manat olan çamadan, dəyəri 90 manat olan ütü stolu, dəyəri 800 manat olan nahar servisi. dəyəri 310 manat olan künc güldanı, dəyəri 25 manat olan güldan gülləri, dəyəri 95 manat olan palma, dəyəri 475 manat olan qazan dəsti, dəyəri 300 manat olan tozsoran dəyəri. 150 manat olan şirəçəkən və dəyəri 1100 manat olan ULG" paltaryuyan maşın alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan iki il sonra icra məmurları ilə cavabdehlərin evinə gedilmiş və qətnamədə göstərilən əşyalardan aşağıda qeyd edilənlər yararsız olduğu üçün götürülmədi və bu barədə Aktda qeyd edildi.

1. dəyəri dəyəri 65 manat uşaq maneji

2. qara rəngli künc divanı-700

3. qara şüşəli jurnal masası yataq otağı-300

4. yataq otağı mebelinin şifoneri-1800

5. ki nəfərlik çarpayı (taxt)-700

6. dəyəri 100 manat olan döşəkcə

7. dəyəri 150 manat olan şirəçəkən Bundan başqa, aşağıda qeyd edilən əşyalar isə evdə aşkar edilmədi və dəyəri ödənilmədi:

1. dəyəri 25 manat olan karniz

2. dəyəri 25 manat olan qənd qabı və ləpə qabı

3. dəyəri 400 manat olan zərli qab dəsti

4. dəyəri 350 manat olan lepkalı dəst

5. dəyəri 400 manat olan yataq otağı üçün çilçıraq

6. dəyəri 500 manat olan yataq otağı üçün çilçıraq

7. dəyəri 270 manat olan yataq otağı örtüyü

8. dəyəri 400 manat olan lepkalı kətan pərdə

9. dəyəri 300 manat olan yataq otağı pərdəsi

10. dəyəri 600 manat olan dəhliz pərdəsi

11. dəyəri 200 manat olan zal pərdəsi

12. dəyəri 180 manat olan 2 nəfərlik döşək

13. dəyəri 570 manat olan 4 ədəd balınc-190azn

14. dəyəri 450 manat olan çantalı yataq otağı dəsti

15. dəyəri 80 manat olan çemodan

16. dəyəri 90 manat olan ütü stolu

17. dəyəri 475 manat olan qazan dəsti

18. dəyəri 300 manat olan tozsoran

19. dəyəri 1100 manat oian "LG" markalı paltaryuyan maşın

20. dəyəri 1200 manat olan soyuducu. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır və o, geri qaytarılmayan cehiz və qızıl-zinət əşyalarının əvəzinin pulla qaytarılmasını tələb etmək hüququna malikdir. Qətnamənin icrası qaydasında qətnaməyə izah verilməsi və icra üsulunun dəyişdirilməsi barədə də Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, hər iki ərizə rədd edilmiş və bununla bağlı ayrıca qətnamə qəbul edilməli olduğu qeyd edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində miibahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək ilk iddia tələbinin rədd edilməsi və İddiaçı məxsus əşyaların, yəni 1 ədəd uşaq maneji, 1 ədəd künc divani, 1 ədəd jurnal stolu, 1 ədəd yataq otağında şifoneri və 1 ədəd 2 nəfərlik yataq, 1 ədəd karniz, 3 ədəd pərdə, 1 ədəd qənd qabı və 1 ədəd ləpə qabı, 2 ədəd yataq otağı çılcırağı, 1 ədəd 2 nəfərlik döşək, 4 ədəd yastıq, 1 ədəd ütü stolu, 1 ədəd sokçəkən maşını, 1 ədəd tozsoran, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşınının onlara məxsus ünvan 2 ünvanından İddiaçı hesabına çıxarılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, icra sənədi üzrə tələbkar ona və ailəsinə problem yaratmaq, onları incitmək üçün ona aid əşyaları dəqiq xatırlamadığını deyərək götürməmişdir. Qarşı tərəfin bu hərəkətləri nəticə etibarı ilə məhkəmə və icra orqanlarının işini ağırlaşdırmağa səbəb olur. Cavabdehə məxsus əşyalara görə onlar da əziyyət çəkirlər. Bu barədə icra məmuruna müraciətlər etmiş, lakin iddiaçı tərəf hər dəfə fərqli bəhanələrlə gəlib əşyaları aparmamışdır. Qarşı tərəf bilir ki, o, yenidən ailə qurmuşdur, bu səbəbdən fərqli yollara əl alaraq onlara qarşı iddialar qaldırır. Bu cehiz əşyaları barəsində iddia tələbinə baxılmış və qətnamə qəbul olunmuşdur. Qətnamə üzrə qəbul olunmuş əşyaların əksəriyyətini iddiaçı aparmış, qalan əşyalar isə hazırda evdədir. İstənilən zaman hətta ən qısa müddətdə gəlib aparsınlar. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə əşyaların qaytarılması qət edilmişdir, onların dəyəri barəsində heç bir əsaslandırılmış subut yoxdur, hazırkı iddiada olan məbləğlərin hardan alınması nəyə əsasən yazılması məlum deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında qeyd olunur ki, Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Buna görə də hazırkı iddia üzrə iddia müddəti 3 il olduğu üçün ilk öncə iddianın iddia müddəti keçmişdir. Ayrıca, İddiaçı tərəfindən qaldırılmış hazırkı iddia üzrə icraata xitam verilməlidir. Belə ki, eyni iddia üzrə məhkəmə qətnaməsi mövcud olduğu üçün icra mərhələsində həll edilməli olan məsələnin iddia şəkilində qaldırılması baxılması yol verilməzdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, ilk iddia üzrə Cavabdeh1 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmiş, digər cavabdehlər gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə ilk iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, qarşılıqlı iddianı qəbul etmir, belə ki, qeyd olunan əşyalar onlara məxsus əşyalar deyil, həmin əşyaların bir qismi yararsız hesab edilmiş, bir qismi aşkar edlilməmişdir. Odur ki, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Cavabdehlərin üçünün də iştirakı ilə çıxarılmış Sabunçu Rayon Məhkəməsinin 2(008)-786/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məstan oğlu və Cavabdeh3 qarşı iddiası qismən təmin edilərək, cavabdehlərdən nişan üzüyü, nazik qızıl dəsti, dəyəri 65 manat olan uşaq maneji, dəyəri 125 manat olan karniz, dəyəri 108 manat olan sadə 12 çəngəl, 12 çay qaşığı, 12 xörək qaşığı, qənd qabı, ləpə qabı, dəyəri 400 manat olan qab dəsti zərli, dəyəri 350 manat olan qab dəsti lepkalı, dəyəri 1200 manat olan soyuducu, dəyəri 1800 manat olan künc divan qara rəngli, dəyəri 170 manat olan qara şüşəli jurnal masası, dəyəri 11000 manat olan yataq otağı qaralı-ağlı dəsti, dəyəri 400 manat olan iki ədəd tək nəfərlik çarpayıdan bir ədədi, 500 manat dəyərində gəbə (4x5 m), 300 manat dəyərində gəbə (2x3 m), dəyəri 400 manat olan gəbə (3x4m), dəyəri 400 manat olan çilçıraq yataq otağı, dəyəri 500 manat olan zaldakı çilçıraq, dəyəri 270 manat olan yataq örtüyü böyük, dəyəri 400 manat olan kətan pərdə lepkası, dəyəri 300 manat olan yataq otağı pərdəsi, dəyəri 600 manat olan dəhliz pərdəsi, dəyəri 200 manat zal pərdəsi, dəyəri 100 manat olan yumru döşəkcə, dəyəri 600 manat olan altı ədəd yorğandan üç ədədi, dəyəri 180 manat döşək 2 nəfərlik, dəyəri 680 manat olan dörd ədəd tək nəfərlik döşəkdən iki ədədi, dəyəri 570 manat olan altı ədəd balıncdan dörd ədədi, dəyəri 360 manat olan on iki ədəd döşəkcədən səkkiz ədədi, dəyəri 450 manat olan yataq örtüyü çantalı, dəyəri 180 manat olan on iki ədəd bədən dəsmalından bir ədədi, dəyəri 85 manat olan asılqan, dəyəri 120 manat olan ütü, dəyəri 250 manat olan stol süfrəsi, dəyəri 80 manat olan çamadan, dəyəri 90 manat olan ütü stolu, dəyəri 800 manat olan nahar servisi, dəyəri 310 manat olan künc güldanı, dəyəri 25 manat olan güldan gülləri, dəyəri 95 manat olan palma, dəyəri 475 manat olan qazan dəsti, dəyəri 300 manat olan tozsoran dəyəri, 150 manat olan şirəçəkən və dəyəri 1100 manat olan “LG” paltaryuyan maşının alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5980/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra məmurları tərəfindən qətnamədə göstərilən əşyalardan aşağıda qeyd edilənlər yararsız olduğu üçün götürülməmiş və bu barədə Akt tərtib edilmişdir.

1. dəyəri dəyəri 65 manat uşaq maneji

2. qara rəngli künc divanı-700

3. qara şüşəli jurnal masası yataq otağı-300

4. yataq otağı mebelinin şifoneri-1800

5. ki nəfərlik çarpayı (taxt)-700

6. dəyəri 100 manat olan döşəkcə

7. dəyəri 150 manat olan şirəçəkən Bundan başqa, aşağıda qeyd edilən əşyalar isə evdə aşkar edilməmiş və dəyəri ödənilməmiş, bu barədə akt tərtib edilmişdir:

1. dəyəri 25 manat olan karniz

2. dəyəri 25 manat olan qənd qabı və ləpə qabı

3. dəyəri 400 manat olan zərli qab dəsti

4. dəyəri 350 manat olan lepkalı dəst

5. dəyəri 400 manat olan yataq otağı üçün çilçıraq

6. dəyəri 500 manat olan yataq otağı üçün çilçıraq

7. dəyəri 270 manat olan yataq otağı örtüyü

8. dəyəri 400 manat olan lepkalı kətan pərdə

9. dəyəri 300 manat olan yataq otağı pərdəsi

10. dəyəri 600 manat olan dəhliz pərdəsi

11. dəyəri 200 manat olan zal pərdəsi

12. dəyəri 180 manat olan 2 nəfərlik döşək

13. dəyəri 570 manat olan 4 ədəd balınc-190azn

14. dəyəri 450 manat olan çantalı yataq otağı dəsti

15. dəyəri 80 manat olan çemodan

16. dəyəri 90 manat olan ütü stolu

17. dəyəri 475 manat olan qazan dəsti-

18. dəyəri 300 manat olan tozsoran

19. dəyəri 1100 manat oian "LG" markalı paltaryuyan maşın

20. dəyəri 1200 manat olan soyuducu, cəmi 11730 manat məbləğində əmlaklar. İddiaçı tərəfindən qətnamənin icrası qaydasında qətnaməyə izah verilməsi və icra üsulunun dəyişdirilməsi barədə Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş, məhkəmənin 01,05.2024-cü il tarixli qərardadı ilə izahın verilməsindən imtina edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icra üsulunun dəyişdirilməsi barədə ərizəsi rədd edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində miibahisələndirilmir və yenidən sübut edilmir. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 786/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsi tam icra edilməmiş, qətnamədə pul məbləğinin tutulması qət edilməmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd olunan qiymətlər cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən, həmin qiymətlər hazırda əsas götürülməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 11730 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı 12000 manatın tutulmasını istəmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər zəmin məbləği iddiaçıya qaytarmamaqla onun hesabına əsassız varlanmış olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, qeyd edildiyi kimi, qətnamə icra edilən zaman həmin əmlaklar aşkar edilməmiş və ya yararsız vəziyyətdə olmuş, həmin zaman cavabdehlər əmlakların mövcud və yararlı olması barədə müraciətlər etməmişlər, hazırda iddia tələbində göstərilən əmlakların məhz iddiaçıya məxsus olan əmlaklarla eynilik təşkil etməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İlk iddia üzrə iddiaçı eyni zamanda 125 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 11730 manat pul və 125 manat dövlət rüsumu tutulmalı, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3n və Cavabdeh2 Məstan oğlundan müştərək qaydada 11730 manat və 125 manat dövlət rüsumu İddiaçınun xeyrinə tutulsun. İlk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar