Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1383/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 qızının, İddiaçı iştirakları ilə, İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada mənzilin təmiri üçün ödədiyi 6300 manat, mütəxəssis rəyi üçün ödədiyi 200 manat və ödənilmiş dövlət rüsumuna görə 85 manat, cəmi 6585 manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Həmin evdə təmir-tikinti işlərin aparılması üçün 147 saylı MİS-in müdiri Cavabdeh2 vasitəsilə usta briqadası olan Cavabdeh1 ilə aralarında şifahi razılaşma əldə etmişdilər. Cavabdeh1 9000 manat müqabilində evi təmir edəcəyi, iddiaçı isə həmin məbləği 3 dəfəyə ödəməyi barədə razılığa gəlmişdilər. İddiaçı iki dəfəyə Cavabdeh1 6300 manat vermiş, lakin o, üzərinə götürdüyü öhdəliyi icra etmədi və yoxa çıxdı. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 04.02.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh1 oğlu iddiaçıdan təmir işləri üçün 6300 manat aldığını təsdiq etdi, lakin onun tərəfindən görülən işlərin 6300 manatdan da çox olduğunu qeyd etdi. Məhkəmə növbəti iclasa sübutlar təqdim etməsini tapşırsa da, o, bir daha məhkəmə iclaslarında iştirak etmədi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə Cavabdeh1 arasında şifahi podrat müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında evin təmirinə dair razılaşmanın olması, iddiaçının ona 6300 manatın ödəməsi işin mübahisəsiz hallarıdır. İddiaçı Cavabdeh1 hərəkətlərindən polisə şikayət etmiş, Sabunçu RPİ-nin 13-cü bölməsinin baş təhqiqatçısı E.Quliyev tərəfindən 31.12.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin şikayət əsasında Cavabdeh1 izahatı alınmamış və bunun səbəbləri barədə qərarda açıqlama verilməmişdir. Lakin, Cavabdeh1 tərəfindən təmirə cəlb edilmiş usta X3 izahat vermiş və izahatında Cavabdeh1 tərəfindən ustalara veriləsi pulun verilmədiyini, zənglərə cavab vermədiyi barədə məlumat vermişdir. Lakin, Cavabdeh1 Suraxanı rayon prokurorluğuna verdiyi izahatda 6300 manat aldığını etiraf etmiş və bunun müqabilində işi gördüyünü bildirmişdir. İddiaçı tərəfindən görülən işlərin qiymətləndirlməsi üçün mütəxəssis cəlb edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən görülən işlər 1974,50 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01.04.2022-ci il tarixli, 10/1906 №-li rəylə həmin məbləğ təsdiq edilmişdir. Hazırda iddiaçı cavabdehdən 6300 manat məbləğində pulun və məhkəmə xərclərinin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azırbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1- ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh 6300 manat müqabilində işlərin görülməsinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia qismən təmin edlməli, görülən işlərin 1974,50 manat olan dəyəri çıxılmalı və 4325,50 manat Cavabdeh1 oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edikr ki, iddia Cavabdeh2 qarşı rədd edilməlidir. Belə ki, Cavabdeh2 tərəfəri tanış etmiş, bütün danışıqları onları özləri aparmış, bu zaman Cavabdeh2 zamin qismində çıxış etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 85 manat cavabdehdən tutulmalı, lakin mütəxəssis rəyi üçün ödənilmiş 200 manat iddiaçıya aid edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, həmin məbləğ məhkəmə xərci hesab edilə bilməz, həmin məbləğ sübutun əldə edilməsinə yönəlmiş pul vəsaitidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh1 tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 4325,50 manat pul və ödənilmiş 85 manat dövlət rüsümü tutulsun. İddia qalan hissədə və Cavabdeh2 qarşı rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh1 tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1383/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1383/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver