Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1383/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun, baş vermiş inflyasiya ilə bağlı əlavə 1500 manat, cəmi 5500 manat pulun və məhkəmə üçün ödənilən 75 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin sentyabr ayında Cavabdeh onunla görüşərək bildirmişdir ki, onun yaxın tanışları tütün məhsularının satışı ilə məşğul olurlar və hər ay gəlir əldə edirlər, lakin dövriyyələri az olduğundan özlərinə şərik adamlar axtarırlar ki, dövriyyəni böyüdüb gəliri çoxaltsınlar. Cavabdeh kiçik biznes qurmağı ona təklif edərək yuxarıda qeyd olunan işə qoşulmaq üçün ilkin olaraq 4000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Cavabdeh xeyli müddətdir ki, tanıyıb onunla yoldaşlıq etdiyini nəzərə alaraq ona inanıb 2023-cü ilin sentyabr ayında nağd şəkildə 4000 manat pul vermişdir. Aralarında olan razılığa görə oktyabr ayından başlayaraq ona hər ay 1400 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh noyabr ayında həmin məbləği ona geri ödəməmişdir. Cavabdehlə telefonla əlaqəsi saxlayarkən o, pulu dekabr ayında verəcəyini demişdir. Dekabr ayının axrında əlaqə saxlayaraq ona olan borcunu tələb etmişdir. Lakin Cavabdeh ona iş görən adamın toyu olacağını bildirmiş və toya başları qarışıq olduğundan toydan sonra ona 4000 manat əsas borcun, gecikdirdiyi aylara görə 2800 manat pulun ödənilməsinə söz vermişdir. Lakin cavabdeh yenə də verdiyi vədə əməl etməmiş və o, başa düşmüşdür ki, cavabdeh onun etibarından suiistifadə edərək pulunu mənimsəmişdir. Buna görə şikayət ərizəsi ilə Sabunçu RPİ-nin 14cü Polis Bölməsinə müraciət etmiş, lakin müraciətinin heç bir nəticəsi olmamış, polis bölməsində məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 3300 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, cavabdeh iddiaçıdan ticarət məqsədi ilə yalnız 4000 manat borc almışdır. Bu məbləği aldıqdan sonra müəyyən müddət ərzində ticarət fəaliyyətini davam etdirərək qazanc əldə etməyə çalışmışdır. Bu dövr ərzində cavabdeh dostu vasitəsi ilə iddiaçıya 700 manat ödəniş etmişdir. Cavabdehin iddiaçıya 3300 manat borcu qalmışdır. Eyni zamanda, cavabdeh polis bölməsinə çağırıldıqda da ifadəsində bunu qeyd etmişdir. Cavabdehin bu məbləği ödəməsinə dair bütün müvafiq sənədlər və çeklər də mövcuddur. Bundan başqa, cavabdeh iddiaçıdan dəfələrlə borc alıb artıqlaması ilə qaytarmışdır. xx.xx.2023-cü il tarixdə 5000 manat məbləğində borc almış və borcdan əlavə 1000 manat, toplam 6000 manat geri qaytarmışdır. İddiaçının məqsədi yalnız faizə pul vermək olub. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur, VÖEN statusu aktivdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də köməkçi fəhlə vəzifəsində işləyir, aylıq əmək haqqı 620 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də mebel ustası vəzifəsində işləyir və aylıq əmək haqqı 410 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh tütün məhsularının satışı ilə bağlı kiçik biznes qurmağı iddiaçıya təklif edərək bunun üçün sonuncunun ilkin olaraq 4000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. İddiaçı da cavabdehlə uzun müddət tanış olduğundan ona inanmış və təkliflə razılaşaraq, 2023-cü ilin sentyabr ayında cavabdehə 4000 manat məbləğində pul vermişdir. Tərəflər arasındakı razılığa əsasən cavabdeh oktyabr ayından başlayaraq hər ay iddiaçıya 1400 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh iddiaçı ilə aralarındakı şifahi razılaşmanın şərtlərinə əməl etməmiş, aldığı 4000 manat məbləğində borcdan iddiaçıya yalnız 700 manat qaytarmış, qalan 3300 manat pulu isə qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Cavabdeh iddiaya yazılı etirazında ticarət məqsədi ilə iddiaçıdan cəmi 4000 manat pul aldığını, həmin puldan 700 manatı dostunun vasitəsi ilə iddiaçıya qaytardığını, iddiaçıya 3300 manat borcunun qaldığını, bu məbləği ödəməsinə dair müvafiq sənədlərin və çeklərin olduğunu bildirsə də, 3300 manat pulu iddiaçıya qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh öhdəliyini icra etmədiyindən, iddia təmin edilməli, cavabdehdən 3300 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 53 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində borc və 53 (əlli üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1383/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1383/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver