Məhkəmə qərarları › İş №2(008)-1404/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-1404/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1404/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən məhsul qaytarıldıqdan sonra qalan borc üçün 651.7 (altı yüz əlli bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən məhsullar üçün razılşadırılmış ödəniş şərtlərini pozmasına görə hesablanmış penya məbləği üçün 50 (əlli) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən məhsullar üçün razılaşdırılmış ödəniş şərtlərini pozmasına görə hesablanmış penya məbləği üçün 103 (yüz üç) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Acer kompüter, Windows 10 Home üçün 286.3 (iki yüz səksən altı manat, otuz qəpik) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1091 (bir min doxsan bir ) manat borc və 30.91 (otuz manat, doxsan bir qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «ABC TELECOM)) MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Məhsul qaytarıldıqdan sonra qalan borc, Məhsullar üçün razılaşdırılmış ödəniş şərtlərini pozmasına görə hesablanmış penya məbləği, Acer kompüter, Windows 10 Home üçün 1091 (bir min doxsan bir) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 1129.99 (bir min yüz iyirmi doqquz manat, doxsan doqquz qəpik) manat (3 ay x 217.23 manat + 478.3 manat ilkin ödəniş) olan Məhsul qaytarıldıqdan sonra qalan borc üçün ümumilikdə 651.7 (altı yüz əlli bir manat, yetmiş qəpik) manat olmaqla, ondan, 651.7 (altı yüz əlli bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 71 (yetmiş bir) manat (6 ay x 8.3 manat + 21.2 manat ilkin ödəniş) olan Məhsullar üçün razilaşdırılmış ödəniş şərtlərini pozmasına görə hesablanmış penya məbləği üçün ümumilikdə 50 (əlli) manat olmaqla, ondan, 50 (əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 177.4 (yüz yetmiş yeddi manat, qırx qəpik) manat (6 ay x 20.7 manat + 53.2 manat ilkin ödəniş) olan , Məhsullar üçün razilaşdırılmış ödəniş şərtlərini pozmasına görə hesablanmış penya məbləği üçün ümumilikdə 103 (yüz üç) manat olmaqla, ondan, 103 (yüz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3640.3 (üç min altı yüz qırx manat, otuz qəpik) manat (18 ay x 194.1 manat + 146.5 manat ilkin ödəniş) olan , Acer kompüter, Windows 10 Home üçün ümumilikdə 286.3 (iki yüz səksən altı manat, otuz qəpik) manat olmaqla, ondan, 286.3 (iki yüz səksən altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində Acer kompüterdən imtina etmiş və məhsul 3296.5.8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 57.5 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 3296.5 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 573.69 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, qiyabi qətnamə çıxarılmasın etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1129.99 manat olan məhsul üçün ödənilməmiş əsas borcu 651.7 manat, dəbbə borcu 0 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş məbləğ 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üçün ödənilməmiş məbləğ 103 manat, xx.xx.2021-ci il tarixli müqavilə üçün alqı-satqı qiyməti 3640.3 manat olan ödənilməmiş hissə 286.3 manat olmaqla, ümumi ödənilməmiş borcu 1091 manat təşkil edir; xx.xx.2021-ci il tarixli nisyə alqı satqı müqaviləsinin surətindən görünür ki, ümumi dəyəri 3640.30 manat Acer kompüter, Windows 10 Home programı Cavabdeh tərəfindən iddiaçıdan alınmışdır. xx.xx.2021-ci il tarixli əlavənin surətindən görünür ki, Acer kompüter, Windows 10 Home programın aylıq ödəniş məbləği 194.10 manat müəyyən edilmişdir. 24040048 nömrəli, xx.xx.2021-ci il tarixli üzləşmə aktnın surətindən görünür ki, Cavabdehxx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə nisyə əldə edilmiş Samsung Galaxy A51 DS üçün razılaşdırımış ödəniş şərtlərini pozulmasına görə 70.5 manat məbləğində penyanı ödəməyə qəbul edir, mübahisələndirmir və "xxxx" MMC-nin razılığı ilə 6 ay ərzində ayda 8.30 manat məbləğlərdə ödəməyi öhdəsinə götürür. 24039986 nömrəli, xx.xx.2021-ci il tarixli üzləşmə aktnın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə nisyə əldə edilmiş Xiaomi Mİ9 və.s məhsullar üçün razılaşdırımış ödəniş şərtlərini pozulmasına görə 177.14 manat məbləğində penyanı ödəməyə qəbul edir, mübahisələndirmir və "xxxx" MMC-nin razılığı ilə 6 ay ərzində ayda 20.70 manat məbləğlərdə ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli 04341137 nömrəli razılaşmanın surətindən görünür ki, Məhsul qaytarıldıqdan sonra qalan borc məbləği 651.7 manat hesablanmışdır. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 30.91 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. 89Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37.2 manat dövlət rüsumunun əvəzi qismən, yəni 32 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 651.7 (altı yüz əlli bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021ci il tarixli müqaviə üzrə 50 manat ödənilməmiş hissə, xx.xx.2021ci il tarixli müqaviə üzrə 103 (yüz üç) manat ödənilməmiş hissə, xx.xx.2021ci il tarixli müqaviə üzrə 286.3 (iki yüz səksən altı manat, otuz qəpik) manat ödənilməmiş hissə olmaqla, cəmi 1091 (bir min doxsan bir) manat borcun və 30.91 (otuz manat, doxsan bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar