Məhkəmə qərarları › İş №2(008)-145/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-145/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-145/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 4336,91 ABŞ dolları əsas, 2354,45 ABŞ dolları müddət sonuna hesablanan faiz, 2333,30 ABŞ dolları məbləğində cərimə-və 649,20 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 9.673,86 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka predmeti olan “Mersedes Benz C240” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 550 №-li, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə İlik 24 faiz ödənilmək şərtilə 7650 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mersedes Benz C240” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2013-cü il nömrəli ipoteka müqaviləsi bağlanmışdır.Sonradan kredit və ipoteka müqavilələrinə xx.xx.2015-ci il tarixdə edilmiş əlavələrə əsasən, kredit müqaviləsinin müddəti xx.xx.2017-ci tarixə qədər uzadılmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və nəticədə iddia tələbində g.stərilən borc yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ASC ilə Cavabdeh arasında 550 №-li, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə İlik 24 faiz ödənilmək şərtilə 7650 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mersedes Benz C240” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair xx.xx.2013-cü il №-li ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsində ipoteka predmeti tərəflərin razılığı ilə 11000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Baş Dbvlət Yol Polis İdarəsi tərəfindən AA seriyalı 110640 №-li xx.xx.2013-cü il tarixlə Çıxarışa əsasən ipoteka qeydiyyata alınmışdır. Sonradan kredit və ipoteka müqavilələrinə xx.xx.2015-ci il tarixdə edilmiş əlavələrə əsasən, kredit müqaviləsinin müddəti xx.xx.2017-ci tarixə qədər uzadılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2020-ci il tarixlə Banka olan borcu - 4336,91 ABŞ dolları əsas, 2354,45 ABŞ dolları müddət sonuna hesablanan faiz, 2333,30 ABŞ dolları məbləğində cərimə- və 649,20 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ. Bank tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılacağı barədə Bildiriş göndərilmişdir. Həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə şəxsən alınmışdır. Bank tərəfindən Bildirişin qeydə alınmasına dair Baş Dövlət Yol Polis İdarəsinə xx.xx.2018-ci il tarixdə ərizə göndərilmiş, ərizə xx.xx.2018-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən rəsmi qeydiyyata alınmışdır. Hazırda iddiaçı Bank ümumilikdə 9.673,86 ABŞ dolları məbləğində borcun tutulmasını və tutmanın avtomobilə yönəldilməsini istəyir. Məhkəmə tərəfindən iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Rsepublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyin əsasən cavabdehin Banka xx.xx.2020-ci il tarixlə Banka olan borcu aşağıdakı qaydadadır: əsas borc üzrə – 4641,57 ABŞ dolları, faiz borcu üzrə – 1716,40 ABŞ dolları, faiz borcu üzrə (5%-lə) -687,21 ABŞ dolları. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən və avtomobil barədə məhkəmədə məlumat olmadığından avtomobilin likvid qiymətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən və xəbərdarlıq məktublarından görünür ki, bank cavabdehdən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, iddia cərimənin tutulması hissəsində qismən təmin edilməklə, 200 ABŞ dolları cərimə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində qismən təmin edilməklə, 4336,91 ABŞ dolları əsas (maliyyə arayışına əsasən), 1716,40 ABŞ dolları müddət sonuna hesablanan faiz (ekspert rəyinə əsasən), 200 ABŞ dolları məbləğində cərimə-və 649,20 ABŞ dolları (maliyyə arayışına əsasən) kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 6902,5 ABŞ dolları məbləğində kredit borcu cavabdehdən tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, tutma ipoteka predmetinə yönəlməsi hissəsində təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunduğu kimi, əmlakın likvid qiyməti müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki,avtomobil hərraca çıxarılan zaman onun həmin günə real vəziyyəti nəzərə alınmaqla ilkin satış qiyməti müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4336,91 ABŞ dolları əsas, 1716,40 ABŞ dolları müddət sonuna hesablanan faiz, 200 ABŞ dolları məbləğində cərimə və 649,20 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 6902,5 ABŞ dolları məbləğində kredit borcu (ödəniş gününə azərbaycan manatının rəsmi məzənnəsi ilə) və 30 manat dövlət rüsumu Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan “Mersedes Benz C240” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobilin açıq hərrac yolu ilə satılmalı, avtomobil hərraca çıxarılan zaman onun həmin günə real vəziyyəti nəzərə alınmaqla ilkin satış qiyməti müəyyən edilməli, satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutularaq Azərbaycan Rsepublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə cavabdehin vəsatəti əsasında təyin etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4336,91 ABŞ dolları əsas, 1716,40 ABŞ dolları müddət sonuna hesablanan faiz, 200 ABŞ dolları məbləğində cərimə və 649,20 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 6902,5 ABŞ dolları məbləğində kredit borcu (ödəniş gününə azərbaycan manatının rəsmi məzənnəsi ilə) və 30 manat dövlət rüsumu Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan “Mersedes Benz C240” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Həmin avtomobilin açıq hərrac yolu ilə satılsın, avtomobil hərraca çıxarılan zaman onun həmin günə real vəziyyəti nəzərə alınmaqla ilkin satış qiyməti müəyyən edilsin. Satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilsin. İddia qalan hissədə rəddə edlsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat Cavabdeh tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar