Məhkəmə qərarları › İş №2(008)-1452/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1452/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1452/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat məbləğində pulun və 180 manat dövlət rüsümünün tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaxın dostu Ağdam rayon qaçqını X1 Muradın vasitəsilə tanımışdır, onlar eyni hərbi hissədə qulluq ediblər. Cavabdeh hal-hazırda Bərdə şəhərində N №-li hərbi hissədə baş leytenantdır. O, dəfələrlə dostunun oğluna maddi köməklik etdiyini Cavabdeh bildiyi üçün o, ona dəfələrlə zəng edib pul istədiyini desə də o, razı olmamışdır. 24.07.2020-ci il tarixdə dostu X2 Zaur onun yaşadığı ünvana gəlmiş, xeyli mehribançılıqdan sonra dostu Qəhrəmanov Mürşüd ona xahiş edərək demişdir ki, Cavabdeh güclü borca düşdüyü üçün ondan xahiş edir ki, iddiaçı, ona pul versin. Ona inamı üçün onunla gəlib, dostu Qəhrəmanov Mürşüdün vasitəçiliyi və zaminliyi ilə Cavabdeh hərbi şəxsiyyətinin, mülki şəxsiyyət vəsiqəsinin surətləri ilə birlikdə öz dəsti xətti ilə borc müqaviləsi yazandan sonra 30000 manat faizsiz olaraq borc pul vermişdir. Mülki Məcəllənin 740.1 -ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. 740.2 - ci maddəsində qeyd olunur ki, borc 3000 manatdan artıqdırsa çoxdursa müqavilə yazılı formada olmalıdır. Hətta həmin müqavilədə qeyd etdi ki, faizsiz aldığı borc pula borc müqaviləsi yazmağa heç kəs onu məcbur etməyib. Cavabdeh özü könüllü yazdığı borc müqaviləsini oxuya - oxuya video çəkiliş aparılmasına razılaşmışdır. O, borc pulu alandan 2 ay sonra ona məlum oldu ki, borc aldığı yüksək məbləği aludəsi olduğu çirkin işlərə xərcləyir. Dostunu dərindən tanımadığı adamın xahişini edib onu pis vəziyyətdə qoyduğu üçün o, onunla Goranboy zonasında, Qarabağ zonasında olan bütün hərbi hissələrdə N il Cavabdeh axtarmış, o, onun axtardığını eşidib hərbi hissədən başqa hərbi hissələrə göndəriş almışdır. Mülki Məcəllənin 385.1 maddəsində göstərilir ki, boclu tələbkarın xeyrinə müəyyən hərəkətlər etməlidir. Fınldaqçılıqla məşğul olan Cavabdeh ancaq qaçmaq yolun tutmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqramm göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında 24.02.2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 30000 manat borc pul almış və həmin pulu 28.12.2021-ci il tarixdə tam olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən 08.04.2022-ci il tarixdə məhkəməyə göndərilmiş CD diskin içindəki çəkilişdən görürünr ki, Cavabdeh İddiaçı 30000 manat borc pul almış və həmin pulu 28.12.2021-ci il tarixdə tam olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, mülki iş üzrə məhkəmə araşdırması zamanı, o cümlədən Cavabdeh əlyazmasında müəyyən olunur ki, Cavabdeh İddiaçı qeyd edilən 30000 (otuz min) manat məbləğində pul almışdır və həmin pul vəsaitini bugünədək qaytarmamışdır, bunun əksini sübut edən halları məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 30000 (otuz min) manat məbləğində pul vəsaiti və 180 (bir yüz səksən) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 180 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində pul vəsaiti və 180 (bir yüz səksən) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar