Məhkəmə qərarları › İş №2(008)-1481/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1481/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1481/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, 22.11.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26470 olan Samsung Galaxy J7 markalı telefon üçün 251,2 manat ödənilməmiş hissə, 25 manat cərimə; 19.07.2017-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu üçün 159,5 manat ödənilməmiş hissə, 15 manat cərimə; 13.11.2017-ci il tarixli müqaviləsinə əsasən Micromax markalı planşet üçün 279,8 manat ödənilməmiş hissə, 27 manat cərimə; 09.08.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40225 olan Hoffmann Neo markalı telefon üçün 202,6 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 980,1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.11.2017-ci il, 19.07.2017-ci il, 13.11.2017-ci il və 09.08.2017-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********26470 olan Samsung Galaxy J7 markalı telefon, Samsung markalı soyuducu, Micromax markalı planşet və İMEİ kodu **********40225 olan Hoffmann Neo markalı telefon almış və nəticədə 980,1 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1919,9 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.11.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********26470 olan Samsung Galaxy J7 markalı telefon, 19.07.2017-ci il tarixli müqavilə ilə Samsung markalı soyuducu, 13.11.2017-ci il tarixli müqavilə ilə Micromax markalı planşet, 09.08.2017-ci il tarixli müqavilə ilə İMEİ kodu **********40225 olan Hoffmann Neo markalı telefon almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş 21.12.2021-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, 22.11.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 640 manat olan İMEİ kodu **********26470 olan Samsung Galaxy J7 markalı telefon üçün cəmi ödənilən məbləğ 388,8 manat, ödənilməmiş əsas borc 251,2 manat, cərimə borcu 25 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 276,2 manat; 19.07.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1431 manat olan Samsung markalı soyuducu üçün cəmi ödənilən məbləğ 1271,5 manat, ödənilməmiş əsas borc 159,5 manat, cərimə borcu 15 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 174,5 manat; 13.11.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 336 manat olan Micromax markalı planşet üçün cəmi ödənilən məbləğ 56,2 manat, ödənilməmiş əsas borc 279,8 manat, cərimə borcu 27 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 306,8 manat; 09.08.2017ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 406 manat olan İMEİ kodu **********40225 olan Hoffmann Neo markalı telefon üçün cəmi ödənilən məbləğ 203,4 manat, ödənilməmiş əsas borc 202,6 manat, cərimə borcu 20 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 222,6 manat, cəmi 980,1 manat təşkil edir. -22.11.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********26470 olan Samsung Galaxy J7 markalı telefonın aylıq ödəniş məbləği 32 manat; 19.07.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung markalı soyuducunun aylıq ödənişi 114 manat; 13.11.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Micromax markalı planşetin aylıq ödənişi 14 manat; 09.08.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Soyuducu Hoffmanın aylıq ödənişi 29 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 04.08.2018-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh 22.11.2017, 19.07.2017, 13.11.2017 və 09.08.2017-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 22.11.2017-ci il tarixli müqaviləyə əsasən 251.2 (iki yüz əlli bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə borcu, 25 (iyirmi beş) manat cərimə, 19.07.2017-ci il tarixli müqaviləyə əsasən 159.5 (bir yüz əlli doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, 13.11.2017-ci il tarixli müqaviləyə əsasən 279.8 (iki yüz yetmiş doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, 09.08.2017-ci il tarixli müqaviləyə əsasən 202.6 (iki yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 980.1 (doqquz yüz səksən manat, on qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar