Məhkəmə qərarları › İş №2(008)-1482/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1482/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1482/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73775 olan Xiaomi Redmi 8 markalı telefon üçün 252,5 manat ödənilməmiş hissə, 81,6 manat dəbbə pullu; 04.09.2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı kondisioner üçün 2588,4 manat ödənilməmiş hissə, 643,5 manat dəbbə pulu; 19.08.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı televizor və soyuducu üçün 4102,2 manat ödənilməmiş hissə, 1021,8 manat dəbbə pulu olmaqla, ümumilikdə 8690 manat borc və 106,9 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 01.02.2020-ci il, 04.09.2020-ci il və 19.08.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********73775 olan Xiaomi Redmi 8 markalı telefon, Hoffmann markalı kondisioner və LG markalı televizor və soyuducu almış və nəticədə 8690 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmişdir. Cavabdeh cəmi 241,5 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan 01.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********73775 olan Xiaomi Redmi 8 markalı telefon; 04.09.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə Hoffmann markalı kondisioner; 19.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə LG markalı televizor və soyuducu almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş 14.03.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMCdən alqı-satqı qiyməti 409 manat olan İMEİ kodu **********73775 olan Xiaomi Redmi 8 markalı telefon üçün cəmi ödədiyi məbləğ 156,5 manat, ödənilməmiş əsas borcu 252,5 manat, cərimə borcu 81,6 manat olmaqla, cəmi 334,1 manat; 04.09.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2588,4 manat olan Hoffmann markalı kondisioner üçün cəmi ödədiyi məbləğ 0 manat, ödənilməmiş əsas borcu 2588,4 manat, cərimə borcu 643,5 manat olmaqla, cəmi 3231,9 manat; 19.08.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 4187,2 manat olan LG markalı televizor və soyuducu üçün cəmi ödədiyi məbləğ 85 manat, ödənilməmiş əsas borcu 4102,2 manat, cərimə borcu 1021,8 manat olmaqla, cəmi 5124 manat, ümumi ödənilməmiş borcu cəmi 8690 manat təşkil edir; -01.02.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********73775 olan Xiaomi Redmi 8 markalı telefonun aylıq ödəniş məbləği 34 manat; 04.09.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Hoffmann markalı kondisionerin aylıq ödənişi 143,8 manat; 19.08.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, LG markalı televizor və soyuducuun aylıq ödənişi 227,9 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 06.11.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh 01.02.2020-ci il, 04.09.2020-ci il və 19.08.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış İMEİ kodu **********73775 olan Xiaomi Redmi 8 markalı telefon üçün 81,6 manat; Hoffmann markalı kondisioner üçün 643,5 manat; LG markalı televizor və soyuducu üçün 1021,8 manat məbləğində cərimələrin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, 01.02.2020-ci il tarixli müqavilə üzrə alınmış İMEİ kodu **********73775 olan Xiaomi Redmi 8 markalı telefon üçün dəbbə pulunun 5 manat; 04.09.2020-ci il tarixli müqavilə üzrə alınmış Hoffmann markalı kondisioner üçün dəbbə pulunun 100 manat; 19.08.2020-ci il tarixli müqavilə üzrə alınmış LG markalı televizor və soyuducu üçün dəbbə pulunun 100 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu cavabdehdən 53 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01.02.2020-ci il tarixli müqaviləyə əsasən 252.5 (iki yüz əlli iki manat, əlli qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 04.09.2020-ci il tarixli müqaviləyə əsasən 2588.4 (iki min beş yüz səksən səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, 19.08.2020-ci il tarixli müqavilə üzrə 4102.2 (dörd min bir yüz iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu olmaqla, cəmi 7148.1 (yeddi min bir yüz qırx səkkiz manat, on qəpik) manat borcun və 53 (əlli üç )manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar