Məhkəmə qərarları › İş №2(008)-1489/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1489/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1489/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən yaranmış 3461 (üç min dörd yüz altmış bir ) manat əsas kredit borc pul məbləğini və məhkəmənin hesabına ödədiyi 54.61 (əlli dörd manat altmış bir qəpik ) manat dövlət rüsumu Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində telefon mağazası işlədir. Cavabdeh onun mağazasından xx.xx.2021-ci il tarixdə 10 (on) ay müddətində ödəmək şərti ilə ümumi dəyəri 3461 manat olan “ Samsunq A12 ” model telefonlarını kreditə götürmüşdür. Lakin cavabdeh aralarındakı razılaşmaya riayət etməməşdir. O, dəfələrlə onunla görüşürək yaranmış borcun ödənilməsini tələb etsə də, o onu hər dəfə aldadaraq bunu etməkdən yayınmışdır. Axırıncı dəfə onunla görüşdükdə o ona qardaşına aid kartı verib hər ay borcunun həmin kartdan tutulmasını təklif etdi. Bu barədə onun onda özünün yazdığı sübut vardır. Lakin sonradan həmin kartdan pul çıxartmaq istəyərkən kartın bloklandığı ona məlum oldu. Beləliklə həmin kredit boru cavabdehdən bu günkü günə qədər ala bilmir. Həmin borc məbləğinin cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o iddiaçının iddia tələbi ilə qismən razıdır. Həmin iddiaya etiraz olaraq bildirir ki, o, İddiaçı 2021-ci il tarixdən tanıyır. Belə ki o, Zabrat qəsəbəsində telefon mağazası işlədirdi. O, İddiaçı 2100 manat məbləğində mobil telefon kreditə götürmüşdür. O, İddiaçı telefon götürərkən aralarında heç bir müqavilə bağlanmamışdır. Telefon kreditə götürdükdən bir müddət sonra birdəfəlik 800 manat pulu ona ödəmişdir. Qalan 1300 manat məbləğində pulu isə İddiaçı ona qəbzə imza etdirmişdir. Qəbzdə 1300 manat pulu hər ay 100 manat olmaqla hissə-hissə İddiaçı qaytaracağı qeyd edilmişdir. Əgər İddiaçı məhkəməyə müqavilə təqdim etmişdirsə oradakı imzanın o tərəfdən edilmədiyini nəzərə almağını və iş üzrə ekspertiza təyin etməyini Sizdən xahiş edir. Həmçinin onu da qeyd etmək istəyir ki, o, İddiaçı 1300 manat məbləğində olan pulu tam etiraf edir və həmin məbləğdə olan pulu ona hər ay 100 manat olmaqla hissə-hissə qaytaracaqdır. İddiaçının ona qarşı 3461 manat məbləğində pul tələbi barədə iddia ərizəsi qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və bu barədə qətnamə qəbul edilməlidir. İddiaçı ona qarşı pul tələbinə dair iddiası qanunsuz və əsasız olduğundan qismən təmin olunmasını xahiş etmişdir. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Ağayev X2 A 12 mobil telefonu 5 ədəd olmaqla 3461 manat 10 ay müddətinə kreditə verilmişdir. xx.xx.2021-ci il tarixli cavabdehin əlyazmasından görünür ki, o, Cavabdeh qardaşı X1 qəsəbəsində yerləşən İddiaçı aid olan Zabrat Telekom dükanından dəyəri 3461 olan telefon aldığı üçün qardaşının pensiya kartını vermişdirki, həmin 3461 manat olan borcu ödəsin. 10 ay müddətinə ödənilməli olduğunu heç bir səbəb olmadan heç kəs kartı tələb edə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/470 nömrəli imtina məktubunun surətindən görünür ki, Cavabdeh 3-5 sənəddə əlavə sərbəst imza nümunələrini, 5-7 vərəqədə eksperimental imza nümunələrinin təqdim edilməsi barədə 31 mart 2023-cü il tarixdə ekspert vəsatəti verilmişdir, lakin bu günə kimi vəsatət təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3461 manat məbləğində 5 ədəd telefon nisyə götürmüşdür. Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək iddiaçıdan 2100 manat məbləğində telefon götürmüş olduğunu və həmin məbləğdən 800 manat ödəniş etmiş olduğunu bildirsədə, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh eyni zamanda kredit müqaviləsi bağlanan zaman edilən imzanın ona məxsus olmamasını bildirmiş olduğundan, məhkəmə tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsinə baxmayaraq, cavabdeh ekspertiza keçirilməsi üçün imza nümunələrini təqdim etməmiş, ekspertizadan imtina edilməsinə səbəb olmuşdur. Bundan əlavə cavabdeh əlyazmasında 3461 manat borclu olduğunu qeyd etmişdir. Beləliklə, Cavabdeh 3461 (üç min dörd yü altmış bir) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 54.61 (əlli dörd manat, altmış bir qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3461 (üç min dörd yüz altmış bir) manat məbləğində pul və 54.61 (əlli dörd manat, altmış bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar