Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1516/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəyən maddi ziyana görə ödənilməmiş 783 (yeddi yüz səksən üç) manat və 30 (otuz) manat dövlət rüsumun cavabdehlərdən tutularaq ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 noyabr 2022-ci il tarixdə saat 19:00 raddələrində Mikayıl Müşviq küçəsi ilə hərəkət edən zaman cavabdehin idarə etdiyi Toyota PRİUS (HİBRİD) markalı, **-FK-*** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının riayət edilməməsi səbəbindən onun yoluna çıxmışdır. Bu zaman onun idarə etdiyi Mercedes markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı onun idarə etdiyi avtomobilə zərər yetirilmiş və avtomobilinə külli miqdarda ziyan dəymişdir. X22 İdarəsi tərəfindən sənədləri və hadisə araşdırılmış və müəyyən olunmuşdur ki, hadisə cavabdehin səhvi ucbatından baş vermişdir. Dəymiş ziyan barəsində "xxxx"ASC tərəfindən tərtib edilmiş 4233/22 saylı qiymətləndirmə aktı tərtib olunmuşdur. Qiymətləndirmə aktından zədələnmiş detalların təmiri, ümumilikdə 4165 manat məbləğ təşkil etmişdir. Ərizəyə əlavə edilmiş İnzibati xəta haqqında İXP ******* saylı protokoldan və cavabdeh tərəfindən verilmiş izahatından aydın olur ki, o, törətdiyi xətanı etiraf etmiş və onun avtomobilinə dəymiş ziyanı təxmin etmişdir. xx.xx.2022-ci il tarixdə dəymiş ziyanla bağlı "xxxx"ASC tərəfindən ona “Kapital Bank” vasitəsi ilə 3382.33 manat köçürülmüş, lakin köçürülən məbləğ avtomobilinin təmirinə kifayət eləmir. Bu "xxxx"ASC tərəfindən tərtib edilmiş 4233/22 saylı qiymətləndirmə aktından da bəlli olur. Qiymətləndirmə aktında zədələnmiş detalların təmiri üçün ümumilikdə 4165 manat tələb olunur. Qeyd etmişdir ki, özü Qarabağ Müharibəsinin qazisidir, əlavə gəliri yoxdur ki, çatışmayan 783 manatı avomobilin təmirinə sərf etmişdir. Cavabdeh tərəfə dəfələrlə müraciətlərinin heç bir nəticə verməyəcəyini yəqin etdiyi üçün mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, faktiki olaraq cavabdehin təqsiri üzündən törədilmiş yol hərəkət hadisəsi zamanı avtomobilinə dəymiş qalan 783 (yeddi yüz səksən üç) manat maddi ziyanı ödənməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının "xxxx" ASC-yə qarşı iddiasını aşağıda göstərilən səbəblərdən əsassız hesab edir: iddiaçının tərəfindən 783 manat sığorta ödənişi ödənilməsi ilə bağlı tələbi “İcbari sığortalar haqqında” Qanunun tələbinə ziddir. Qanında nəzərdə tutulmuş və sığortaçının məsuliyyətinin maksimum həddi olan 5000 manatlıq sığorta məbləği tam həcmdə sığorta ödənişi olaraq həyata keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə iddiaçı daxil olmaqla 2 zərərçəkən mövcuddur. Belə ki, zərər dəymiş nəqliyyat vasitələrindən biri İddiaçı idarə etdiyi “Mercedes Benz C180” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olsa da, baş vermiş hadisə nəticəsində həmçinin X6 idarə etdiyi “Hyundai Veloster” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat' vasitəsinə də zərər dəymişdir. Qeyd edilən hal hadisə ilə bağlı səlahiyyətli dövlət orqanı olaraq Bakı şəhər DYPİ tərəfindən təqdim edilmiş Forma 4 arayışında və digər sənədlərdə də öz təsdiqini tapmışdır. Hadisə nəticəsində “Mercedes Benz C180” markalı nəqliyyat vasitəsinə dəymiş zərər 4165 manat, “Hyundai Veloster” markalı nəqliyyat vasitəsinə dəymiş zərər 1992 manat dəyərində olduğu qarşılıqlı razılıq əsasında müəyyən edilmiş və müvafiq qaydada zərərçəkənlərə 3382,33 manat və 1617,67 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000 manatdır. Göründüyü kimi hadisə üzrə zərərçəkmiş avtomobillərə dəymiş zərər məbləği qanunla müəyyən edilmiş 5000 manat sığorta məbləğini keçdiyindən (4165+1992=6157) hər iki zərərçəkmişə sığorta ödənişi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində ödənilmişdir. Bununla da "xxxx" ASC sığorta müqaviləsi üzrə öhdəliyini tam olaraq yerinə yetirmişdir. Dəymiş zərər məbləği ilə Cəmiyyəti ilə iddiaçı arasında sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı əqd imzalanıb. Belə ki, İddiaçı sığorta aktını imzalamış və hesablanan zərər və sığorta ödənişinin məbləği ilə tam razı olduğunu təsdiqləmişdir. Bildirmək istəyir ki, Sığortalı tərəfindən yazılı əqd olan sığorta aktı imzalanmış, sığortalı sığorta ödənişi məbləği ilə razılaşmış və sığorta ödənişi tərəfindən ödənilmişdir. Tərəflər arasında razılaşdırılmış, imzalanmış və təsdiq olunmuş əqd - sığorta aktı olduğundan, əqd etibarsız hesab edilmədən zərər məbləğinin mübahisələndirilməsi hüquqi baxımdan mümkün deyildir. İddiaçının sığorta ödənişi almaq tələbi irəli sürmək hüququ yoxdur. Qeyd olunan iş üzrə İddiaçı sığorta ödənişini tələb etmək və sığorta ödənişi almaq hüququ yoxdur. Bu səbəbdən də tərəfimizdən “Mercedes Benz C180” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi avtomobilin mülkiyyətçisi X3 verilmişdir. Yuxanda sadalananlara əsasən İddiaçı iddia irəli sürmək hüququnun olmadığı qənaətindədir. 2(008)-1516/2023 saylı mülki iş üzrə İddiaçı Cavabdeh "xxxx" ASC-yə münasibətdə sığorta ödənişinin ödənilməsi barədə iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə məhkəməə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında İnzibati Xəta haqqında İXP ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idare etdiyi “Toyota Prius” markalı 77FK194 dövlət qeydiyyat nişanlı avtomobil ilə törətmiş olduğu yol nəqliyyat hadisəsində təqsirli hesab edilərək, onun barəsində İXM-nin 327.1, 332.1-ci maddəsi ilə inzibati icraat başlanmışdır. X20 haqqında TP ******* nömrəli Qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinun törədilməsində təqsirli hesab edilmiş, İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə “40” manat məbləğində cərimə edilmişdir. BB 216721 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” minik markalı, **-FK-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11r. BA 222012 seriyalı Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benx C180 minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. X2 çıxarışdan görünür ki, X1 Benx C180 minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Mercedes Benz C180 minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə 4165 manat məbləğində zərər dəymişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Qala Siğorta ASC tərəfindən 3382.33 manat pul məbləği Mercedes Benz C180 minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 ödənmişdir. CM2956/22 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Mercedes Benz C180 minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə 4165 manat dəymiş zərərdən 3382.33 manat hissəsi zərər vuran avtomobilin siğortaçısı tərəfindən ödənilməsi qərara alınmışdır. Zərərçəkən əmlakın qanunu sahibi isə İddiaçı olmuşdur. CM2956/22 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hundai Veloster minik markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1992 manat dəymiş zərərdən 1617.67 manat hissəsi zərər vuran avtomobilin siğortaçısı tərəfindən ödənilməsi qərara alınmışdır. Zərərçəkən əmlakın qanunu sahibi isə X13 olmuşdur. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. X16 Qanunun 20.4-cü maddəsinə əsasən Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin qanunun 56.1.2-ci maddəsinə Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, 22 noyabr 2022-ci il tarixdə saat 19:00 raddələrində Cavabdeh1 Toyota PRİUS (HİBRİD) markalı, **-FK-*** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək İddiaçı və 3-cü şəxs X7 məxsus avtomobilə zərər vurmuşdur. İddiaçıya məxsus avtomobilə vurulmuş ziyan 4165 manat, digər avtomilə dəymiş ziyan isə 1992 manat hesablanmış olduğundan, zərərvuran avtomobilin siğortaçısı dəymiş zərərə ödənilməli pulu mütanasib sürətdə azaldaraq iddiaçıya 3382.33 manat ödəniş etmiş, digər zərərçəkən şəxsə isə 1617.67 manat ödədiyindən iddia tələbi cavabdeh Qala Siğorta ASC-yə münasibətdə təmin edilə bilməz. İddiaçının dəymiş zərərn ödənilməmiş hissəsinin yalnız zərərvuran Cavabdeh1 tələb etməsi qanunun tələblərinə uyğun olduğundan iddia tələbi yalnız həmin hissədə təmin edilə bilər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu 30 manat hissəsi Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 783 (yeddi yüz səksən üç) manat dəymiş zərər, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1516/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1516/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver