Məhkəmə qərarları › İş №2(008)-152/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-152/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-152/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 23.05.2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05.02.2019-cu il tarixli 25B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 62.429,90 AZN, faiz borcu üzrə 2.748,50 AZN, cərimə borcu üzrə 4,21, cəmi 65.182,61 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, Tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 05.02.2019-cu il tarixli 25B8/14- 2 saylı əlavə kredit müqaviləsi üzrə 65.182,61 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “Unibank" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 (əlli min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094-də, 3 nömrəli binada yerləşən 91 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 23.05.2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05.02.2019-cu il tarixli 25B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, 05.02.2024-cü il tarixədək, illik 16% ödəmək şərtilə 65.358 AZN məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı Cavabdeh1 arasında bağlanmış 10.06.2014-cü il tarixli 25Bİ/14-2 saylı ipoteka müqaviləsinə əsasən və 29.01.2019-cu il tarixli Sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzili "xxxx" Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 31.01.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya RX No 1463399, qeydiyyat Xül 1********) Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "Unibank’ Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 14.05.2020-ci il tarixli maliyyə arayışlarına əsasən 05.02.2019-cu il tarixli 25B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 62.429,90 AZN, faiz borcu üzrə 2.748,50 AZN, cərimə borcu üzrə 4,21, cəmi 65.182,61 AZN məbləğində banka borcu təşkil edir. 23.05.2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri. Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 10.06.2014-cü il tarixli 25Bİ/14-2 saylı ipoteka müqaviləsinə və 29.01.2019-cu il tarixli Sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 73.000 (yetmiş üç min) manat məbləğində qiymətləndirilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək icraatda iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinin ipoteka predmetinə yönəldilməsinə" dair iddia tələbi üzrə 2(008)-4643/2020 mülki iş vardır. Məhkəməyə təqdim olunmuş iddia ərizəsinin xahiş etdim hissəsində ipoteka predmeti olan əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllə yerləşən 3 saylı evin 91 saylı mənzilinin ilkin satış qiyməti 50.000 (əlli min) səhv olaraq qeyd olunmuşdur. Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 23.05.2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05.02.2019-cu il tarixli 25B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 62.429,90 AZN, faiz borcu üzrə 2.748,50 AZN, cərimə borcu üzrə 4,21, cəmi 65.182,61 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 05.02.2019-cu il tarixli 25B8/14- 2 saylı əlavə kredit müqaviləsi üzrə 65.182,61 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “Unibank" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 73 000 (yetmiş üç min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094-də, 3 nömrəli binada yerləşən 91 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 23.05.2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05.02.2019-cu il tarixli 25B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 61726.45 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 05.02.2019-cu il tarixli 25B8/14- 2 saylı əlavə kredit müqaviləsi üzrə 61726.45 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “Unibank" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 73 000 (yetmiş üç min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094-də, 3 nömrəli binada yerləşən 91 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2014-cü il tarixli, 25B8/14 saylı əsas kredit müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanamla kredit verir. Həmin müqvilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilsəində tənzimlənir. 10 iyun 2014-cü il tarixli 25Bİ8/14-2 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan müqavilənin 1.2 bəndində nəzərdə tutulmuş Əsas Kredit müqaviləsi üzrə və Əsas Kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 08.01.2008-ci il tarixində 616 nömrəli reyestr kitabının 56621 nömrəli vərəqində, reyestr nömrəsi **********10-05101- 093020, qeydiyyat nömrəsi ********** qeydiyyatı aparılmış MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094-də, 3 nömrəli binada yerləşən 91 saylı mənzili bundan sonra “İpoteka predmeti” ) İpoteka saxlayana ipoteka qoymuşdur. - 05.02.2019-cu il tarixli 25B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödəmək şərti ilə 05.02.2024-cü il tarixədək 65358 (altmış beş min üç yüz əlli səkkiz) manat məbləğində kredit verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, 31.01.2019-cu il tarixdən ünvan 1 ünvanında yerləşən 60.11 kv.m olan mənzil "xxxx" KB ASC-nin 11 saylı filialının xeyrinə hüquq yükül edilmişdir. - 10.06.2014-cü il tarixli 25Bİ8/14-2 saylı İpoteka Müqaviləsinə əlavə olan 29.01.2019-cu il tarixli sazişdən görünür ki, ipoteka müqaviləsinin 1.2-ci bəndi dəyişiklik edilərək 1.2-ci ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 23.05.2014-cü il tarixli 25B8/14 saylı Əsas Kredit müqaviləsinə və 29.01.2019-cu il tarixli Sazişə görə Borc verən Borc alana 1 000 000 (bir milyon) manat məbləğində, illik maksimum 28 faiz, 23.05.2024-cü il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanmaqla verir. - 23.05.2014-cu il tarixli, 25B8/14 saylı əsaskredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 10 iyun 2014-cü il tarixli sazişə əsasən tərəflər arasında bağlanmış 23 may 2014-cü il tarixli, 25B8/14 saylı Əsas Kredit müqaviləsinin (bundan sonra “Əsas kredit müqaviləsi” adlandırılacaq) 5.1-ci bnədi dəyişdirilərək “Borcalan”ın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası Cavabdeh1 məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094-də, 3 nömrəli binada yerləşən 91 saylı mənzil və X2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində 9 saylı evdə yerləşən 133 nömrəli mənzilin ipotekası ilə təmin olunmuşdur. - 03 mart 2015-ci il tarixli 30.05.2014-cü il tarixli, 25B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında sazişin surətindən görünür ki, kredit müqaviləsinin 1.3 bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 20.5 faiz, müddət isə 02.06.2018-ci il tarixinədək müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, MH seriyalı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094-də istifadədə olan 0.10053 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada,60.11 kv.m ümumi 42.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaq 91 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 616 nömrəli reyestr kitabının 56621 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin İİİ-ЖГ seriyalı, 357777 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X6 arasında 11 yanvar 1984-cü il tarixdə nikah qeydə alınmışdır. - X5 ünvanlanmış 15.05.2020-ci il tarixli, PKKİED/3314 nömrəli pretenziya məktubundan görünür ki, cavabdeh maliyyə arayışına əsasən qeyd eeddilmiş borc məbləği barədə xəbərdar edilmiş, borcu ödəmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - X5 ünvanlanmış 09.06.2020-ci il tarixli, PKKİED/3911 nömrəli bildirişin surətindən görünür ki, cavabdeh yaranmış borc məbləğini ödəmədiyi təqdirdə mülkiyyətində olan Bakı şəhəriŞ Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə tutma yönəldiləcəyi barədə xəbərdar edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 16.06.2020-ci il tarixli ərizəyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınması xahiş edilmişdir. - Müraciətin qəbulu və dövlət rüsumunun ödnilməsi barədə təsdiqetmə bildirişi üçün 30(otuz) manat məbləğində pul ödənilmişdir. - 05 fevral 2021-ci il tarixli, LP-014/21 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilin real bazar qiyməti 85000 manat, likvid qiyməti 76500 manat təşkil etmişdir. - Cavabdeh2 10.06.2014-ci il tarixində notariat kontorunda ərizə yazaraq bildirir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilin Unibank KB-a ipoteka qoyulmasına razıdır və həmin mənzilə tutma yönəldikdə və satıldıqdan sonra onu tərk etməyi öhdəsinə götürür. - Cavabdeh3 10.06.2014-ci il tarixində notariat kontorunda ərizə yazaraq bildirir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilin Unibank KB-a ipoteka qoyulmasına razıdır və həmin mənzilə tutma yönəldikdə və satıldıqdan sonra onu tərk etməyi öhdəsinə götürür. - Cavabdeh4 10.06.2014-ci il tarixində notariat kontorunda ərizə yazaraq bildirir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilin Unibank KB-a ipoteka qoyulmasına razıdır və həmin mənzilə tutma yönəldikdə və satıldıqdan sonra onu tərk etməyi öhdəsinə götürür. - 18 noyabr 2021-ci il tarixli, 9/7556 nömrəli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.05.2014-cü il tarixli, 25B8/14 nömrəli əsas kredit müqaviləsi əsasında 05.02.2019-cu il tarixli, 25B8/14-2 nömrəli əlavə kredit müqaviləsi üzrə 14.05.2020-ci il tarixə və rəyin tərtib edildiyi tarixə kredit alan Cavabdeh1 kredit verən "xxxx" KB ASC-yə müqavilə üzrə hesablanmış əsas və faiz borcu 14.05.2020-ci il tarixə 63082,79 manat əsas, 2130.80 manat faiz, 18.11.2021-ci il tarixə 63082,72 manat əsas, 16982.81 manat faiz borcu müəyyən edilmişdir. - "xxxx" MMC-nin 05.02.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilin likvid dəyəri 76500 manat olduğu müəyyən edilmişdir. - 16.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 25B8/14-2 nömrəli əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 15.02.2022-ci il tarixə əsas borc üzrə 61726.45 manat məbləğində borcu mövcudur. Kredit müqaviləsinin əlavənin 1.1-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqaviləsinə əlavənin1.3-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1nun "xxxx" KB ASC ilə bağladığı 23 may 2014-cü il tarixli 25B8/14 nömrəli əsas kredit müqaviləsinə əsasən 60 (almış) ay müddətinə 1.000000 (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Əsas kredit müqaviləsi Cavabdeh1 “"xxxx" KB ASC ilə bağladığı 05.02.2019-cu il tarixli 25B8/14-2 nömrəli əlavə kredit müqaviləsi əsasında 60 (altmış) ay müddətinə, aylıq faiz dərəcəsi 16 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 65358 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Cavabdeh1nun 23 may 2014-cü il tarixli 25B8/14 nömrəli əsas kredit müqaviləsinə əsasən banka 05.02.2019-cu il tarixli 25B8/14-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 61726.45 (altmış bir min yeddi yüz iyirmi altı manat, qırx beş qəpik) manat məbləğində borcu yarnamışdır. İddiaçı tərəfindən Cavabdeh1 09.06.2020-ci il tarixdə xəbərdarlıq göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə qaydasında qeyd edilən kredit borcunun tam ödənilməsinin tələb ediləcəyi borclunun nəzərinə çatdırılmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairələrinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu hissəsində təmin edilməli, Cavabdeh1 tutlaraq 23 may 2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 05.02.2019-cu il tarixli 25B8/14-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 61726.45 (altmış bir min yeddi yüz iyirmi altı manat, qırx beş qəpik) manat borc pul iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 10.06.2014-cü il tarixli 25Bİ8/14-2 nömrəli ipoteka müqaviləsindən görünür ki, 23 may 2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Bakıxanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzili iddiaçı "xxxx" KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlakın dəyəri 73 000 (yetmiş üç) manata qiymətləndirilmişdir. Habelə, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.06.2014-cü il, 25Bİ8/14-2 nömrəli ipoteka müqaviləsindən görünür ki, 23 may 2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ünvan 3əhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzil ünvanında yeləşən evi iddiaçı "xxxx" KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yeləşən mənzilə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı 05 fevral 2021-ci il tarixli, LP- 014/21 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, ünvan 4 ünvanında yeləşən mənzilin ilkin satış qiyməti 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh1 ekpert rəyi üzrə 150 manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (bedcə təsnifat kodu:142595, 210005 nömrəli dövlət xəzinədarlığı Agentliyi VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi ,VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Bundan əlavə ünvan 4 ünvanında yeləşən mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 61726.45 (altmış bir min yeddi yüz iyirmi altı manat, qırx beş qəpik) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 (otuz) manat xidmət haqqı iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə yönəldilsin, Həmin mənzil açıq hərrac yolu ilə realizə edilsin. Həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. İpoteka predmetinin ilkin satış qiyməti 76.500 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094-də, 3 nömrəli binada yerləşən 91 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 çıxarılmaqla yaşayış sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 ekpert rəyi üzrə 150 manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (bedcə təsnifat kodu:142595, 210005 nömrəli dövlət xəzinədarlığı Agentliyi VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi ,VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar