Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1528/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 fevral 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 13 fevral 2015-ci il tarixdə X15 doğulmuşdur. Cavabdeh ilə aralarındakı nikah 12 dekabr 2019-cu il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikhdan olan övladı X15 onun himayəsində saxlanılmışdır. Cavablehlə aralarındakı nikah pozulduqdan sonra cavabdehdən sabit pul məbləğində alimentin tutulması barədə məhkəmədə iddia qaldırmışdır. Ağsu Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(016)-890/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 13 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 25 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay onun xeyrinə 120 (yüz iyirmi) manat pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən xx.xx.2020-ci il tarixdə verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə qismən təmin edilərək, 13 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun xeyrinə 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Yenidən Ağsu Rayon Məhkəməsinə müraciəti ilə 19 iyul 2022-ci il tarixli qətnaməyə əsasən 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndir. Uşaq məktəblidir, onun gündəlik tələbatı, sağlamlığı, məktəb ləvazimatları üçün kifayət qədər maddi vəsait tələb olunur. O, heç yerdə işləmir, azyaşlı uşağa qulluq edir. Cavabdehin şəxsi biznesi, maddi gəlirləri, imkanı kifayət qədər yüksək olmasına baxmayaraq, övladına alimentdən əlavə heç bir maddi köməklik göstərmir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Ağsu Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını, Cavabdeh 13 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz göndərərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı alimentin artırılması barədə tələbini heç bir sübutla əsaslandırmamışdır. Onun maddi vəziyyətinin əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra yaxşılaşmasına dair heç bir sübut əlavə etməmişdir. Halbuki onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, iddiaçının yanında yaşayan azyaşlı uşağının maddi cəhətdən saxlanılması üçün ödədiyi alimentdən əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə ondan iddiaçı Əsgərova (Məmmədova) Afaq Novruz qızının himayəsində olan xx.xx.2022-ci il təvəllüdlü X12 adlı övladının saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana kimi ana üçün 50 manat vəsaitin tutulması qət edilmişdir. Bundan başqa, o, yenidən ailə qurmuş və həmin evlilikdən 16 sentyabr 2023-cü il təvəllüdlü X13 adlı uşağı doğulmuşdur. Azyaşlı övladı Tuncay onun himayəsində yaşayır. O, hər ay hər iki övladının saxlanılması üçün məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti belə çətinliklə ödəyir. Belə ki, həm aliment ödəmək, həm də himayəsində olan ailəsinin maddi cəhətdən saxlanılması onun maddi vəziyyətini ağırlaşdırır. Aylıq əmək haqqı ilə güclə məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti ödəyir. Bundan başqa, X9 da hazırda ona qarşı alimentin məbləğinin artırılması tələbinə dair ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir. Belə olan halda alimentin məbləğinin artırılması onun ailə vəziyyətinin olduqca ağırlaşmasına, ailəsinin, İddiaçı və X2 himayəsində olan yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsində onun üçün ciddi çətinliklər yaratmış olacaq. Həmçinin, o, yolun uzaqlığı ilə əlaqədar və işlədiyi üçün məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilmir. Qeyd olunanlara əsasən məhkəmənin hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmənin hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 313572 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 103 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Rəsul soyadı verilmişdir. - AZ-İV seriyalı 511426 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Ağsu Rayon Məhkəməsinin 2(016)-890/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/6-0979 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-761/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün hər ay 50 (əlli) manat, cəmi 243 (iki yüz qırx üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. - Şəmkir RİHB-nın Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 103 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəliyində daimi pasport qeydiyyatındadır və həmin kənddə yaşayır. Onun ailə üzvləri aşağıdakı kimidir: anası X8 işləmir, arvadı X11 işləmir, oğlu X13. - AZ-İV seriyalı 928275 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. - xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyası üçün ərizədən görünür ki, X1 Abbas Əsgər oğluna qarşı alimentin artırılması barədə Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-570/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)- 735/2020 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də direktor, kredit ittifaqının sədri vəzifəsində işləyir və aylıq əmək haqqı 900 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına torpaq sahəsi mövcuddur. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2022-ci il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X13 adlı uşaqları vardır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X15 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı X15 anası İddiaçı yanında qalmışdır. Ağsu Rayon Məhkəməsinin 2(016)-570/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-735/2020 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, iddia qismən təmin edilərək, cavabdehdən uşaq üçün yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Ağsu Rayon Məhkəməsinin 2(016)- 570/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, Cavabdeh 30 manat dövlət rüsumu (235-170=65x12ay=780) tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-570/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1528/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1528/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver