Məhkəmə qərarları › İş №2(008)-1548/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1548/2024

09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1548/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi Novruzova Günel Novruz qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu maddi zərərin əvəzi olaraq 6560 (altı min beş yüz altmış) manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 87 (səksən yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il saat 21:50-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində, Cavabdeh yüksək sürətlə idarə etdiyi “Mercedes-Benz Yük” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus “AZSAMAND minik” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilinə 6560 (altı min beş yüz altmış) manat miqdarında zərər dəymiş, lakin cavabdeh vurulmuş zərəri könüllü ödəməkdən imtina edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, avtomobilinə dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, Azərbaycan Respublikasının DİN BDYPİ-də ona heç bir təqsirinin olmadığını, barəsində tərtib edilmiş və hazırda iş materiallarında olan inzibati xəta haqqında protokolla tanış olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, məhkəmədən mahiyyəti üzrə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru polis kapitanı X1 tərəfindən xx.xx.2023-cü il saat 21:50-də Sabunçu rayonu Bilgəh qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Mercedes-Benz Yük” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh (FİN: 5QJJGDF) barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 469.3-cü maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla İXM-nin qeyd olunan maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 50 (əlli) manat miqdarında inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan CMS-AZEMİS Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, “AZSAMAND minik” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Sultan Avtoservis (Avanqard Avtoservis)” tərəfindən tərtib edilmiş, dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “AZSAMAND minik” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə (təmir xərci ilə birlikdə) 6560 (altı min beş yüz altmış) manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli 9/3097 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Sultan Avtoservis (Avanqard Avtoservis)” tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdakı məlumatlara əsasən, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2007-ci il burxaılışlı, “AZSAMAND minik” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6560 (altı min beş yüz altmış) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il saat 21:50-də Sabunçu rayonu Bilgəh qəsəbəsində Cavabdeh idarə etdiyi “Mercedes-Benz Yük” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “AZSAMAND minik” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yolnəqliyyat hadisəsi törətmiş, təqsirli hərəkətləri ilə əlaqədar ona Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilmiş və nəticədə İddiaçı avtobilinə 6560 (altı min beş yüz altmış) manat miqdarında zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı əmlakına ziyan dəymiş, bu barədə o, İXM-nin müvafiq maddələrinə uyğun olaraq cərimə edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən şəxsin öhdəsinə qoyulmalıdır. Həmçinin mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməli olduğundan, məhkəmə araşdırması zamanı İddiaçı məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin 6560 manat olması öz təstiqini tapdığından iddia tələbi tam təmin olunaraq, Cavabdeh dəymiş zərər məbləği tam həcmdə tutulmalıdır. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh oğlundan 6560 (altı min beş yüz altmış) manat dəymiş zərər və 87 (səksən yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6560 (altı min beş yüz altmış) manat dəymiş ziyan və 87 (səksən yeddi) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Ekspertiza xərci olaraq 50 (əlli) manat cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar