Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1568/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********14224 olan “Samsung Galaxy A50” markalı telefon üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 189 (yüz səksən doqquz) manat cərimə; 29.10.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 172 (yüz yetmiş iki) manat cərimə; 02.11.2019-cu il tarixli müqaviləyə əsasən, “SONY” markalı Playstation-4 üçün 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 270 (iki yüz yetmiş) manat cərimə pulu olmaqla, cəmi 2737 (iki min yeddi yüz otuz yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2767 (iki min yeddi yüz altmış yeddi) manat məbləğində pulun Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 26.10.2019-cu il, 29.10.2019-cu il və 02.11.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ Kodu **********14224 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung LED” markalı televizor, “SONY” markalı Playstation-4 almış və nəticədə ümumilikdə 2737 (iki min yeddi yüz otuz yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, 26.10.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (12 ay x 63 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********14224 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 819 (səkkiz yüz on doqquz) manat olmaqla ondan 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 189 (yüz səksən doqquz) manat cərimə; 29.10.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 580 (beş yüz səksən) manat (12 ay x 48 manat + 4 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor üçün ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat olmaqla ondan 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 172 (yüz yetmiş iki) manat cərimə; 02.11.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 975 (doqquz yüz yetmiş beş) manat (12 ay x 75 manat + 75 manat ilkin ödəniş) olan “SONY” markalı Playstation-4 üçün ümumilikdə 1170 (min yüz yetmiş) manat olmaqla ondan 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 270 (iki yüz yetmiş) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 205 manat təşkil edir. Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlandıqda, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, müştərinin ödədiyi məbləğin 50%-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 26.10.2019-cu il tarixli, 01007780 saylı Alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən ilkin ödənişsiz, İMEİ kodu **********14224 olan “Samsung Galaxy A50” markalı mobil telefon 2 illik qızıl zəmanətlə birlikdə 12 ay müddətinə, aylıq 63 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan 29.10.2019-cu il tarixli, 01014235 saylı Alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən ilkin ödənişsiz “Samsung LED” markalı televizor 12 ay müddətinə, aylıq 48 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan 02.11.2019-cu il tarixli, 01023676 saylı Alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən ilkin ödənişsiz, İMEİ kodu **********482 olan “SONY” markalı Playstation-4 12 ay müddətinə, aylıq 75 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən 2 illik qızıl zəmanətlə birlikdə İMEİ Kodu **********14224 olan “Samsung Galaxy A50” markalı mobil telefon, “Samsung LED” markalı televizor və İMEİ kodu **********482 olan “SONY” markalı Playstation-4 tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarında olan 02.03.2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehlə iddiaçı arasında bağlanmış 26.10.2019-cu il tarixli, 01007780 saylı alğı-satqı müqaviləsi ilə cavabdehə satılmış İMEİ Kodu **********14224 olan “Samsung Galaxy A50” markalı markalı mobil telefon üçün Cavabdeh borcu 630 manat ödənilməmiş hissə, 189 manat cərimə borcu olmaqla, ümumilikdə 819 manat; 29.10.2019-cu il tarixli, 01014235 saylı alğısatqı müqaviləsi ilə cavabdehə satılmış “Samsung LED” markalı televizor üçün Cavabdeh borcu 576 manat ödənilməmiş hissə, 172 manat cərimə borcu olmaqla, ümumilikdə 748 manat; 02.11.2019-cu il tarixli, 01023676 saylı alğı-satqı müqaviləsi ilə cavabdehə satılmış İMEİ kodu **********482 olan “SONY” markalı Playstation-4 üçün Cavabdeh borcu 900 manat ödənilməmiş hissə, 270 manat cərimə borcu olmaqla, ümumilikdə 1170 manat təşkil edir. İş materiallarında olan 13.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 26.10.2019-cu il tarixli, 01007780 saylı, 29.10.2019-cu il tarixli, 01014235 saylı və 02.11.2019-cu il tarixli, 01023676 saylı müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, götürdüyü məhsulların ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. İddiaçı tərəfindən cavabdehdən tutulması üçün 26.10.2019-cu il tarixli müqavilə üzrə 189 manat, 29.10.2019-cu il tarixli müqavilə üzrə 172 manat və 02.11.2019-cu il tarixli müqaviləyə əsasən 270 manat cərimə pulu tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kredit müqaviləsi üzrə ödənilməli olan cərimə məbləğini 26.10.2019-cu il tarixli müqavilə üzrə 189 manat cərimə məbləğindən 10 manat məbləğədək, 29.10.2019cu il tarixli müqavilə üzrə 172 manat cərimə məbləğindən 10 manat məbləğədək və 02.11.2019-cu il tarixli müqaviləyə əsasən 270 manat cərimə məbləğindən 10 manat məbləğədək azaldılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında ödəniş qəbzdən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 26.10.2019-cu il tarixli, 01007780 saylı alğı-satqı müqaviləsinə əsasən, İMEİ Kodu **********14224 olan “Samsung Galaxy A50” markalı telefon üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu; 29.10.2019-cu il tarixli, 01014235 saylı alğı-satqı müqaviləsinə əsasən, “Samsung LED” markalı televizor üçün 576 (beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu; 02.11.2019-cu il tarixli, 01023676 saylı alğı-satqı müqaviləsinə əsasən, “SONY” markalı Playstation-4 üçün 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, 2136 (iki min yüz otuz altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, ümumilikdə 2166 (iki min yüz altmış altı) manat məbləğində pul alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1568/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1568/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver