Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1571/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 qızının, İddiaçının nümayəndəsi X3 iştirakları ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor, Samsung markalı tozsoran, HOFFMANN markalı mini soba, HOFFMANN markalı Mikrodalğalı soba üçün 1262 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Dnepr markalı qonaq dəsti, Dnepr stulları üçün 1008 manat ödənilməmiş hissə, 296 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HOFFMANN markalı Radiator üçün 164 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu borcu, ümumilikdə 3139 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3169 manatın cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən Samsung LED markalı televizor, Samsung markalı tozsoran, HOFFMANN markalı mini soba, HOFFMANN markalı Mikrodalğalı soba, Dnepr markalı qonaq dəsti, Dnepr stulları, 2 ədəd HOFFMANN markalı Radiator almış və nəticədə 3139 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2130 manat (18 ay x 110 manat +150 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor, Samsung markalı tozsoran, HOFFMANN markalı mini soba, HOFFMANN markalı Mikrodalğalı soba üçün ümumilikdə 1625 manat olmaqla, ondan 1262 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1128 manat (24 ay x 47 manat + 0 manat ilkin ödəniş) olan Dnepr markalı qonaq dəsti, Dnepr stulları üçün ümumilikdə 1304 manat olmaqla, ondan 1008 manat ödənilməmiş hissə, 296 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 264 manat (12 ay x 22 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd HOFFMANN markalı Radiator üçün ümumilikdə 210 manat olmaqla, ondan 164 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HOFFMANN markalı Radiatoru xx.xx.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 100 manat qiymətləndirilib cavabdehin borcundan silinərək geri qaytarılmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1088 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı cavabdehə Samsung LED markalı televizoru, Samsung markalı tozsoranı, HOFFMANN markalı mini sobanı, HOFFMANN markalı Mikrodalğalı sobanı, Dnepr markalı qonaq dəstini, Dnepr stullarını, 2 ədəd HOFFMANN markalı Radiatoru satmışdır. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HOFFMANN markalı Radiatoru xx.xx.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 100 manat qiymətləndirilib cavabdehin borcundan silinərək geri qaytarılmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-yə aralarında bağlanmış müqavilələr üzrə 2434 manat əsas, 705 manat cərimə borcu, cəmi 3139 manat borcu vardır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 705 manat cərimə məbləğinin 10 %-i həcmində, yəni 70 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 80 % hissəsində təmin edildiyindən (31xx xxxxxxxx 2504 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 24 manatı cavabdehə, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor, Samsung markalı tozsoran, HOFFMANN markalı mini soba, HOFFMANN markalı Mikrodalğalı soba üçün 1262 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Dnepr markalı qonaq dəsti, Dnepr stulları üçün 1008 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HOFFMANN markalı Radiator üçün 164 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu borcu, ümumilikdə 2504 manat borc cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor, Samsung markalı tozsoran, HOFFMANN markalı mini soba, HOFFMANN markalı Mikrodalğalı soba üçün 1262 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Dnepr markalı qonaq dəsti, Dnepr stulları üçün 1008 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HOFFMANN markalı Radiator üçün 164 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu borcu, ümumilikdə 2504 manat borc Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 24 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilsin. 6 manat məbləğində dövlət rüsumu “xxxx” MMC-yə aid edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1571/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1571/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver