Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1576/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4800 manat məbləğində pulun və ödənilmiş 68 manat dövlət rüsumunun Cavabdeh Əzəz oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Suraxanı rayonu ərazisində torpaq sahəsi almaq üçün torpaq alqı-satqısı ilə məşğul olan Cavabdeh Əzəz oğlu ilə tanış olmuşdur. Həmin şəxs iddiaçıya Suraxanı rayonu ərazisində 3 sot torpaq sahəsi göstərərək, 6000 ABŞ dollarına satdığını bildirmişdir. İddiaçı razılaşıb işlədiyi ofisdə ona 6000 ABŞ dollar məbləğində pul vermiş, cavabdeh də iddiaçıya torpağı sənədləşdirərək sənədləri verməyi öhdəsinə götürmüşdür. Bir müddət sonra iddiaçının oğlu və həyat yoldaşı vəfat etdiyi və başının qarışdığı üçün torpağın sənədləri ilə maraqlana bilməmişdir. Həmçinin, maddi çətinlik ucbatından torpaq sahəsi üzərində tikinti işləri apara bilməmişdir. Bu illər ərzində cavabdehdən torpağın sənədlərini tələb etsə də, o hər dəfə bir bəhanə ilə sənədləri verəcəyini demişdir. İddiaçı sonuncu dəfə ona zəng edərək pulunu qaytarmasını tələb etdikdə torpağı satıb pulu qaytarcağını bildirmişdir. Lakin, bu günə kimi nə pulu, nə də torpağın sənədlərini qaytarmışdır. İddiaçı bununla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət etmişdir. Müraciətlə əlaqədar Cavabdeh Əzəz oğunun izahatı alınmış və o öz izahatında həqiqətən iddiaçıdan 4800 manat pul aldığını və torpağın sənədinin verilmədiyini etiraf etmişdir. Bu səbəbdən də, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 4800 manat məbləğində pulun və ödənilmiş 68 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, ddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, İddiaçı satdığı torpağın müqabilində ondan 4800 manat pul aldığını, qeyd edilən torpaq sahəsinin sənədi olmasda ona dair çıxarışın alınması mümkün olduğunu, torpağın sənədinin olmaması səbəbindən tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığını, lakin topağa dair etibarnamə verdiyini, aldığı puldan 1000 manat hissəsini qaytarmış olduğunu, buna dair sənədi olmasa da iddiaçının bu halı mübahislənirməyəcəyindən əmin olduğunu bildirərək, qalıq qalan 3800 manatı geri qaytarmağa etiraz etmədiyini bildirdi və bu barədə yazılı ərizə təqdim etdi. İddiaçının nümayəndəsi və vəkili cavabdehin vermiş olduğu izhata fikir bildirərək, cavabdeh tərəfindən onlara hər hansı pul məbləğinin qaytarılmamasını nəzərə çatdıraraq, iddia tələbinin tam şəkilə müdafiə etdiyini bildirdi. İş materiallarında olan 17.09.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh 2009-cu ildə Suraxanı rayonu ərazisində 2 sot torpaq sahəsini 4800 manata İddiaçı satdığını və İddiaçı həmin pulu ona 10 aya hissə-hissə verdiyini etiraf etmişdir. Məhkəmə müəyyən edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 2009-cu il tarixində cavabadehə 4800 manat pul vermişdir, tərəflərin pulun verilmə əsasının torpaqın alqı-satqısı ilə bağlı olduğunu desələrdə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin alqı-satqı pridmenti kimi istinad olan torpağ sahəsi mülkiyyət hüququ ilə cavabdehə məxsus olmadığından onalr arasında da hər hansı müqavilə münasibətləri yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə pulun verilməsinin hüquqi əsas olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə 1091-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (mərhum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə işin hallarını nəzərdən keçirərək məhkəmə müəyyən edir ki, cavabehin 4800 manat məbləğində pul vəsaitinin alınmasının heç bir hüquqi əsası olmamışdır. Cavabdeh iddiaçıdan almış olduğunu 4800 manat pulun 1000 manat hissəsini qaytarmış olduğunu məhkəməyə bildirsə də, bunu təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına 4800 manat məbləğində əsassız varlanmışdır. Ona görə də, həmin pul vəsaitləri cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat pul və 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1576/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1576/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver