Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1587/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 000 (on min) manat məbləgində pulun və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumumum əvəzinin alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh qeyd olunan hadisə baş verməzdən əvvəl tanımamış, heç bir münasibəti olmamışdır. Cavabdehi məhz rəfiqəsi vasitəsi ilə tanımışdır. Cavabdeh özünü fərdi yaşayış evlərinin tikintisi və alqı-satqısı ilə məğul olan şəxs kimi tanıtmış və bu məqsədlə ondan 10.000 (on min) manat məbləğində pul almışdır. Belə ki, cavabdeh ilə aralarındada 23 avqust 2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqavilə üzrə ikinci tərəf, yəni, cavabdeh öz materiallarından istifadə etməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, H.Aslanov küçəsi ərazisində yerləşən tikinti sahəsi 72 kv.m təşkil edən 80 sm hündürlüyü olan kürsü üzərində yerləşən mişar daşından inşa edilmiş 01 mərtəbəli 2 yaşayış otaqlı fərdi yaşayış evini yaşayış üçün hazır vəziyyətə gətirərək birinci tərəfə, yəni, iddiaçıya təhvil verməyi, birinci tərəf isə, həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə görə işin ümumi dəyəri 40.000 (qırx min) manat müəyyən edilmiş, 9.500 (doqquz min beş yüz) manatını müqavilə bağlandığı gün notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ikinci tərəfə ödəmiş, qalan məbləği isə ilk 75 ay 400 manat, sonuncu ay yəni, 76-cı ay 500 manat olmaqla 76 ay ərzində ödəməli idi. Müqavilənin 3.1-ci maddəsinə görə podratçı sifariş edilmiş fərdi yaşayış evinin yaşayış üçün hazır vəziyyətə gətirilməsi və təmirini müqavilə bağlandığı gündən 10 oktyabr 2023cü il tarixinə kimi tam başa çatdıraraq birinci tərəfə təhvil verməyi, birinci tərəf isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh keçən müddət ərzində heç bir hərəkət etməmiş, Azər adlı şəxsə məxsus olan fərdi yaşayış evini guya ona məxsus olacaq fərdi yaşayış evi kimi tanıtmışdır. Lakin onun yalan söylədiyi və cavabdeh tərəfindən aldadıldığını başa düşmüşdür. Həmçinin əlavə olaraq cavabdehə 500 (beş yüz) manat məbləğində pul ödəməklə ümumi 10.000 (on min) manat məbləğində ödəniş etmiş, lakin cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq heç bir hərəkət etməyərək müqavilənin tələblərini pozmuşdur. Cavabdeh ilə əlaqə saxlayaraq dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamış, ilk vaxtlar müxtəlif bəhanələr ilə onu yubatsa da sonradan hədə-qorxu gəlməyə başlamışdır. Bununla bağlı səs yazıları iddia ərizəsinə qoşma olaraq əlavə edilmişdir. Hazırda onunla əlaqə yarada bilmir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Cavabdeh 10.000 (on min) manat və tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat məbləğində pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxır. İddiaçı (sifarişçi) və Cavabdeh (podratçı) arasında xx.xx.2023-cü il tarixli podrat müqaviləsi bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən ikinci tərəf (podratçı) öz materiallarından istifadə etməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Həzi Aslanov küçəsi ərazisində tikinti sahəsi 72 kv.m. təşkil edən 80 (səksən) sm hündürlüyü olan kürsü üzərində yerləşən mtşar daşından inşa edämiş 01 (bir) mərtəbəli 2(iki) yaşayış otaqlı fərdi yaşayış evini yaşayış üçün hazır vəziyyətə gətirerek birinci tərəfə (sifarişçiyə) təhvil verməyi, birinci teref (sifarişçi) isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 40000 (qırx min) manat təşkil edir. Birinci tərəf (sifarişçi) 40000 (qırx min) manat məbləğin 9500 (doqquz min beş yüz) manat hissəsini müqavilə bağlandığı gün notariusun bankda açılan depozit hesabı vasitəsilə ikinci tərəfə (podratçıya) ödəyir. Birinci tərəf (sifarişçi) qalan 30500 (otuz min beş yüz) manat məbləğində pulu xx.xx.2023-cü il tarixindən etibarən ilk 75 ay ayda 400 (dörd yüz) manat, sonuncu ay yəni, 76-cı ay 500 ( beş yüz) manat olmaqla 76 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan TT**********628950 nömrəli orderə əsasən xx.xx.2023-cü il tarixli 1982 nömrəli Podrat müqaviləsinə əsasən 9500 manat pul İddiaçı tərəfindən 11 nömrəli notariat şöbəsinin depozit hesabına köçürülmüşdür. İddiaçı 9500 manat pulu notariusun depozit hesabına, 500 manatı isə nəğd şəkildə Cavabdeh verməklə ümumilikdə cavabdehdən 10.000 manat pulun tutularaq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçı cavabdehdən tikintinin başa çatdırılması üçün tələb edilən 10000 manatın və 120 manat dövlət rüsumunun tutulmasını istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı Cavabdeh ilə podrat müqaviləsi bağlamışdır, iddiaçı tərəfindən ödənilən pul vəsaiti tikintiyə yönəltməmiş, iddiaçı bunun nəticəsində ziyana düşmüş, tikinti aparılmamış, iddiaçı cavabdehə verdiyi həmin pulu tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9500 (doqquz min beş yüz) manat pul alınaraq, İddiaçı qaytarılmalıdır. Cavabdeh 500 manat nəğd verilmiş pulun tutulması ilə bağlı məhkəmə qeyd edir ki, bu barədə sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 115 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 5 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat və 115 (yüz on beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1587/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1587/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver