Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1589/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün borclu olduğu müvafiq olaraq 3700 (üç min yeddi yüz) manat pulun İddiaçı1, 8260 (səkkiz min iki yüz altmış) manat və 30 manat ödənilmiş dövlər rüsumunun əvəzi məbləğində pulun İddiaçı2 Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə qəbul ediləmsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 2020-ci ilin yanvar ayında Xəyal (əlaqə tel:***-***-**-**) adlı şəxslə tanış olmuş, o, avtomobildə söhbət zamanı aeroportda (hava limanında) Bakı karqo terminalında işlədiyini bildirmişdir. Bir qədər yol getdikdən sonra onu da orada öz müdirinin sürücüsü kimi işə düzəltməyi təklif etmişdir. Aylıq məvacibinin isə təqribən 700 manat məbləğində olacağını bildirmiş və İddiaçı2 əlaqə telefonunu almışdır. Səhərisi gün iddiaçının mobil nömrəsinə zəng edərək sənədlərini gətirməsini xahiş etmişdir. İddiaçı2 sənədlərini də götürüb onunla İçəri Şəhər Metrostansiyası yaxınlığında görüşmüş, sənədləri və 170 manat pul vermişdir. Bundan sonra, o İddiaçı2 karqo terminalının dəmir setkalı hasarının yanına aparıb “sən burada işləyəcəksən” demişdir. Bir neçə gün sonra isə 1990 manat pulu da guya müdirə vermək adı ilə Cavabdeh İddiaçı2 almışdır. Daha sonra isə iddiaçıya özünə aid pensiya kartını göstərərək bildirmişdir ki, «istəyirsənsə sənə də pensiya düzəldə bilərəm». O, pensiya yaşının çatmadığını bildirsə də, o buna ehtiyac olmadığını və 2700 manat pul müqabilində iddiaçı üçün pensiya düzəldə biləcəyini qeyd etmişdir. İddiaçı özü üçün deyil, valideynləri üçün pensiya düzəltməsini xahiş etmişdir. Xəyal mart ayının əvvəllərində Bakı şəhəri, Bakıxanov qəsəbəsində İddiaçı2 2700 manat pulu alaraq 1 həftəyə pensiya kartının hazır olacağını bildirmişdir. Bunlardan əlavə Xəyal müxtəlif adlarla İddiaçı2 3000 manat və 400 manat olmaqla 3400 manat pulu, cəmi 8260 manat pulu etibardan sui-istifadə edərək almışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Xəyal onun və ondan Xəyalın telefon nömrəsini alan müştərisi digər iddiaçı Təranə xanımın etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək məqsədilə pulları alaraq işləri həll edəcəyini bildirmiş, iddiaçılar və digər şəxslərdə onun sözlərinə aldanaraq pulu versələr də Xəyal yalan vəd verib həmin işlərin heç birini yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh iddiaçıların pulunu qaytarmaqdan yayınır. Son dövrlərdə bir neçə dəfə iddiaçılarla əlaqə saxlasa da, hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçılardan gizlənir. Digər İddiaçı1 ilə İddiaçı2 ailəvi tanışdırlar. İddiaçı2 İddiaçı1 ailə sürücüsü olmuşdur. 2020-ci ilin yanvar ayında İddiaçı2 İddiaçı1 yaxın vaxtlarda yeni iş yeri tapdığı üçün artıq ailə sürücüsü işləyə bilməyəcəyini bildirmişdir. İddiaçı1 digər İddiaçı2 harada işləyəcəyini soruşduqda Cavabdeh adlı tanışı vasitəsilə Bakı Beynəlxalq Aeroportunda karqo terminalına işə düzələcəyini bildirmişdir. Təranə xanım Samirdən əgər alınarsa oğlu və kürəkənini də həmin yerdə işə düzəlməyini maraqlanmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı2 hazırki iş üzrə Cavabdeh Təranənin xahişi ilə bağlı maraqlanmışdır. Cavabdeh İddiaçı2 həmin şəxsləri də işə düzəldə biləcəyini bildirərək İddiaçı1 ilə onu tanış etməyi xahiş etmişdir. Bundan sonra, İddiaçı1 Cavabdehla görüşmüşdür. İddiaçı1 İddiaçı2 vasitəsilə tanış olduğu Cavabdeh uzun illər müəllim işləmiş, hazırda İ qrup gözdən əlil olan həyat yoldaşının müalicəsi üçün topladığı, valideyn himayəsindən məhrum olan Hüseynli Hüseynbəyin və nəvəsi Beyrək Hüseynzadənin əlillik kartından çıxardığı pul vəsaitini toplayaraq cavabdehə vermək üçün görüşərək əvvəlcə 2900 manat daha sonra isə 1300 manat olmaqla cəmi 4200 manat məbləğində pul vermişdir. X3 İdarəsində cavabdehin barəsində olan şikayət ərizəsinə baxılarkən Cavabdeh ona 500 manat pul qaytarmışdır. Beləliklə, iddiaçılar 2020-ci ilin yanvar ayından başlayaraq Cavabdeh 8260 və 3700 manat məbləğində pul vermişdirlər. Həmin vaxtdan iddiaçılar Cavabdeh pulu tələb etmələrinə baxmayaraq cavabdeh əsassız əldə etdiyi pulu qaytarmır. Cavabdeh tərəfindən hal-hazırki iddia üzrə ödənilməsini tələb edilən məbləğ cəmi 11 990 manat olmaqla 8260 (səkkiz min iki yüz altmış) manat İddiaçı2 məxsus, 3700 (üç min yeddi yüz) manat İddiaçı1 məxsus olan pul vəsaiti və 30 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçıların, onların nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin hazırkı iş üzrə Cavabdeh barəsində toplanmış rədd materialı məhkəməyə təqdim olunmuşdur. Həmin materialdan aşağıdakılar müəyyən olunur: Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə 26.01.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qəradan görünür ki, materiallara əsasən İddiaçı1 4200 manat pulu Cavabdeh adlı şəxs tərəfindən ələ keçirilmiş, lakin sonrakı zamanda onun 500 manat pulu qaytarılmış, qalan pulunu qaytaracağına Cavabdeh söz vermişdir. Həmçinin Cavabdeh Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində verdiyi izahatından görünür ki, o, İddiaçı1 oğlunu və qohumunu işə düzəldəcəyi adı ilə Samir Əliyevin vasitəsi ilə 3 dəfəyə 4200 manat məbləğində pul aldığını etiraf etmişdir. İddiaçı1 tərəfindən verilmiş qəbzdən görünür ki, ona dəyən ziyan üzrə 4200 manat puldan 500 manat pulu almış, 3700 manat pulu Cavabdeh verməmişdir. Həmçinin Cavabdeh Sabunçu rayon Polis İdarəsinin 12-cü Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, İddiaçı2 qohumu Hikmət Quliyevin məhkəmədə olan işi ilə əlaqədar məsələnin həll olunması üçün Samir Əliyev vasitəsi ilə ümumilikdə 6500 manat məbləğində pul aldığını etiraf etmişdir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, cavabdeh iddiaçılar İddiaçı1 4200 manat məbləğində pul almış, ondan 500 manat məbləğində pulu qaytarmış, İddiaçı2dan isə 6500 manat məbləğində pul almışdır. Hazırda iddiaçılar cavabdehin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün borclu olduğu müvafiq olaraq 3700 manat pulun İddiaçı1, 8260 manat və 30 manat ödənilmiş dövlər rüsumunun əvəzi məbləğində pulun İddiaçı2 Cavabdeh tutularaq ödənilməsini istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddia tələbinin qismən olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsində isə qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Həmin Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır və bu Məcəllənin 445.6-cı maddəsinə görə gecikdirmə zamanı borclu məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı, eləcə də yuxarıda qeyd olunan İddiaçı1 və digərlərinin ərizəsi əsasında toplanmış materillarla müəyyən edilmişdir ki, Cavabdeh iddiaçılar İddiaçı1 4200 manat məbləğində pul almış, ondan 500 manat məbləğində pulu qaytarmış, İddiaçı2 isə 6500 manat məbləğində pul almışdır. İddiaçı2 cavabdehin ümumilikdə ondan 8260 manat pul alması ilə bağlı qeyd edir ki, cavabdehin İddiaçı2dan 6500 manat məbləğində pul alması təsdiq olunsa da, qalan məbləğlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, həmçinin bu hal İddiaçı1 və digərlərinin ərizəsi əsasında toplanmış materiallarda da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3700 manat məbləğində pul tutularaq İddiaçı1, 6500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rusumu tutularaq İddiaçı2 ödənilməli, iddia qlan hissədə rədd edilməlidir.. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3700 manat məbləğində pul tutularaq İddiaçı1, 6500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rusumu tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1589/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1589/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver