Məhkəmə qərarları › İş №2(008)-1590/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1590/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1590/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi v əvə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəylə məhkəməyə müraciət edərək borc qismində verdiyi 55 000 manat məbləğində nağd pulun, ödəniləcək pulun gecikdirilməsinə görə hər il üçün ümumi məbləğin 5% məbləğində olaraq 3000 manat əldən çıxmış faydanın, ödənilmiş 1500 manat məbləğində behin, kirayədə qalmağa məcbur olmağı nəticəsində 2019-cu ilin sentyabr ayından etibarən hər ay olmaqla, ümumi 7000 manatın, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 66 530 manatın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yeni mənzil almaq üçün yaşadığı evi satmış, cavabdeh özünü Bankı əməkdaşı kimi təqdim etmiş və tez ibr zamanda ipoteka krediti ilə evə almaqda mənə köməklik göstərə biləcəyəni bildirmişdir.iddiaçı 96 000 manat məbləğində mənzil tapmış, bu barədə cavabdehə məlumat vermiş, ona 1500 manat məbləğində beh vermişdir. Bir müddət sonra cavaödeh ondan 60 000 manat məbləğində borc istəmiş, iddiaçı ilə cavabdeh notariat kontorunda həmin məbləğə dair 27.08.2019-cu il tarixdə borc müqaviləsi bağladılar. Cavabdeh pulu bütövlükdə 16.09.2019-cu il tarixdə qaytarmalı idi, lakin bu günə qədər qaytarmayıb. Kirayədə yaşamağa məcbur olub. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 ərizələrin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, cavabdehin 5 000 manat ona qaytarmışdır. İddianın bütövlükdə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X5 izahat verərək, qeyd etdi ki, cavabdeh tərəfindən 5000 manatdan da əlavə müəyyən məbləğ ödənilmişdir, lakin buna dair onlarda sübut yoxdur. Cavabdeh də başqa şəxslər tərəfindən aldadılmışdır. İddianın qismən təmin edilməsini ədalətli hesab edir. Məhkəmə tərəflərin izahatldaranı dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 52 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 27.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 16.09.2019cu il tarixədək 60 000 manat məbləğində cavabdehə borc verilmişdir. Həmin məbləğin 5000 manatı iddiaçıya qaytarılmışdır. Hazırda iddiaçı 55 000 manat məbləğində nağd pulun, pulun gecikdirilməsinə görə hər il üçün ümumi məbləğin 5% məbləğində olaraq 3000 manat əldən çıxmış faydanın, ödənilmiş 1500 manat məbləğində behin, kirayədə qalmağa məcbur olmağı nəticəsində 2019-cu ilin sentyabr ayından etibarən hər ay olmaqla, ümumi 7000 manatın ona qaytarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə ödənilməmiş 55 000 manat cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia 3000 manat əldən çıxmış faydanın, ödənilmiş 1500 manat məbləğində behin, 7000 manat kirayə pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin tələbləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki,ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutulmaolıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 55 000 manat məbləğində pul alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar