Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-16/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunu ödənilməsi” tələbi barədə məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 və Hüseynov Rafiq oğlundan birgə qaydada kreditor "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 4 151,85 (dörd min yüz əlli bir manat səksən beş qəpik) məbləğində əsas borcun, 2354,88 (iki min üç yüz əlli dörd manat səksən səkkiz qəpik) məbləğində faiz borcunu 6506,73 (altı min beş yüz altı manat yetmiş üç qəpik) manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 dekabr 2014-cü il tarixdə bağladığı BAKU2-23822- 11575 nömrəli “Kredit müqaviləsinə” illik 26% (iyirmi altı) faizlə 24 (iyirmi dörd) ay müddətinə kredit alanın istifadəsinə 4300 (dörd min üç yüz) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh2 (zamin) və Cavabdeh1 (borclu) arasında 22 dekabr 2014-cü il tarixdə BAKU2-23822-11575+BAKU1- 24736 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zaminliyi ilə təmin olunmuş təmin olunmuş və kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra olumasına görə, o cümlədən kredit və onun faizi Kredit Müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı və hesablanmış dəbbə pulunun ödənilmədiyi hallarında "xxxx" MMC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığını zamin öz imzası ilə Zaminlik müqaviləsində təsdiq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6333/2015 nömrəli, xx.xx.2015ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 6506,73 manat və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrinə etiraz verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6333/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək, iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6333/2015 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən etiraz ərizəsi təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6333/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. 05 dekabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında kredit müqaviləsindəki imzaların ona məxsus olmadığını, müqaviləni imzalamadığını və imzaların saxtalaşdırıldığını bildirmişdir. 18 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 izahatında sonuncu ekspert rəyindən xəbərdar olduğunu bildirdmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də, məhkəmə iclasda iştirak etməmişdilər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-ci maddələrinin tələblərinə əsasən, işə cavabdehlərin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını, ekspert rəyini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 dekabr 2014-cü il tarixdə bağladığı BAKU2-23822-11575 nömrəli “Kredit müqaviləsinə” illik 26% (iyirmi altı) faizlə 24 (iyirmi dörd) ay müddətinə kredit alanın istifadəsinə 4300 (dörd min üç yüz) manat məbləğində kredit verilmişdir. TBC Kredit” BOKT MMC ilə Cavabdeh2 (zamin) və Cavabdeh1 (borclu) arasında 22 dekabr 2014-cü il tarixdə BAKU2-23822-11575+BAKU1-24736 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6333/2015 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşsına sual qoyulmuşdur: İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, BAKU2-23822-11575 nömrəli kredit müqaviləsinin “tərəfləri rekvizitləri” adlı 6-cı bəndində “kredit alan Cavabdeh1 Bakı şəh., Sabunçu ray., Sabunçu qəs., Qasımov küç., ev 14, m.1 yazısının altındakı “Salmanova” yazısı və qarşısındakı imza, habelə müqavilənin səhiflərindəki imzalar, ödəniş qrafiki və xx.xx.2014cü il tarixli, BAKU2- 23822-11575 + BAKU1-24736 nömrəli zaminlik müqaviləsindəki “Salmanova” yazısı və qarşısındakı imza Cavabdeh1 tərəfindən, yaxud başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur? Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2024-cü il tarixli 4/124 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 8-9-cu vərəqlərində olan xx.xx.2014-cü il tarixli BAKU2-23822-11575 nömrəli “Kredit müqaviləsi”nin 1-ci vərəqinin üz tərəfinin aşağı sağ küncündəki imza və 1-ci vərəqinin arxa tərəfinin aşağı sağ küncündə olan imza, 2-ci vərəqinin aşağı sağ hissəsində “Salmanova” yazıları və “Salmanova” yazılarının qarşısındakı imza; mülki işin 10-cu vərəqində olan xx.xx.2014-cü il tarixli “Ödəniş qrafiki”nin aşağı sağ hissəsində “Salmanova” yazıları və “Salmanova” yazılarının qarşısında olan imza; mülki işin 11-ci vərəqində olan xx.xx.2014-cü il tarixli BAKU2-23822-11575+BAKU1-24736 nömrəli “Zaminlik müqaviləsi”nin aşağı hissəsində “5.2 Borclu” qrafasında “Salmanova” yazıları və “Salmanova” yazılarının qarşısındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2024-cü il tarixli 4/1092 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 8-9-cu vərəqlərində olan xx.xx.2014-cü il tarixli BAKU2-23822-11575 nömrəli “Kredit müqaviləsi”nin 1-ci vərəqinin üz tərəfinin aşağı sağ küncündəki imza və 1-ci vərəqinin 1-ci vərəqinin üz və arxa tərəflərinin aşağı sağ künclərindəki imzalar, 2-ci vərəqində "Kredit alan” qrafasından aşağıda yerləşən “Salmanova” əlyazması və qarşısındakı imza, 10-cu vərəqində olan xx.xx.2014-cü il tarixli Ödəniş qrafikində “Cavabdeh1” qrafasındaki “Salmanova” əlyazması və qarşısındaki imza, 11-ci vərəqində olan olan xx.xx.2014-cü il tarixli BAKU2- 23822-11575+BAKU1-24736 nömrəli “Zaminlik müqaviləsi”nin aşağı hissəsində “5.2 Borclu” qrafasında “Salmanova” əlyazması və qarşısındakı imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşsına sual qoyulmuşdur: İş materiallarına əlavə olunan kassa mədaxil və kassa məxaric orderindəki imza Cavabdeh1, yaxud başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir? Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2024-cü il tarixli 4/1519 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, xx.xx.2014-cü il tarixli ********** nömrəli kassa məxaric orderində “Aldı Cavabdeh1” qrafasından aşağıda yerləşən “İmza” – qrafasındaki imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 dekabr 2014-cü il tarixdə BAKU2-23822-11575 nömrəli Kredit müqaviləsi bağlanmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəylərindən göründüyü kimi mülki işin 8-9cu vərəqlərində olan xx.xx.2014-cü il tarixli BAKU2-23822-11575 nömrəli “Kredit müqaviləsi”nin 1-ci vərəqinin üz tərəfinin aşağı sağ küncündəki imza və 1-ci vərəqinin arxa tərəfinin aşağı sağ küncündə olan imza, 2-ci vərəqinin aşağı sağ hissəsində “Salmanova” yazıları və “Salmanova” yazılarının qarşısındakı imza; mülki işin 10-cu vərəqində olan xx.xx.2014-cü il tarixli “Ödəniş qrafiki”nin aşağı sağ hissəsində “Salmanova” yazıları və “Salmanova” yazılarının qarşısında olan imza; mülki işin 11-ci vərəqində olan xx.xx.2014cü il tarixli BAKU2-23822-11575+BAKU1-24736 nömrəli “Zaminlik müqaviləsi”nin aşağı hissəsində “5.2 Borclu” qrafasında “Salmanova” yazıları və “Salmanova” yazılarının qarşısındakı imza, xx.xx.2014-cü il tarixli ********** nömrəli kassa məxaric orderində “Aldı Cavabdeh1” qrafasından aşağıda yerləşən “İmza” – qrafasındaki imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki P Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-16/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-16/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver