Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1602/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 110000 ABŞ dolları və 15000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanda Cavabdeh məxsus 0,049662 ha torpaq sahəsini almaq qərarına gəlmişdir. Həmin torpaq sahəsini 115000 ABŞ dollarına satılmasına razılaşmışlar. Bu barədə o və cavabdehin etibarnamə üzrə nümayəndəsi X7 xx.xx.2015-ci ildə hal şahidlərinin də iştirakı ilə yazılı sənəd imzalamışlar. Həmin yazılı sənədin şərtlərinə əsasən yuxarıda qeyd olunan Cavabdeh məxsus 0,049662 ha torpaq sahəsinə görə banka olan borcu 115000 ABŞ dolları və 15000 manat pul ödəniləcəkdir. Həmin ödənişdən təxminən 2 ay sonra həmin topraq sahəsini onun adına keçirməli idi. Şahidlərin iştirakı ilə həmin sənəd imzalanmışdır. Müəyyən danışıqlarda onun nümayəndəsi iştirak etmişdir. Cavabdeh və onun nümayəndəsi ondan hissə-hissə aşağıdakı qaydada ödənişlər almağa başlamışdır. Artıq ödənişlər etməyinə səbəb isə sənədləşmə işlərində problemlər yaratmaları olmuşdur. Çünki ödənişin əvvəlini verdiyindən geri dönüş yolu yox idi. 1) 123,81 kv.m mənzil – 80000 ABŞ dollar – (84000 AZN) – 105238 AZN – 84.000 AZN – 21238 AZN (borclu qaldı və borcu qaytarmadı); 2) Nəğd ödəmişəm – 40000 ABŞ dollar (özü etiraf edir); 3) 08.12.2015 ci il tarixdə – 25000 ABŞ dollar; 4) Notariusda torpağın alqı satqısı zamanı – 84000 manat (80000 ABŞ dollar) 5) xx.xx.2015 – 5000 AZN, xx.xx.2015 – 5000 AZN, xx.xx.2015 – 5000 AZN. Cəmi: 225000 ABŞ dollar və əlavə 15000 AZN. Bu səbəbdən də o, Cavabdeh qarşı 110000 ABŞ dollarının və 15000 manat pulun tutulması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, onlarda müqavilədən başqa sənəd yoxdur. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, cavabdehin mülkiyyətində 5 sot torpaq sahəsi olmuşdur. İddiaçı və onun oğlu X8 bina tikintisi ilə məşğul olurlar. Cavabdehin torpaq sahəsini almaq istəmişdilər. Lakin həmin torpaq sahəsi bankda girovda olduğuna görə, Cavabdeh nümayəndəsi bildirmişdir ki, 135000 ABŞ dolları məbləğində borcu ödədikdən və torpaq sahəsini girovdan çıxardıqdan sonra alqı-satqını edilməsini bildirmişdir. Həmçinin razılaşma olmuşdur ki, əgər 1 ay ərzində bu şərtlər alınsa qiymətlə bağlı məsələni həll edəcəklər. Lakin cavabdeh tərəf borcu faizləri ilə ödədikdən sonra xx.xx.2015-ci ildə aralarında müqavilə bağlanmışdır. Torpaq sahəsi 200000 ABŞ dollara satılacaqdır, ondan təxmini qiyməti 105000 manat məbləğində olan mənzil Cavabdeh veriləcəkdir, 40000 ABŞ dollar nağd ödəniləcəkdir, qalan 80000 ABŞ dollar isə 2015-ci ilin dekabr ayına qədər ödəniləcəkdir. Bu razılaşmaya əsasən torpaq sahəsi sənədləşdirilmişdir iddiaçının oğlu X2 adına. 80000 ABŞ dollarından 25000 ABŞ dolları 2015-ci ilin sentyabr ayında ödənilmişdir. Qalan 55000 ABŞ dolları ilə bağlı uzun müddətli mübahisələr olmuşdur. İddiaçı borcunu qaytarmamış, torpaq sahəsinin üstündə bina tikmişdir. Cavabdeh bununla bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır, iddia rədd olunmuşdur. Daha sonra Cavabdeh pul tələbi ilə bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Öncə iddia rədd olunmuşdur, apellyasiya instasiyası məhkəməsində qətnamə dəyişdirlməmiş saxlanmışdır, Ali Məhkəmə isə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu səfər iddia təmin olunmuş, iddiaçıdan cavabdehin xeyrinə 55000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Beləliklə, mübahisəli torpaq sahəsi ilə bağlı yekun məhkəmə qərarına əsasən, tərəflər arasında qarışılqla hesablaşma aparmaqla torpaq sahəsi satılmışdır və satışdan cavabdehin iddaçıya 55000 ABŞ dollar borcu qalmışdır. İddia əsassız olduğundan rədd olunmalıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əlyazma sənədindən görünür ki, X7 ABB-də girovda olan Cavabdeh adına olan 5 sot torpaq sahəsini Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il qətnaməsinə (iş № 2(005)-431/2015) əsasən banka olan ******* (bir yüz on beş) min ABŞ dolları və 15000 (on beş) min AZN nağd ödənildikdən sonra (1,5-2 ay ərzində) həmin torpaq sahəsini İddiaçı adına alqı-satqı yolu ilə keçirəcəyini qeyd etmişdir. Həmçinin sözügedən sənəddə "beş min (5.000.0) AZN-i nəğd olaraq 27 aprel 2015-ci ildə aldım" yazısı mövcuddur, həmin yazının altında X3 adı, imzası, şəxsiyyət vəsiqəsinin məlumatları (seriya nömrəsi AZE 3968112, Nərimanov RPİ xx.xx.2005-ci il), hal şahidləri X9 adı, imzası, şəxsiyyət vəsiqəsinin məlumatları (seriya nömrəsi AZE 09081805, İmişli RPİ xx.xx.2017-ci il), X4 adı, imzası, şəxsiyyət vəsiqəsinin məlumatları (seriya nömrəsi AZE 06458289, Nərimanov RPİ xx.xx.2008-ci il) qeyd olunmuşdur. - xx.xx.2015-ci il tarixli əlyazma sənədindən görünür ki, X7 xx.xx.2015-ci ildə yazdığı izahata əsasən, ABB-yə ödəmək üçün 50000 AZN (beş min manat) xx.xx.2015-ci ildə almışdır, cəmi 10.000.0 (oldu – on min manat) olmuşdur. Həmçinin sözügedən sənəddə X3 adı, imzası, tarix (xx.xx.2015-ci il), hal şahidləri X9 adı, imzası, şəxsiyyət vəsiqəsinin məlumatları (seriya nömrəsi AZE 09081805, İmişli RPİ xx.xx.2017-ci il), X5 adı, imzası, şəxsiyyət vəsiqəsinin məlumatları (seriya nömrəsi AZE 06458289, Nərimanov RPİ xx.xx.2008-ci il) qeyd olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı aralarında hər hansı müqavilə olmadan xx.xx.2015-ci ildə 5000 manat və xx.xx.2015-ci ildə 5000 manat pul X6 vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə hesab edir ki, iddiaçı 110000 ABŞ dollarını və 15000 manat məbləğində pul vəsaitini tutulmasını tələb etsə də, yalnız 10000 manat məbləğində pulun cavabdehə verilməsini sübuta yetirə bilmişdir. Həmçinin cavabdeh qeyd olunan məbləğin cavabdehə başqa bir torpaq sahəsinə dair verilməsini qeyd etsə də, o da bu barədə sübut təqdim etməmiş və sadəcə ehtimallara əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və bu müddəa tərəflərə göndərilən, hüquqlarının və vəzifələrinin izahına dair məhkəmə bildirişində qeyd olunmuşdur. Ona görə də, hüquqi əsas olmadan iddiaçının hesabına pul vəsaiti əldə etmiş cavabdeh əldə etdiklərini və götürülən faydanı öhdəlikdən kənar ödədiyi pul vəsaitindən məhrum olmuş iddiaçının tələbi ilə ona qaytarmağa borclu olduğundan, 10000 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən xx.xx.2024-ci ildə ********** nömrəli mədaxil qəbzlə 480 manat dövlət rüsumu ödənilmişdir. İddianın qiyməti məzənnə uyğun olaraq hesablanıb 202000 manat məbləğində olduğu müəyyən edilmişdir. Cəmi 202000 manat məbləğində iddianın 10000 manat hissəsi (4,95 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 4,95 faizi, yəni 23,76 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 456,24 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Ödənilmiş övlət rüsumunun 23,76 manatı cavabdehdən alınaraq iddiaçıya verilsin, qalan 456,24 manat hissəsi isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1602/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1602/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver