Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1606/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 12 aprel 2019cu il tarixli 2(006)-3183/2019 saylı icra sənədinin icrası ilə bağlı Cavabdeh artıq ödənilmiş 11.895,35 ABŞ dolları məbləğində vəsaitin və 150.67 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" ASC (İddiaçı ASC) ilə X4 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx"ASC (İddiaçı ASC) ilə X4 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin cavabdeh "xxxx" ASC (İddiaçı ASC) tərəfindən iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2(006)-3183/2019 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilərək, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83***- *******0 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" ASC (İddiaçı ASC) ilə X4 arasında bağlanmış əmanətin girov müqaviləsinin, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478- 110-41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx"ASC (İddiaçı ASC) ilə X4 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və "xxxx" ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin”Nikoyl İKB” ASC-dən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(103)-1140/2022 saylı qətnaməsi ilə İddiaçı ASC-nin apelyasiya şikayəti təmin olunmayaraq mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(102)-5026/2022 saylı qərarı ilə Yelo Bank” ASC-nin kassasiya şikayəti təmin olunmayaraq mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022ci il tarixli 2( 103)-1140/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2(006)-3183/2019 saylı icra vərəqəsinə əsasən "xxxx" İKB ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Dİ 3/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və "xxxx" İKB ASC-nin (İddiaçı ASC) 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər cavabdeh bankdan tutularaq iddiaçı Cavabdeh qızma ödənilinəlidir. Qeyd olunan icra sənədi tərəfimizdən icra olunmuş, əmanətlər və onların üzərinə hesablanmış faizlər də daxil olmaqla 198499.09 ABŞ dolları məbləğində vəsait Cavabdeh ödənilmişdir. D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər üzrə məbləğdən 11.895,35 ABŞ dolları məbləğində vəsait mərhum X4 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək debet kart vasitəsi ilə istifadə edilmişdir. Bu səbəbdən icra vərəqəsi üzrə ödəniş icra olunan zaman texniki səhv nəticəsində müştəri tərəfindən istifadə edilmiş 11.895,35 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh artıq ödənildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hazırda Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11.895,35 ABŞ dolları məbləğində artıq ödənilmiş pulun tutulması barədə məhkəməyə iddia ərizəsi verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən X7 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan çıxarışdan görünür ki, müştəri X1 xx.xx.2013-xx.xx.2022-ci illər aralığında hesabının dövriyyə məbləği 167688.13 ABŞ dolları göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, müştəri X1 xx.xx.2013xx.xx.2022-ci illər aralığında hesabının dövriyyə məbləği 19570.84 ABŞ dolları göstərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 198.499.09 manat YeloBank ASC tərəfindən Yasamal Rayon İcra Şöbəsinin depozit hesabına ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(008)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" İKB ASC ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D-1-0-158-15 saylı əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, “Nikoyl" İKB ASC-nin 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478- 110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "Nikoyl” İKB ASC ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D- 2-0-180-15 saylı əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəii müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və “Nikoyl" İKB ASC-nin 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər cavabdeh "xxxx" X6 Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Cavabdeh ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “YeloBank” apellyasiya şikayəti təmin edilməmiş, Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3183/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5026/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. YeloBank ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəfdən 11.895.35 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması tələb olunmuşdur. Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli mütəxəssis dəvət edilməsinə dair qırarına əsasən X2 xx.xx.2023-cü il tarixli, 12 nömrəli rəyinin surətindən görünür ki, X3 ödənilməli olan məbləğ kimi əsas məbləğ 78500 ABŞ dolları, 89243.23 ABŞ dollar faiz məbləğ olmaqla, cəmi 167743.23 ABŞ dollarıdır. “A” formatlı ödəniş tapşırığında görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(008)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə 198.499 manat ödənilmişdir. 510 kassa xərclərinin sifarişindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(008)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə 198.499.09 manat Bank tərəfindən pul ödnilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı 150.67 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(008)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" İKB ASC ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D-1-0-158-15 saylı əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, “Nikoyl" İKB ASC-nin 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "Nikoyl” İKB ASC ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D-2-0-180-15 saylı əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nörnrəii müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və “Nikoyl" İKB ASC-nin 5 saylı filialı ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviiəsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər cavabdeh "xxxx" X6 Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Cavabdeh ödənilməsi qərara alınmışdır. Və qeyd edilən qətnamə qanuni qüvvəyə minərək icraya yönəlmiş, iddiaçı sözügedən icra vərəqsi üzrə 1988.499,09 manat ödəmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda icra vərəqəsi üzrə öhdəlik icra olunan zaman D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101- 41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər üzrə məbləğdən 11.895,35 ABŞ dolları məbləğində vəsait mərhum X4 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək debet kart vasitəsi ilə istifadə edilməsinə baxmayaraq həmin ödəniş icra vərəqsi üzrə icra edilməli olan məbləğdən çıxılmayaraq artıq ödənildiyində, cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı olduğunu israrla təkid etsədə bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı YeloBank ASC iddiasının əsasları kimi istinad etdikyi hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1606/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1606/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver