Məhkəmə qərarları › İş №2(008)-162/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-162/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-162/2025 23.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikintiyə çəkilən xərcin ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə görə kompensasiyanın və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Lerik rayonunun Lüləkəran kəndində yerləşən 0.007 ha həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş bir mərtəbəli, bir otaqlı və bir dəhlizdən ibarət evin tikintisinə çəkilmiş xərcin əvəzi olaraq 25000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə görə kompensasiyanın və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsindən, orada olan fərdi yaşayış evindən və digər tikililərdən qanunsuz istifadə nəticəsində ona dəymiş maddi ziyana görə cavabdeh İddiaçı 75000 manat məbləğində pul vəsaitinin, mənəvi ziyana görə 20.000 manat pul vəsaitinin və məhkəmə xərcləri qismində ödədiyi 425 manat tutularaq ona ödənilməsi qərara alınmışdır. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayon XDS-nin İcraiyyə komitəsinin 1986-cı ilin may ayının 27-də 9 saylı iclas protokoluna əsasən qardaşı X48 fərdi yaşayış evi tikməkdən ötrü Lerik raonunun Lüləkəran kəndində 0.07 ha torpaq sahəsi verilmişdir. İsaq həmin torpaq sahəsində bir mərtəbəli bir otaqlı və bir dəhlizdən ibarət ev tikmiş, həmin evdə yaşamışdır. 04 noyabr 1992-ci il tarixdə qardaşı İsaq Bakı şərində yaşayan əmisi X10 xahişinə əsasən həmin torpaq sahəsində gələcəkdə yay aylarında qısa müddətli yaşayış üçün həmin bir otaqlı evi müqavilə əsasında əmisi Teyyub Nəhmətova bağışlamışdır. Bağışlama müqaviləsi ailə üzvlərinin heç birinin xəbəri olmadan və heç bir ailə üzvü imza atmadan tərtib olunmuşdur. 2010-cu ilin sentyabr ayında əmisi Teyyub Nəhmətov icra nümayəndəsini həmin evə çağıraraq qardaşı X59 tərəfindən ona bağışlanmış evi vəsiyyət etmişdir. Vəsiyyətnaməni Blaband kənd ƏİN -i X26 təsdiq etmişdir. Həmin evdə sıxlıq olduğundan evin yaxınlığında 0.07 ha torpaq sahəsində 2014-2016-cı illər ərzində bir mərtəbəli iki otaq və bir dəhlizdən ibarət ev tikmiş və həmin evə köçmüşdürlər. Tikinti işləri iki il ərzində başa çatmışdır. Bundan sonra tamamilə təmirsiz vəziyyətdə olduğundan o 2 otaqlı bir mərtəbəli həmin evi təmir elətdirmişdir. Təmirə kifayət qədər maddi vəsait xərcləmişdir. Fərdi evi 2021-ci ildə əsaslı təmir etdirməklə tikintisini yekunlaşdırmış, quyu qazdırmış, tövlə və mal-qaranın yemlənməsi üçün anbar tikmişdir, eləcə də su hovuzu tikmişdir. Bütün bunların edilməsindən ötrü isə 25000 manat pul xərcləmişəm. Qaz və işıq xətlərini evə öz hesabına çəkdirmişdir. Hazırkı dövrə qədər müvafiq müqavilələr bağlanmışdır və işıq, eləcə də qaz pulunu da ödəmişdir. Təqribən 33 ildir ki mən həmin evdə yaşayır, eləcə də atası, anası, uşaqlar və nəvələr həmin evdə yaşayır. Həmin evdə 12 nəfər yaşayır və qeydiyyatdayıq. Cavabdeh onlara qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən Lerik rayonu Lüləkəran kəndində 0.07 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi ona məxsusdur. Belə olan halda onlar həmin evə çəkilmiş tikinti xərclərini tələb etməkdə haqlıdılar. Bundan əlavə o və atası min bir əziyyətlə bərbad vəziyyətdə olan tikilini ev halına salmışlar. Hesab edir ki, cavabdeh onların həmin evə çəkdiyi xərclərin hesabına əsassız şəkildə varlanır. Çəkilmiş xərcləri isə yuxarıda adlarını çəkdiyi şahidlər təsdiq edir. Eləcə də, Lerik rayonunun Blaband bələdiyyəsi tərəfindən verilmiş 28 sentyabr 2023-cii il tarixli arayışda göstərilir ki, hal-hazırda Lüləkəran kəndində yerləşən yaşadığı evdə bütün əlavə tikililəri, evin təmirinə xərclənən maddi vəsaiti öz hesabına etmişdir. Bundan əlavə həmin yaşayış evinin bütün kommunal və təsərrüfat xərcləri X49 ödəyir. Bundan əlavə iş materiallarına əlavə olunmuş vəsiyyətnamənin təsdiq notarial surətindən də görünür ki, sözügedən Lerik rayonu Lüləkəran yerləşən və ölçüsü 90 kvadratmetr olan fərdi yaşayış evi 05 oktyabr 2010-cu ildə atası X34 vəsiyyət edilmişdir, Vəsiyyətnamə də evin onlara məxsusluğunu təsdiq edən mötəbər sübutdur. Bundan başqa 30 il ərzində yaşadığları evdən məhrum edilməsi, cavbdehin qanunsuz şəkildə evi öz adına rəsmiləşdirilməsi 12 nəfərdən ibarət ailəni ağır şəkildə sarsıtmış olduğunu, belə bir vəziyyətdə mənəvi zərərin əvəzi olaarq 5000 manatın ödənilməsini tələb etməkdə haqlıdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021 tarixli Çıxarışa və Texniki Pasporta, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1828/2023 qərarına əsasən Lerik rayonu Lüləkəran kəndində 0,07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi və metal tor çəpər daxilindəki digər tikililər (tövlə, həyət tikilisi, sanitar qovşağı, su quyusu, dağətəyi bulaqdan şlankla həyətə gələn bulaq suyu, su saxlamaq üçün hovuz) ona məxsusdur. Lakin, cavabdeh İddiaçı və onun ailə üzvləri - X13, X50, X21, X14, X51, X52, X27, X35 və X44 tərəfindən Lerik rayonu Lüləkəran kəndində xüsusi mülkiyyətini zəbt edilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-5/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə cavabdehin və onun ailə üzvlərinin mülkiyyət hüququ ilə ona məxsus olan Lerik layonu, Lüləkəran kəndindəki mülkiyyətimdən çıxarılması qərara alınmışdır. Həmin qətnamə Şirvan Apellyasiya məhkəməsinin 2(106)-1774/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Mərhum atası X2 rayonu Lüləkəran kəndində 27 may 1986-ci ildə X45 adına torpaq sahəsi almışdır. Həmin torpaqda Bakıdan tikinti materialları apararaq yeni ev inşa etmişdir. Lerik Rayon dövlət notariat ofisində xx.xx.1992-ci il tarixində X59 atasının halal mülkünü atası X15 bağışlamışdır. İnşaat bitdikdən sonra atası tərəfindən ora gələcəkdə eyvan və hamam tikmək məqsədilə bir maşın armatur, əlavə bir evin dəmir dam örtüyü, döşəmə və tavan taxtası, hazır pilləkənlər, qaynaq aparatı, sement, qum, su boruları, suyu dağətəyi bulaqdan həyətə gətirmək üçün bir top qalın su şlankı üç tonluq dəmir su çəni, hamam üçün su qızdıran çuqun samovar, evi qızdırmaq üçün ceyran soba, mətbəxdə istifadə üçün dördgöz soba, mebel və digər ev əşyaları aparmışdır. Evin pəncərələrində dəmir barmaqlıqlar olmuşdur. 2004-2011-ci illərdə çəkilmiş peyk görüntülərindən aydın olur ki, fərdi ev və metal tor çəpər daxilindəki tikililər həmin illərdə mövcud olmuşdur. Cavabdehlər evin özülünü daxildən qazmış, evdə odun sobasından istifadə edərək dam örtüyünə ziyan vurmuş, evin pəncərələrindən dəmir barmaqlıqları sökmüş, evin döşəməsini, qapı və pəncərələrini, evdəki mebelləri və ev əşyaların yararsız vəziyyətə salmışlar. Su çəni, su qızdırıcı samovar,əlavə tikinti materialları və digər ev əşyalarını yox etmişlər. Beləliklə, evi yaşayış üçün istifadəyə yararsız nala gətirmiş, qəzalı hala salmışlar. Cavabdeh və onun ailə üzvləri Lerik rayonu Lüləkəran kəndindəki ona məxsus daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) üzərində mülkiyyət hüquqlarımı ləğv etdirmək məqsədilə Lerik Rayon Məhkəməsində iddia qaldırmışlar və yalan ifadələr, saxta sənədlərlə məhkəmənin gedişatını uzatmış, məhkəməyə qanunsuz təsirlər edərək mülkiyyət hüquqlarnı ləğv etməyə nail olmuşlar. O, apellyasiya şikayəti vermiş və şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2220/2022 saylı iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməmi ilə təmin olunub. Bundan sonra həmin şəxslər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2220/2022 saylı iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə üç il davam edib. Pandemiya vaxtında Bakı-Lerik ümumi sərnişin daşıyan avtobus və maşınlardan istifadə edərək Lerik Rayon Məhkəməsində məhkəmə iclaslarında iştirak etmək üçün Lerikə getmək və orada günü 60 manatdan otel və günlük kirayə evdə qalmaq məcburiyyətində qalmışdır. Həmin sərnişin daşıyan avtobus və maşınlar Bakıdan gecə saat 2-də yola düşür və səhər saatlarında Lerikə çatır. Bu isə gecə saatlarında yolda olmaq və hər an yol qəza təhlükəsi ilə üz-üzə qalmaq riskinə, gecə yuxusunu almamağına, hətta 24 saat yuxusuz qalmağıma və nəticədə immun sisteminin düşməsinə səbəb olub. Lerik rayonunda cavabdehlərin təhdidlərinə və təzyiqlərinə məruz qalmış. Lerik Rayon Polis Şöbəsinə müraciət edərək mühafizəmi təmin etmək üçün dəstək istəmiş. Cavabdehlər məhkəmə iclaslarında maska taxmadan iştirak ediblər. Bir il Lerik Rayon məhkəməsinin süründürməçiliyindən və hakimin haqqsız qərarlarından davamlı stress halı, ifrat yorqunluq halı saqlamlıqıma ciddi təsir edib. İmmun sistemim zəifləmiş, əsəbləri pozulmuş yuxu pozuntusu, təzyiq (hipertoniya) yaranmış, endokrin dəyişikliklər baş vermiş, uzun müddətli davamlı ginekoloji qanaxmalara məruz qalmışam. Çoxlu qan itirmiş. Qan azlıqındar əziyyət çəkmiş. Əməliyyata göstəriş olub. Ana olmadan uşaqlıqını itirmək təhlükəsini yaşamışdır. xx.xx.2022-ci il tarixində məhkəmə iclasında arterial təzyiqim düşmüş, hərarəti qalxmış, halı pisləşmiş COVİD-19 virusuna yoluxmuşdur. Həkim müdaxiləsində (müayinəsində) qan təzyiqinin normadan aşağı olması, boğulma, yüksək hərarət vo kəskin ürək döyüntüsü, əllərimdə və ayağımda qıcolma olduğu müəyyən edilmişdir. Nəticədə sağlamlığıma ciddi ziyan dəymişdir.Xəstəliyin yan təsirlərini bu gün də yaşayır. Məhkəməyə çəkilən xərclər (rüsumlar) saqlamlığını bərpa etmək ücün çəkilən xərclər, yol xərcləri, Lerik rayonunda qalmağa yer olmadığından günlük ev tutmaq, oteldə qalmaq, yola ödənilən yol xərcləri mənə maddi ziyan vurub. Əmək fəaliyyətimi istəmədən dondurmaq məcburiyyətində qalmışam. Gəlir əldə edə bilməmişdir. Bu səbəbdən cavabdehlər ona vurulmuş maddi və mənəvi ziyanla bağlı kompensasiya ödəməlidirlər. Cavabdeh və ailə üzvləri 2003-cü ildən bəri mərhum atasından ona miras qalmış torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən, tövlədən fasiləsiz olaraq istifadə etmələrinə baxmayaraq onlar tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Həmin kənddə turizim potensialı yüksək olduğundan hazırda bir günlük kirayənin minimum qiyməti 60 manat, aylıq kirayə haqqı isə 300 manat təşkil edir. Tövlədən istifadə edərək heyvandarlıq və quşculuqla məşğul olmuş və yüksək gəlir əldə etmişlər. Yuxarıda göstərilənlərə əsasən (xəstəxanaya edilmiş ödənişlər, kirayə və yol pulu xərcləri evə vurulmuş ziyan və evdən istifadəyə görə), hesab edir ki, cavabdehinn qanunsuz əməlləri nəticəsində ona dəymiş maddi ziyanın ümumi məbləği 75.000 (yetmiş beş min) manat təşkil edir. Bu səbəbdən də hesab edir ki, cavabdehdən 75.000 manat məbləği kompensasiya tutularaq ona ödənilməlidir. Həmçinin, cavabdehlərin tamah məqsədi ilə qanunsuz və qərəzli hərəkətləri nəticəsində atası, anası və özü güclü sarsıntı keçimiş və iztirab çəkmişik. Baş verən hadisələr, yəni ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirlər səhhətinə də təsirsiz ötüşməmişdir. Bakıdan sağlam halda kənd evinə istirahət etmək ücün gedən valideynlərinin evini zəbt edənlərin haqqsızlıqlarına məruz qalaraq sağlamlıqlarını itirmişdir. Atası kənddən Bakıdakı evinə ağır vəziyyətdə qayıdıb və bir ay sonra 2011-ci ildə beyin ödəmindən vəfat edib. Anası isə tam anlaqsız və hərəkətsiz yataq xəstəsins çevrilib. O, həyatını əlil valideynlərinə həsr edərək həyatda tək qalmışdır. Keçirdiyi dərin mənəvi sarsıntı və iztirab onun əmək fəaliyyətimi davam etdirməyimin mümkünsüz hala gəldiyindən dəfələrlə həkimə müraciət etmiş və həkim müayinələrindən sonra əmək qabiliyyətinin müvəqqəti olmamasına görə iş fəaliyyətimi dondurub həkim göstərişi ilə tibbi müayinə və müalicələr almışdır. Təbii ki, bu hallar qarşısında dərin mənəvi sarsıntı və iztirab keçirməyim qaçılmaz olmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinin əsasız olduğundan rədd edilməsini, qarışılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında bildimişdir ki, müstəqil ekspertin rəy verilməsi üçün nəzərdə tutulmuş rüsumun ödənilməsi üçün maddi imkanının olmadığını, rüsumu gələcəkdə də ödəyə bilməyəcəyini bildirmişdir. Həmçinin cavabdehin və ailə üzvülərinin torpaq sahəsindən və onun üzərində yerləşən evdən çıxarılmasına dair qətnamə 2025-ci ilin dekabr ayında icra olunmuş və cavabdeh və onun ailə üzvüləri evdən çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı, qarşılılı iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, glməməsinin üzrülü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işin baxış iclasının ilkin iddia üzrə iddiaçı, qarşılılı iddia üzrə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Digər məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia tələbinin və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanındaDaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən fərdi ev və 0.07 ha torpaq sahəsi Cavabdeh məxsusdur. Azəriqaz İB-nin **********0000 nömrəli abonent X6 məxsus saldodan görünür ki, X16 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olduğu tarixdə yəni 2024-cü ilin fevral ayına hər hansı bir borcunun olması müəyyən edilməmişdir. Azərişıq ASC-nin **********00077 nömrəli abonent X6 məxsu çıxarışdan görünür ki, abonentin iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olduğu tarixdə yəni 2024-cü ilin fevral ayında hər hansı bir borc məbləği olmamışdır. Lerik Rayon Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli 2(048)-5/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X16 cavabdehlər X36, İddiaçı, X7, X37, X17,X8, X38, X39, X19, X28 və X29 qarşı maddi ziyanının ödənilməsi və mülkiyyətdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X30, İddiaçı, X3, X31, X11,X4, X32, X33, X18, X23 və X24 xüsusi mülkiyyyətində olan Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsindən çıxarılması və X49, İddiaçı, X14, X50, X21,X13, X51, X53, X27, X46 və X24 Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha olan torpaq sahəsində və qeyd edilən torpaq sahəsinin üzərində yerləşən evinə və orada olan tikinti matriallarını satmaq və ya məhv etməklə vurulmuş maddi ziyana görə 10.000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli 2(048)-5/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı iddia tələbinin maddi ziyana dair olan hissəsini aşağıdakı formada əsaslandırmışdır: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tərəfindən verilmiş çıxarışa əsasən Lerik rayonu Lüləkəran kəndində 0,07 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi ona məxsusdur. Lakin, cavabdehlər X49, X13, İddiaçı, X50, Mehtiyeva Əyyub qızı, X14, X51, İddiaçı oğlu, X27, X35 və Əliyeva Ramiq qızı tərəfindən xüsusi mülkiyyətində olan Lerik rayonu Lüləkəran kəndində 0,07 ha torpaq sahəsində yerləşən yaşayış evi zəbt edilmişdir.Mərhum atası X25 həmin əmlakı alanadan sonra onun tərəfindən daşınmaz əmlakda tikinti və təmir işləri görülmüşdür. Belə ki o, Bakıdan tikinti materialları apararaq orada yeni ev inşa etmişdir. İnşaat bitdikdən sonra atası tərəfindən ora gələcəkdə həmin evdə eyvan və hamam inşa etmək məqsədi ilə 1 maşin armatur, əlavə bir evin dəmir dam örtüyü, döşəmə və tavan taxtası, qaynəq aparatı, sement qum, su boruları və digər tikinti ləvazimatları aparılmışdır. Yəni zəbt olunmamışdan əvvəl bütün yuxarıda qeyd olunan tikinti material və avadanlıqlar həmin ünvanda olmuşdur. Tam inşa olunmuş evin pəncərələrində dəmir barmaqliqlar, su ilə təmin olunmaq üçün 3 tonluq böyük su çəni olmuşdur. Hazırda məlum olmuşdur ki, ona məxsus Lerik rayonu Lüləkəran kəndində 0,07 ha toıpaq sahəsi və həmin torpaq üzərində yerləşən ev zəbt olunmuşdur. Habelə cavabdehlər tərəfindən evin pəncərələrində olan dəmir barmaqlıqlar sökülmüş tikinti materiallarını isə satmış və ya məhv etmişlər. Bu azmış kimi cavabdehlər tərəfindən evdə odun sobası yandırılması nəticəsində evin dam örtüyünə və döşəməsinə ciddi ziyan vurulmuşdur.Cavabdehlər X49, X13, İddiaçı, X50, X21, X14, X51, X52, X27, X35 və X44 tərəfindən xüsusi mülkiyyətimdə olan Lerik rayonu Lüləkəran kəndində 0,07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılmalıdır.Evinin zəbt olunması nəticəsində ona vurulmuş maddi ziyan cavabdehlər tərəfindən tam olaraq ödənilməlidir. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lerik Rayon Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli 2(048)-5/2023 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X49, İddiaçı, X14, X50, X21,X13, X51, X53, X27, X46 və X44 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla iddiaçı Cavabdeh mülkiyyətinə verilmiş Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən çıxarılmış, cavabdehlər X49, Ətiyev ilyas Əmir oğlu, X14, X50, X21, X13, X51, X52, X12 30 (otuz) manat pul müştərək qaydada tutulub Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/4896 nömrəli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0,07 ha həyətyanı torpaq ahəsinin inşa edilmiş bir mərtəbəli birotaqlı və dəhlizdən ibarət evin tikintisinə sərf olunmuş pulun məbləğini, həmin bir mərtəbəli bir otaqlı və dəhlizdən ibarət evin təmirinin bərpasına çəkiləcək xərcin dəyərini müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin “05” may 2025-ci il tarixli 3-16-16/2-10/1103/2025 nömrəli rəyindən görünür ki,Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin inşa edilmiş bir mərtəbəli bir otaqlı və dəhlizdən ibarət evin tikintisinə sərf olunmuş pul məbləğin (İşçilik və,material xərci ayrı-ayrılıqda göstərilməklə) və həmin bir mərtəbəli bir otaqlı və dəhlizdən ibarət evin təmirinin bərpasına çəkiləcək xərcin dəyərinin müəyyən edilməsi tələb olunmuşdur. Baxış zamanı tədqiqat olunan evin iki mərtəbə səviyyəsində inşa edildiyi, birinci mərtəbə səviyyəsində bir otaq, mətbəxt, dəhliz yardımçı otaq və yarım zirzəmidən, ikinci mərtəbə səviyyəsinin üç yaşayış otağı, dəhliz, pilləkan sanitar qovşağı tikililərdən ibarət olduğu, yəni ev bir mərtəbəli bir otaqlı dəhlizdən ibarət olmadığı müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığndan və qanunverisiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Aprılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. "xxxx" 30 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-162/2025 saylı qərardadı icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin qərardada cavabdeh X6 məxsus olan Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçıunun istifadəsində olmuş 1 mərtəbəli evin tikintisinə və təmirinə sərf olunmuş pul məbləğinin, (işçilik və material pulu ayrı-ayrılıqda göstərilməklə) nə qədər müəyyən olunması, cavabdeh X6 məxsus olan Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində inşa edilmiş iki mərtəbəli evə hər hansı bir ziyanın dəymişdirmi, cavabdeh X6 məxsus olan Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində inşa edilmiş iki mərtəbəli evə ziyan dəymiş olduğu halda, onun təmirinin bərpasına (işçilik və material pulu ayrı- ayrılıqda göstərilməklə) çəkiləcək xərcin nə qədər müəyyən olunması, cavabdeh X6 məxsus olan Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində inşa edilmiş iki mərtəbəli evinin aylıq və günlük kitayə haqqının orta bazar dəyəri nə qədər müəyyən edilməlidir sualları qoyulmuşdur. Yuxarıda qeyd edilən sifarişin və qərarın icrasının vaxtında, lazımınca icra edilməsini təmin etmək məqsədi ilə, tərəfimizdən xx.xx.2025-ci il tarixində Sizə əmlaka dair qiymətin müəyyən edilməsinin təmin edilməsi üçün əmlaka vizual baxış keçirilməsi üçün müvafiq şəraitin yaradılması ilə bağlı müvafiq sorğu ünvanlanmışdır. Lakin, həmin sorğunun tərəfimizdən vaxtında ünvanlanmasına baxmayaraq, əmlaka vizual baxış keçirilməsi üçün müvafiq şərait yaradılmamışdır. Mülki iş matraillarına ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş “samsung” yazılı flash yaddaş kartında hər hansı bir görüntü və ya video olması müəyyən edilə bilməmişdir-yaddaş kartı boşdur. Mülki iş matriallarında X1 orqanlarında bir sıra müayinələrdən keçdiyini, müalicə alındığını təsdiq edən qəbzlər əlavə edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-162/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadaı ilə qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdeh İddiaçı qarşı “Lerik rayonu Lüləkəran kəndində yerləşən 0.07 ha olan torpaq sahəsində və qeyd edilən torpaq sahəsinin üzərində yerləşən evinə və orada olan tikinti matriallarını satmaq və ya məhv etməklə vurulmuş maddi ziyana görə 10.000 manat pulun” tutulmasına dair hissəyə xitam verilmişdir. ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 180 manat dövlət rüsumu ödəmişdir. ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 376 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, azərbaycan respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 152.1-ci ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-ci maddəsinə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Məhkəmə ilk olaraq ilkin iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, hazırki mülki işin hallarından qeyd edilir ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsi X5 mülkiyyətindədir, Lerik Rayon Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli 2(048)-5/2023 nömrəli qətnaməsi İddiaçı və onun ailə üzvülərinin sahəsi X5 mülkiyyətində olan Lerik rayonu, Lüləkəran kəndində yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsindən və onun üzərində yerləşən evdən çıxarılması qərar alınmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək həmin torpaq sahəsində mövcud olan 1 mərtəbəli evi təmir etdirmiş olduğunu və təmirə 25.000 manat məbləğində pul xərcləmiş olduğunu bildirəsədə, İddiaçı 1 mərtəbəli evi təmir etdirməsini və təmirə 25.000 manat məbləğində pul xərcləmiş olduğunu sübut edə bilməmişdir. Məhkəmə tərəfindən 1 mərtəbəli, bir otaqlı, 1 dəhlizdən ibarət evin təmirinə çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilsə belə, ekspertin rəy verməsi üçün zəruri olan vəsait nə ilkin, nədəki qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının maddi ziyanın ödənilmıəsinə dair tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə ilkin iddia tələbinin 5000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdeh X5 qanunsuz olaraq mübahisə predmenti olan torpaq sahəsində yerləşən evi öz adına keçirmiş olduğunu, məhz buna görədə mənəvi sarsıntı keçirmiş olduğunu bildirsədə, X5 hərəkətlərində hər hansı bir qanunsuzluğun olması iş matrialları ilə sübut edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Bundan sonra məhkəmə qarşılıqı iddia üzrə X5 iddia tələbinin 65.000 manat maddi ziyanın ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin əsassız məhkəməyə iddia ərizəsi verməklə onun Lərik Rayon Məhkəməsinə gedib gəlməsi üçün yol xərci çəkməsini, həmçinin qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsindən cavabdehin və onun ailəsinin çıxmaması nəticəsində iddiaçının torpaq sahəsindən gəlir əlmək hüququndan məhrum etməsini, habelə məhkəyə gedib gələrkən sahətində problemlər yaranması və müalicə xərcləri çəkməsini və bunun nəticəsində ona maddi ziyan dəymiş olduğunu bildrəsədə, o cavabdehin hərəkətləri nəticəsində ona ziyan dəyməsi, ziyan dəymiş olsa belə dəymiş ziyanın məbləği barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ziyan dəymiş olduğu təqdirdə bunun məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsinin zəruliliyi bildirilsə də, iddiaçı maddi imkanı olmadığı, müstəqil ekspertizaa üçün zəruri olan vəsiti ödəyə bilməyəcəyini bildrmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıalı iddia tələbinin maddi ziyanının ödənilməsinə dair hissəsində iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədərki qarşılıqlı iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi təmin edilməmişdir, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissədində də əsaslar mövcüd deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X20 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X20 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X20 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən məhz cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbləri təmin edilmədiyindən hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş rüsumlar iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “tikintiyə çəkilən xərcinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “65.000 manat maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İlk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar