Məhkəmə qərarları › İş №2(008)-1653/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1653/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1653/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi və vəkili X4, Cavabdeh1-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1-yə və Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 39 saylı notariat kontorunun ondan - İddiaçı Cavabdeh1-nin xeyrinə 13863,95 manat əsas borc, 33,19 manat məbləğində penya, 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 13883,95 manat məbləğinin tutulması barədə icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1-nin müraciəti ilə Bakı şəhəri 39 saylı notariat kontoru ondan - İddiaçı Cavabdeh1-nin xeyrinə 13863,95 AZN əsas borc, 33,19 manat məbləğində penya, 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 13883,95 manat məbləğinin tutulması barədə icra qeydi vermişdir. Cavabdeh1 borc məbləğini və faiz məbləğlərini şişirdilmiş şəkildə göstərmişdir. Bakı şəhəri 39 saylı notariat kontoru heç bir mühasibatlıq ekspertizası keçirmədən onun ödənişlərini nəzərə almadan faizlərə hesablamış Cavabdeh1-nin ərizəsində göstərilmiş əsas borc məbləğini təsdiq etmişdir. İcra qeydinin ləğv edilməsi ilə bağlı cavabdehlərə müraciət etsə də, bu günə kimi Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən qəbul edilmiş icra qeydinin ləğv edilməsi ilə bağlı tədbir görülməmişdir. Cavabdeh Bakı şəhəri 39 saylı notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdeh Bakı şəhəri 39 saylı notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X6 iddianı müdafiə etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verərək idda tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, icra qeydində göstərilən məbləğlər tam həqiqətə uyğyndur. Odur ki, idda tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh1-nin müraciətinə əsasən 9 saylı Notariat Kontoru tərəfindən İddiaçı Cavabdeh1-nin xeyrinə 13863,95 AZN əsas borc, 33,19 manat məbləğində cərimə, 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 13883,95 manat pul vəsaitinin Cavabdeh1nin xeyrinə tutulması barədə xx.xx.2019-cu il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə borclu İddiaçı bildiriş göndərilmişdir. Bank tərəfindən borcun yaranmasına əsas olan aşağıdakı sənədlər məhkəməyə təqdim edilmişdir. xx.xx.2016-cı il tarixli RV/12169/56/28 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı illik 25,44 faiz olmaqla 84 ay müddətinə 7555,80 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin sazişi imzalayaraq üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 1 №-li əlavəsinə əsasən ödəniş cədvəli tərtib edilmişdir. İddiaçının xx.xx.2016-cı il tarixli müqaviyə əsasən Banka 7 504,06 manat məbləğində əsas, 6 359,49 manat məbləğində faiz və 20,40 manat cərimə borcunun (cəmi 13 883,95 manat) olması barədə maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Hazırda iddiaçı 9 saylı Notariat Kontoru tərəfindən verilmiş qeyd olunan icra qeydinin ləğv edilməsini istəyir. İddiaçı bununla bağlı cavabdehlərə pretenziya məktubu ilə müraciət etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqnalarının icra qeydləri icra sənədi sayılır. Məhkəmə hesab edir ki, icra qeydində göstərilən məbləğlər həqiqəti əks etdirir və bu əsasdan ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar