Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1653/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "Cavabdeh 10168 manat pulu ələ keçirməsi və "Kapital Bank"a məxsus müxtəlif ünvanlarda yerləşən terminallardan, sonuncu dəfə 200 manat pulunu çıxarmaqla, ümumilikdə ona oğurluq nəticəsində 1980 manat məbləğində borcunun pulun ödəniş icra edildiyi gün manata məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumunun tutulması" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı "Cavabdeh 10168 manat pulu ələ keçirməsi və "Kapital Bank"a məxsus müxtəlif ünvanlarda yerləşən terminallardan, sonuncu dəfə 200 manat pulunu çıxarmaqla, ümumilikdə ona oğurluq nəticəsində 1980 manat məbləğində borcunun pulun ödəniş icra edildiyi gün manata məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İşdən görünür ki, İddiaçı iddia tələbinin qiyməti (10168 + 1980) 12148 manat təşkil edir. O, həmin iddia ərizəsinin verilməsinə görə 126,44 manat dövlət rüsumu ödəməlidir. Hazırkı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmasa da, müəyyən edildi ki, İddiaçı eyni məzmunlu iddia ərizəsini əvvəl də Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim etmiş və həmin iddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli qəbzi əlavə etmişdir. Məhkəmənin 2(008)-7927/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qaytarılması qərara alınsa da, dövlət rüsumunun qaytarılması qərara alınmamışdır. Məhkəmə hesab edir ki, həmin vaxt ödənilmiş 30 manat dövlət rüsumu hazırkı iş üzrə keçərli sayılmalıdır. Belə olan halda, İddiaçı əlavə olaraq ödəməli olduğu dövlət rüsumunun məbləği (126,44 - 30) 96,44 manat təşkil edir. Lakin o, məhkəməyə həmin məbləğin ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir. Bu isə iddia ərizəsinin qaytarılması üçün əsasdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, İddiaçı çatışmayan 96,44 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: İddiaçı Cavabdeh qarşı "Cavabdeh 10168 manat pulu ələ keçirməsi və "Kapital Bank"a məxsus müxtəlif ünvanlarda yerləşən terminallardan, sonuncu dəfə 200 manat pulunu çıxarmaqla, ümumilikdə ona oğurluq nəticəsində 1980 manat məbləğində borcunun pulun ödəniş icra edildiyi gün manata məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2(008)-1653/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1653/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver