Məhkəmə qərarları › İş №2(008)-1670/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1670/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1670/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 39,60 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 219,65 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Azərbaycan Respublikasının Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı lisenziyalar almışdır Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. DİN BPYMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 39 saylı MKİS tərəfindən verilən arayışa əsasən Həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, 09.10.2016-cı ildə cavabdeh İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil «K@TV1» xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödənilməsini 01.11.2017-ci il tarixinədək etmiş və həmin ünvan 21.12.2017-ci il tarixdə 17 manat borc ilə şəbəkəsindən ayrılmışdır. 19.04.2018-ci il tarixdə "xxxx" hüquq firmasının, və «K@TV1» kabel televiziyasının əməkdaşları teleradio üzrə mütəxəssisin iştirakı ilə qeyd olunan ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktlarıı aşkar edilmiş, bu barədə 7093 saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 21.12.2017-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 19.04.2018-ci il tarixə qədər olan müddət 119 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 39,25 manat təşkil edir. Bundan əlavə «AGTelekom” MMC ilə "xxxx" hüquq firması ararsında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat pul ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıya borcu olduğunu etiraf etdi və ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan və görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 39 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, 16 A/Y №-li evin 25 №-li mənzilində 2001-ci il tarixdən hal hazırkı günədək qeydiyyatdadır.. İş materiallarında olan 23.06.2021-cu il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanda yaşayan Cavabdeh arasında bağlanmış KATV1 Kabel Televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 09.10.2016-cı il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub 01.11.2017-ci il tarixinədək isə son ödəməsini etmişdir. 21.12.2017-ci il tarixində 17 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan 7093 nömrəli 19.04.2018-ci il tarixli aktın surətindən görünür ki, "xxxx"hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən ünvan 2 ünvana kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzildə cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan "xxxx"MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzi ilə müəyyən edilir ki, cavabdehə qarşı məhkəməyə iddia verilməsi ilə əlaqədar nümayəndəyə 150 manat ödənilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyətı operatora,pravayderə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin məhkəmədə araşdırılan halları və cavabdehin etiraf ilə müəyyən olunur ki, cavabdeh X3 mənzilə qanunsuz olaraq müvafiq lisenziya əsasında fəaliyyət göstərən “KATV1” kabel televiziyası şəbəkəsinə qoşulma halı baş vermiş və iddiaçıya ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx"MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzi ilə müəyyən edilir ki, cavabdehə qarşı məhkəməyə iddia verilməsi ilə əlaqədar nümayəndəyə 150 manat ödənilmişdir. Məhkəmə həmin məbləğin 39,25 manat borca nisbətdə yüksək olmasını nəzərə alaraq, 10 %-i həcmində, yəni hüquqi xidmət göstərilməsinə görə 15 manat məbləğində puluun tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb sübutlara cəm halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 39,60 manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 15 manat, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, ümumilikdə 85 manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220,233,357-360-ci, cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 39,60 manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 15 manat, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, ümumilikdə 85 manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar