Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1680/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı "240 manat məbləğində maddi ziyanın X5 üzrə Dövlət Fonduna ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı "240 manat məbləğində maddi ziyanın X5 üzrə Dövlət Fonduna ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən "Dadlı" restoranının ərazisində köküstə yaş 1 ədəd oleandr kolu cavabdeh tərəfindən qanunsuz götürülərək məhv edilmiş, nəticədə yaşıllığa 240 manat məbləğində ziyan vurulmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya qarşı etiraz verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt" məlumat xidmətinə ünvan 2 ünvanında yerləşən kafedə ağacların kəsilməsi barədə İsmayıl Dadaşov tərəfindən məlumat verilmiş, həmin müraciət iddiaçının əməkdaşları tərəfindən şikayətçinin və kafenin sahibi Cavabdeh iştirakı ilə yerində araşdırılmış, Cavabdeh yazılı izahat verərək, yüngül konstruksiyalı kabinetin quraşdırılması üçün 1 ədəd oleandr kolunu götürərək ona məxsus olan yaşayış evinin həyətində əkdiyini bildirmişdir. İşdə olan, Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli yazılı izahatdan görünür ki, cavabdeh ünvan 2 ünvanında yerləşən, ona məxsus olan kafedə yüngül konstruksiyalı kabinetin quraşdırılması zamanı tikilməsi nəzərdə tutulan kabinetin altına düşdüyünə görə 1 ədəd oleandr kolunu çıxardıb həyətinə əkdiyini bildirmişdir. İşdə olan, iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 70641 nömrəli aktdan görünür ki, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt" məlumat xidmətinə ünvan 2 ünvanında yerləşən kafedə ağacların kəsilməsi barədə İsmayıl Dadaşov tərəfindən məlumat verilmiş, həmin müraciət iddiaçının əməkdaşları tərəfindən şikayətçinin və kafenin sahibi Cavabdeh iştirakı ilə yerində araşdırılmış, Cavabdeh yazılı izahat verərək, yüngül konstruksiyalı kabinetin quraşdırılması üçün 1 ədəd oleandr kolunu götürərək ona məxsus olan yaşayış evinin həyətində əkdiyini bildirmişdir. İşdə olan, "xx.xx.2021-ci il tarixli 70641 nömrəli akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması cədvəli"ndən görünür ki, 1 ədəd oleandr kolunun dəyəri 80 manat olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarının 1 nömrəli əlavəsinə əsasən, miqdar 3 dəfə artırılmış və dəymiş ziyanın məbləği 240 manat müəyyən edilmişdir. İşdə olan, iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN-12***91 nömrəli "İnzibati xəta haqqında protokol"dan görünür ki, Cavabdeh Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 44A ünvanında yerləşən "Dadlı" kafesinin ərazisində 1 ədəd oleandr kolunu müvafiq icra hakimiyyətinin rəyi olmadan və ya nəzərə almadan götürərək köçürmüş və məhv etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1.2.1, 253.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan, iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN-1118899 nömrəli "İnzibati tənbeh vermə haqqında qərar"dan görünür ki, Cavabdeh Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 44A ünvanında yerləşən "Dadlı" kafesinin ərazisində 1 ədəd oleandr kolunu qanunsuz götürərək məhv etdiyi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2*** manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nda deyilir ki, bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. (4.1-ci hissə) Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "X5 üzrə dövlət fondu haqqında Əsasnamə"yə uyğun olaraq X5 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. (4.2-ci hissə) Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. (4.3-cü hissə) "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"na 1 nömrəli əlavənin "Qeydlər" hissəsinin 1-ci bəndində deyilir ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır. Beləliklə, məhkəmə sadalanan maddi hüquq normalarına əsaslanaraq, bu qənaətə gəldi ki, iddiaçı vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə də iddia təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 240 manat məbləğində maddi ziyan alınaraq X5 üzrə Dövlət Fondunun bank hesabına ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-1680/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1680/2023
07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver