Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-17/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 16.793,67 ABŞ dolları əsas borc, 6557,58 ABŞ dolları faiz borcu, 6038,57 ABŞ dolları cərimə borcu, 4925,55 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 34315,37 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil isə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməklə, işə mahiyyəti üzrə baxılmasını xahiş edərək, iş üzrə icraata xitam verməsinə dair vəsatəti məhkəməyə təqdim etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" İKB) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2014 il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19.000 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən krerditin müddəti xx.xx.2017 tarixədək təyin olunur. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2014 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci ilədək Cavabdeh2 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16910,67 ABŞ dolları əsas borc, 6557,58 ABŞ Dolları faiz borcu, 6038,57 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017 il tarixdən, xx.xx.2020 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2723,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32230,47 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması tələbinə dair” iddiası təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1919/2021 saylı iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı həm də “kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən X1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2017-ci ildən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2238,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 2238,35 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək geekdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2238,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 2238,35 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək olan tarix aralığına görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borcun tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmet hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, 2(008)-29/2023 saylı mülki iş üzrə irəli sürülmüş tələblərə artıq qanuni qüvvədə olan məhkəmə qərarları ilə müvafiq hüquqi qiymət verilmişdir. Yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri vardır. Qeyd olunanlara əsasən, cavabdehin nümayəndəsi və vəkili mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmə qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi həll edilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri olduğundan, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-17/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-17/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver