Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-170/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, maddi zərərin əvəzi olaraq 10313 manat, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 221 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pul vəsaitlərinin cavabdehdən tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində mülkiyyətimdə olan “FORD FİESTA” minik markalı, 90- RL-826 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Heydər Əliyev prospekti ilə üzü Hava limanı istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olarkən, önündə hərəkətdə olan avtomobil qəza işıqlarını yandırıb sürətini azatdığına görə iddiaçı da nəqliyyat vasitəsinin sürətini bir qədər azaltmışdır. Bu zaman ondan arxada, onunla eyni istiqamətdə yüksək sürətlə hərəkətdə olan “KHAZAR LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfi ilə iddiaçının avtomobilinin arxa hissəsindən vuraraq, yol nəqliyyat hadisəsi törətmiş və iddiaçının avtomobilinin qabaq tərəfi qeyri ixtiyari olaraq qarşısındakı “Mitsubishi Pajero” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. Nəticədə iddiaçının avtomobilinin həm qabaq, həm də arxa hissələrinə maddi zərər dəymişdir. Hadisədən sonra “KHAZAR LX” minik markalı, 77-PC- 264 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olduğunu bilmişdir. Hadisədən sonra Cavabdeh bildirmişdir ki, onun avtomobili icbari sığorta olunmayıb. İddiaçı bunu bildikdən sonra avtomobilinin təmir etdirməsini tələb etmişdir. Cavabdeh bildirmişdir ki, maddi imkanı olmadığına görə avtomobilimi təmir etdirə bilməyəcək. Avtomobilinə dəymiş maddi zərər məbləğini dəqiqləşdirmək üçün iddiaçı “Nurgün Motors”a müraciət etmişdir. Sözügedən servisdə avtomobilə ümumilikdə 10313 manat dəyərində zərərin dəydiyi müəyyən edilmiş,xx.xx.2022- ci il tarixli qüsur aktı verilmişdir. Cavabdeh inzibati xəta törətdiyinə görə barəsində xx.xx.2022-ci il tarixli, TP ******* №-li inzibati qərar qəbul edilmiş və o inzibati qaydada 40 manat cərimə edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onarın iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. “FORD FİESTA” minik markalı, 90- RL-826 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir (AD seriyalı 258956 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). xx.xx.2022-ci il tarixdə “KHAZAR LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh “FORD FİESTA” minik markalı, 90- RL-826 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq, yol nəqliyyat hadisəsi törətmişdir (Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsində Cavabdeh tərəfindən verilmiş izahat, yol-nəqliyyat hadisəsinin sxemi). Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* №-li inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh barədə xx.xx.2022-ci il tarixdə “KHAZAR LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmə haqqında inzibati tənbeh növü tədbiq edilmişdir. “Nurgün Motors” tərəfindən tərtib edilmiş xx.xx.2022- ci il tarixli qüsur aktına əsasən iddiaçının avtomobilinə dəymiş zərər 10313 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iqtisad ekspertizası təyin edilmişdir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/633 №-li ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 8232 manad müəyyən edilmişdir. Hazırda iddiaçı 10313 manat məbləğində ziyanın və məhkəmə xərclərinin cavabdehdən tutulmasını iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş delikt məhkəmə qərarı ilə təsdiq edilmiş, ekspertiza tərfindən isə avtomobilə dəyən zərər 8232 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 8232 manat, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 221 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun 102,32 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 19,68 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə ekspertiza təyin olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manat iddiaçıdan, 25 manat Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8232 manat maddi zərərin əvəzi, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 221 manat tutulub İddiaçınun xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 102,32 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun, 19,68 manat iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-170/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-170/2024
18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver