Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1706/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (sonradan – MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1408,84 manat və dövlət rüsümü kimi ödənilmiş 50 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2017-ci il tarixli əmək müqaviləsinə əsasən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və «X3» haqqında müqavilə imzalanmışdır. 08.01.2018-ci il tarixli 004-K saylı əmrlə satıcı vəzifəsinə keçirilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 02.07.2020-ci, 28.10.2020-ci və 19.11.2020-ci il tarixlərində Oba-Bakıxanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 02.07.2020-ci, 28.10.2020-ci və 19.11.2020-ci il tarixli «İnventarizasiya nəticələrinə» dair Akta əsasən 3567,20 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 2158,36 manat güzəşt edilmiş, qalıq borc 1408,84 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddia ərizsinə etiraz verərək qeyd etmişdir ki, mağazanın fəaliyyətinə mütəmadi qaydada nəzarət edəe məhsul şəxslər vardır. İddiaçı mağazaya mal gətirilib aparılması prosesində iştirak etmir. Odur ki, ziyanın digər şəxslər tərəfindən vurulması ehtimalı kifayət qədə olduğu halda, iddiaçının əsassız olaraq heç bir sübut olmadan iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununan uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın qəbul etməyərək, qeyd etdi ki, hazırki iddia Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən 1 il müdətində verilə bilərdi, iddia müdətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). MMC 17.06.2016-cı il tarixdə ********** nömrəsi ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfinən qeydiyyata alınmışdır. MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdə «X3» haqqında müqavilə imzalanmışdır. 08.01.2018-ci il tarixdə satıcı vəzifəsinə keçirilmişdir. 02.07.2020-ci, 28.10.2020-ci və 19.11.2020-ci il tarixlərində Oba-Bakıxanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, «İnventarizasiya nəticələrinə» dair Akta əsasən 3567,20 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışına əsasən 02.07.2020-ci il tarixində 1266,69 manat, 28.10.2020-ci il tarixdə 1558,37 manat, 19.11.2020-ci il tarixində 742,14 manat, ümumi olaraq 3567,20 manat, ümumi borcdan 2158,36 manat güzəşt edilmiş, qalıq borc 1408,84 manat təşkil edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən maddi ziyanın vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasnı aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edildiyi kimi, pozuntular 02.07.2020-ci, 28.10.2020-ci və 19.11.2020-ci il tarixlərində aşkar edilmiş, iddiaçı isə mediasiyaya 01.11.2021-ci il tarixdə müraciət etmiş, yəni birinci və ikinci pozuntudan 1 il 4 və 1 il 1 ay sonra. Bu əsasdan məhkəmə hesab edir ki, iddiaçı iki akt üzrə 1 ildən sonra müraciət edə bilməzdi və bu əsasdan iddia 02.07.2020-ci, 28.10.2020-ci aktlara münasibətdə rədd edilməlidir. Lakin, 19.11.2020-ci il tarixli akt üzrə vaxtında müraciət etdiyindən həmin akt üzrə, yəni 742,14 manat hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 742,14 manat vurulmuş ziyan və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1706/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1706/2022
17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver