Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1712/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi x2, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və rəsmi iş yeri ilə bağlı aldığı məvacibin dörddə bir hissəsinin uşağının marağına aliment tutlması barədə ilk iddia tələbi, Cavabdeh İddiaçı qizina qarşı ondan tutulan sabit pul məbləğində alimentin ləğv edilməsi və qanunvericiliyə görə onun əmək haqqının 1\4 hissəsi məbləğində alimentin tutlması barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ödəməli olduğu sabit pul məbləğində aliment miqdarının artırılaraq, əlavə olaraq onun hər cür gəlirindən 170 manat, eləcə də rəsmi iş yeri ilə bağlı aldığı məvacibin dörddə bir hissəsinin 08.12.2015-ci il təvəllüdlü x1 marağına aliment tutlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05.03.2015-ci il tarixdə faktiki nikah münasibətinə daxil olmuş və bu münasibətdən 08.12.2015-ci il tarixdə Kərimov Abidin adli uşaqları doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 03.08.2017-ci il tarixli qətnaməsi ilə ataliq müəyyənləşdirilmiş və cavabdehdən uşaq yetkinlik yaşına çatanadək əmək haqqının 1\4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Daha sonra Sabunçu Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış, əvvəlki qətnamədə dəyişiklik edilərək cavabdehdən uşağın marağına hər ay 154 manat sabit pul məbləğində alimentin tutulmasi nəzərə alınmışdır. Cavabdeh uşağın saxlanılması üçün faktiki olaraq heç bir maddi köməklik göstərmir. Son vaxtlar Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş alimentidə vermək istəmir. O, yaranmış vəziyyətdən istifadə edərək, uşaqla maraqlanmayaraq onun sağlam böyüməsi üçün lazımı hərəkətlər etmir. Bu isə hazırkı çətin şəraitdə uşağı sağlam böyütməkdə vəziyyəti daha da gərginləşdirir. Uşaq yetkinlik yaşına çatmamışdır, daimi maddi və tibbi köməyə ehtiyacı vardır. Hazırda vəziyyət dəyişmişdir. Cavabdeh bildiyinə gərə müxtəlif özəl sahələrdə işləyir, müntəzəm olaraq məvacib alır, aldığımə vacib dəyişkəndir. Lakin buna baxmayaraq o, uşağin marağına qarşı laqeyd münasibətdədir. Kərimov x4 İlahə Şahin qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan tutulan sabit pul məbləğində alimentin ləğv edilməsi və qanunvericiliyə görə onun əmək haqqının 1\4 hissəsi məbləğində aliment tutulmasının təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanılması ilə bağlı ondan aylıq 154 manat sabit pul məbləğində aliment tutulur. O vaxtı aliment tutulanda o, faktiki olaraq heç bir yerdə işləmirdi. Lakin 02 mart 2019-cu il tarixdən hal-hazira kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon mühafizə idarəsinda polis nəfəri vəzifəsində işləyir və mütəmadi olaraq aylıq əmək haqqı alır. Ayliq əmək haqqı 503 manatdır. Ona görədə hesab edir ki, artıq aliment onun əmək haqqına yönəldilməlidir. Qanuna görə bir uşağı saxlamaq üçün onun qazancının 25 faizi həddində aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh 08.12.2015-ci il tarixdə Abidin adlı uşaqları doğulmuşdur (Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 08.12.2015-ci il tarixli 116406 №-li doğum haqqında şəhadətnamənin surəti). Sabunçu Rayon Məhkəməsinin 03.08.2017-ci il tarixli qətnaməsi ilə 08.12.2015-ci il tarixdə anadan olmuş oğlan uşağının atasının 05.03.1992-ci il tarixdə Şərur rayonu, Kosacan kəndində anadan olmuş, Xocali rayonunda qeydiyyatda olan Cavabdeh olması faktının müəyyən edilməsi, 12.04.2016-cı il tarixdən başlayaraq 08.12.2015-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq əmək haqqının 1\4 hissəsi miqdarında və uşağın 3 yaşı tamam olanadək hər ay 50 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qətnaməsi ilə yuxarıda qeyd olunan qətnamə ilə müəyyən edilən alimentin miqdarında dəyişiklik edilmiş, 08.12.2015-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanunu qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmasi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon mühafizə idarəsinda polis nəfəri vəzifəsində işləyir və 581,50 manat məbləğində aylıq əmək haqqı alır (Sabunçu Rayon mühafizə idarəsi tərəfindən verilmiş 32 №-li 02.03.2020ci il tarixli arayış). Hazırda iddiaçı cavabdehin ödəməli olduğu sabit pul məbləğində aliment miqdarının artırılaraq, əlavə olaraq onun hər cür gəlirindən 170 manat, eləcədə rəsmi iş yeri ilə bağlı aldığı məvacibin dörddə bir hissəsinin 08.12.2015-ci il təvəllüdlü x1 marağına aliment tutulmasını istəyir, cavabdeh isə əmək haqqının 1\4 hissəsi məbləğində aliment tutulmasını istəyir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə ilk iddianın alimentin miqdarının artırılması hissəsində təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 1 övladlarının olması, yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalması, həmçinin uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə ilk iddianın rəsmi iş yeri ilə bağlı aldığı məvacibin dörddə bir hissəsinin 08.12.2015-ci il təvəllüdlü x1 marağına aliment tutlmasına dair hissəsinə gəldikdə isə hesab edir ki, həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, cavabdehin müxtəlif özəl sahələrdə işləməsi, müntəzəm olaraq məvacib alması, aldığı məvacibin dəyişkən olması barədə iddiaçının gostərdiyi dəlilləri məhkəmə əsaslı sübut kimi qəbul etmir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh 08.12.2015-ci il təvəvllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabunçu rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilməli, ilk iddia qalan hissədə rədd edilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutulan sabit pul məbləğində alimentin ləğv edilməsi və qanunvericiliyə görə onun əmək haqqının 1\4 hissəsi məbləğində aliment tutulmasının təmin edilməsini istəyir. Belə ki, cavabdehin əmək haqqının ¼ hissəsi təxmini 145 manat edir və bu hətta əvvəl təyin edilmiş alimentin miqdarında hətta azdır və iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh qarşılıqlı iddiasının rədd olunmasını məqsədə müvafiq hesab edir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinəəsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırkı iddianın qiyməti 192 manat təşkil edir (16 man x 12 ay = 192 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 08.12.2015-ci il təvəvllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabunçu rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədde dilsin. 20 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1712/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1712/2020
16.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver