Məhkəmə qərarları › İş №2(008)-1733/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1733/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1733/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, CASİO markalı qol saatı üçün 41 manat ödənilməmiş hissə, 4 manat cərimə; 02.09.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********11811 olan Huewei Y6 2019 üçün 283 manat ödənilməmiş hissə, 28 manat cərimə; 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı mini soba üçün 94,8 manat ödənilməmiş hissə, 9 manat cərimə; 27.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62387 olan İphone 11 Pro markalı telefon üçün 2888 manat ödənilməmiş hissə, 288,2 manat cərimə olmaqla, ümumilikdə 3636 manat borc və 56,36 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.06.2020-ci il, 02.09.2020-ci il, 04.03.2020-ci il və 27.10.2020-ci il tarixli müqavilələrinə əsasən, CASİO markalı qol saatı, İMEİ kodu **********11811 olan Huewei Y6 2019, Hoffmann markalı mini soba və İMEİ kodu **********62387 olan İphone 11 Pro markalı telefon almış və nəticədə 3636 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 843,6 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.06.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən CASİO markalı qol saatı, 02.09.2020-ci il tarixli müqavilə ilə İMEİ kodu **********11811 olan Huewei Y6 2019, 04.03.2020-ci il tarixli müqavilə ilə Hoffmann markalı mini soba, 27.10.2020-ci il tarixli müqavilə ilə İMEİ kodu **********62387 olan İphone 11 Pro markalı telefon almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş 06.12.2021-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, 01.06.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 97,2 manat olan CASİO markalı qol saatı üçün cəmi ödənilən məbləğ 56,2 manat, ödənilməmiş əsas borc 41 manat, cərimə borcu 4 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 45 manat; 02.09.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 378 manat olan İMEİ kodu **********11811 olan Huewei Y6 2019 üçün cəmi ödənilən məbləğ 95 manat, ödənilməmiş əsas borc 283 manat, cərimə borcu 28 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 311 manat; 04.03.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqısatqı qiyməti 271,2 manat olan Hoffmann markalı mini soba üçün cəmi ödənilən məbləğ 176,4 manat, ödənilməmiş əsas borc 94,8 manat, cərimə borcu 9 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 103,8 manat; 27.10.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 3404 manat olan İMEİ kodu **********62387 olan İphone 11 Pro markalı telefon üçün cəmi ödənilən məbləğ 516 manat, ödənilməmiş əsas borc 2888 manat, cərimə borcu 288,2 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 3176,2 manat, cəmi 3636 manat təşkil edir. -01.06.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, CASİO markalı qol saatıın aylıq ödəniş məbləği 8,1 manat; 02.09.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********11811 olan Huewei Y6 2019 aylıq ödənişi 31,5 manat; 04.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Hoffmann markalı mini sobanın aylıq ödənişi 22,6 manat; 27.10.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********62387 olan İphone 11 Pro markalı telefonun aylıq ödənişi 260 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 22.10.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh 01.06.2020, 02.09.2020, 04.03.2020 və 27.10.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 01.06.2020-ci il tarixli müqaviləyə əsasən 41 (qırx bir) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu, 02.09.2020-ci il tarixli müqaviləsinə əsasən 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən 94.8 (doxsan dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, 27.10.2020-ci il tarixli müqaviləyə əsasən 2888 (iki min səkkiz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 288.2 (iki yüz səksən səkkiz manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3636 (üç min altı yüz otuz altı) manat məbləğində pul və 56.36 (əlli altı manat, otuz altı qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar