Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1740/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qaşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı əmlaka “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1349 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.09.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 24.11.2014-ci il tarixli, 519 – K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır və 07.05.2020-ci il və 01.09.2020-ci il tarixdə Oba – Zabrat 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 07.05.2020-ci il və 01.09.2020-ci tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 2030 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, Cavabdeh tərəfindən ümumi qalıq borc olan 1659 manat borcdan 310 manat şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şirkət qarşısında borcu 1349 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “X2” MMC ilə Cavabdeh arasında 25.09.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh satıcı kassir vəzifəsinə işə götürülmüşdür. - “X2” MMC ilə Cavabdeh oğlu arasında 25.09.2017-ci il tarixdə bağlanmış “X1 haqqında müqavilə”dən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. -İddiaçı MMC tərəfindən verilmiş 24.11.2017-ci il tarixli 519-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən 24.11.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. - “X2” MMC ilə Cavabdeh arasında 24.11.2017-ci il tarixdə bağlanmış “X1 haqqında müqavilə”dən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. - 07.05.2020-ci il tarixli “X2” MMC-nin aktından görünür ki, inertarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş, məsul şəxs kimi Cavabdeh qeyd edilmiş və Cavabdeh akt ilə tanış olaraq aktı imzalamış və nəticyə razılığını ifadə etmişdir. 01.09.2020-ci il tarixli “X2” MMC-nin aktından görünür ki, inertarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş, məsul şəxs kimi Cavabdeh qeyd edilmişdi. 01.09.2020-ci il tarixli “X2” MMC-nin imtina aktından görünür ki, inertarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş, məsul şəxs kimi Cavabdeh qeyd edilmi, lakin Cavabdeh akt ilə tanış olsa da onu imzalamaqdan imtina etmişdir. - “X2” MMC tərəfindən verilmiş 02.06.2021-ci il tarixli arayışdan görünür ki,07.05.2020 -ci il tarixdə 829 manat və 01.09.2020-ci il tarixdə1201 manat olmaqla Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq Cavabdeh hesabında cəmi 2030 manat çatışmazlıq müəyyən edilmişdir. Qeyd edilən məbləğlə bağlı 5 faiz güzəşt tətbiq etməklə 1659 manat əksiklik müəyyən edilmişdir. Ümumi kənarlaşma məbləğindən 310 manat hissəsi Cavabdeh şirkətdən alacağı vəsait ilə qarşılanmışdır. Faktiki qalıq borc 1349 manat təşkil edir. - Xəbərdarlıq məktubundan görünür ki, “X2” MMC tərəfindən Cavabdeh 1348 manat məbləğində borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdlr. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh əmək müqaviləsi əsasında İddiaçı MMC-də administrator vəzifəsində, yəni maddi məsul vəzifədə işləmiş, işlədiyi müddət ərzində ona etibar edilən maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edərək rəhbərliyə təqdim etməyi öhdəsinə götürmüş və bu barədə müqaviləyə imza etmişdir. İddiaçı tərəfindən 2020-cu il üzrə aparılmış invertarizasiya nəticələrinə dair aktlarla müəyyən olunur ki, iddiaçının 2030 manat itkisi olub, iddia ərizəsində onun 1349 manatını tələb edilir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə iddiaçı olan İddiaçı MMC-də işçi olduğundan və onlar arasında X1 barədə yazılı müqavilə bağlandığından o, işəgötürən “X2” MMC -yə vurduğu maddi ziyana görə X1 daşıyır. Buna görə də Cavabdeh işəgötürən “X2” MMC-yə vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə həmçinin iddianın 50 manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair iddia tələbini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 1349 (bir min üç yüz qırx doqquz) manat pul və mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı MMC-ə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1740/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-1740/2022
25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver