Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1781/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, “xxxx” X1 (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-153-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3279.50 (üç min iki yüz yetmiş doqquz manat, əlli qəpik) manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxxxx 2017-ci il tarixə ödənilməmiş 443.10 (dörd yüz qırx üç manat, on qəpik) manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 5153.58 (beş min yüz əlli üç manat, əlli səkkiz qəpik) manat dəbbə pulu, ümumilikdə 8876.18 (səkkiz min səkkiz yüz yetmiş altı manat, on səkkiz qəpik) manat, iddia qaldırılması üçün ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “Saipa 132 SE” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141135 ban, ******* mühərrik nömrəli, qara rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərrac yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, «xxxx» X1 (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-153-14 saylı kredit müqaviləsinin 1.5, 1.6 və 1.11 bəndlərinə əsasən illik 17 % hesablanmaqla, 36 aylıq müddətə cavabdehə 6850 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqavilənin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, “Saipa 132 SE” markalı, 99- GN- 596 dövlət qeydiyyat nişanlı, NAS421100E1141135 ban, ******* mühərrik nömrəli, qara rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4 –cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-153-14 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş ,bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 8650 manat məbləğində qiymtələndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “Saipa 132 SE” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141135 ban, ******* mühərrik nömrəli, qara rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit pul məlğində olmaqla 245 manat, ümumilikdə isə 8785 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh kredit borcu “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşdüyü üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9936/2019 saylı qərardadı ilə Sabunçu rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(008)-2779/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı “xxxx” İKB-nın (İddiaçı ASC) Cavabdeh qarşı olan iddiasının baxılmamış saxslanılması qərara alınmışdır. Lakin, Cavabdeh qeyd edilən Fərmanla nəzərdə tutulmuş gözəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti xx xxxxxx 2019cu il tarixədək banka heç bir müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, kredit müqaviləsinə əsasən 6850 manat məbləğində kredit götürmüşdür. Lakin krediti ödəyə bilmədiyindən avtomobili etibarnamə ilə başqa bir şəxsə vermişdir, o şəxs isə krediti ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra kredit borcu həmin şəxs tərəfindən ödənilmədiyindən İddiaçı ASC-nin işçisi olan Ramil Məmişova etibarnamə verdiyini və o etibarnamə əsasında bankın maşını götürdüyünü hesab etmişdir. Bu səbəbdən də iddia tələbini əsas məbləğ üzrə qəbul etdiyini digər hissələrdə qəbul etmədiyini və eyni zamanda əgər avtomobil tapılarsa borcun avtomobilə yönəldilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-153-14 saylı kredit müqaviləsinə əsasən bank borcalana avtomobilin alınması məqsədilə illik 17% olmaqla 36 (otuz altı) ay müddətinə 6850 (altı min səkkiz yüz əlli) manat manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş müddətdə krdeit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Həmin müqavilənin 11.6-cı bəndinə görə kredit üzrə öhdəliklər icra edilmədikdə Borc alan dəbbə pulu və Kreditora dəymiş zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan “xxxx” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, 17-A-1-0-153-14 saylı ipoteka müqaviləsinə əsasən tərəflər Cavabdeh müliyyətində olan 2013-cü il buraxılışlı, “Saipa 132 SE” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141135 ban, ******* mühərrik nömrəli, qara rəngli avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 8650 (səkkiz min altı yüz əlli ) manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 5.1.17-ci bəndinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakın ona verilməsini tələb edə bilər. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-153-14 saylı kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay olmaqla hər ayın ödənişi 245 manat təşkil edir. - 2x xxxxxx 2020-ci il tarixli, 11-165 saylı bildirişin surətindən görünür ki, Cavabdeh ödənişlərin gecikdirilməsi səbəbindən ipoteka ilə yüklü edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan “Saipa 132 SE” markalı, 99-GN- 596 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə xəbərdar edilmişdir. - 2x xxxxxx 2020-ci il tarixli, 11-189 saylı bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi “Saipa 132 SE” markalı, 99-GN- 596 dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə məlumatlandırılmışdır. - AC 206495 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Saipa 132 SE” markalı, 99-GN- 596 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. - İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2014-cü il tarixli, AA seriyalı, 115869 nömrəli çıxarışının surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Saipa 132 SE” markalı, 99-GN- 596 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9936/2019 saylı, xx.xx.2019-cu tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2779/2018 saylı, mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Ərizə baxılmamış saxlanmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, “xxxx” X3 ASC-nin hazırkı adı İddiaçı ASC-dir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onуn icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində tam, cərimə hissəsində isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 100 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin olunaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17-A-1-0-153-14 saylı kredit müqaviləsi 3279,50 (üç min iki yüz yetmiş doqquz manat, əlli qəpik ) manat əsas borc, 443.10 (dörd yüz qırx üç manat, on qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 3822,60 (üç min səkkiz yüz iyirmi iki manat, altmış qəpik) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, tələb girov ilə yüklü edilmiş avtomobilə yönəldilməli, Cavabdeh kredit borcu həmin nəqliyyat vasitəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3279,50 (üç min iki yüz yetmiş doqquz manat, əlli qəpik ) manat əsas borc, 443.10 (dörd yüz qırx üç manat, on qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 3822,60 (üç min səkkiz yüz iyirmi iki manat, altmış qəpik) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «İddiaçı” ASC-nin xeyrinə ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi «İddiaçı” ASC qarşısında girov ilə yüklü edilmiş Cavabdeh məxsus “Saipa 132 SE” markalı, 2013-cü il buraxılışlı, qara rəngli, ban NAS421100E1141135 olan **-GN-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilsin. Avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1781/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1781/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver