Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1794/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəmiş olduğum kreditlərin əvəzi kimi ümumilikdə 13390 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Kapital Bank ASC-nin Beyləqan filialı arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən də onunla xx.xx.2018-ci il tarixində zaminlik müqaviləsi bağlanılmışdır. Borcu olaraq cavabdeh öz öhdəliklərini icra etmədiyi üçün zamin kimi borclar ondan tutulmuşdur. Beləliklə tərəfindən səlahiyyətli orqanlara müraciətlər edilmiş, müəyyən olunmuşdur ki, cavabdeh həmin illərdə həbsxanada olmuşdur. Onun sosial uyğunlaşma dövrünü nəzərə alaraq hazırda qərara gəlmişdir ki, onun əvəzinə ödədiyi borcu reqres qaydada ondan tələb etsin. Kapital Banka tərəfindən edilmiş müraciətə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan yazılı müraciətlərinizlə əlaqədar bildiririk ki, bankın borcalan və zaminlə münasibətləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi və rəsmiləşdirilmiş, müvafiq olaraq kredit və zaminlik müqavilələri ilə tənzimlənir. Sizin zaminliyiniz ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə Bankın Beyləqan rayon filialı arasında 36 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 13390 (on üç min üç yüz doxsan) manat məbləğdə kredit müqaviləsi və limiti 4100 (dörd min yüz) manat məbləğdə olan kredit kartına dair müqavilə rəsmiləşdirilmişdir. Bankın Beyləqan rayon filialı ilə Sizin aranızda xx.xx.2018-ci il tarixdə 24 ay müddətinə, illik 22.20 faiz dərəcəsi ilə 4300 (dörd min üç yüz) manat məbləğdə kredit müqaviləsi, xx.xx.2018-ci il tarixdə limiti 5000 (beş min) manat olan kredit kartına dair müqavilə rəsmiləşdirilmişdir. Zaminlik və kredit müqavilələrində tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti, öhdəliklərin icra qaydası qeyd edilmişdir. Kredit və zaminlik müqavilələrinə əsasən müqavilə üzrə əsas və faiz borcları qədər vəsait borcalanın və zaminin sərəncamı olmadan onların istənilən bank hesabından akseptsiz qaydada bloklaşdırıla və tutula (şilinə) bilər. Müraciətiniz nəzərə alınaraq Bank tərəfindən kredit və zaminlik müqavilələri üzrə güzəşt imkanları araşdırılmış və Sizə təklif edilmişdir. Şərtləri qəbul etdiyiniz təqdirdə Bankın filiallarına müraciət edə bilərsiniz. Qeyd edilənləri nəzərə almağınızı xahiş edirik.” xx.xx.2019-cu il tarixli məktubdan da göründüyü kimi cavabdeh xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən də göründüyü kimi o, cavabdehə zamin durmuşdur. Ödəniş kartı üzrə çıxarışdan da göründüyü kimi xx.xx.2019- cu il tarixində 757.35 manat, xx.xx.2019-cu il tarixində 0.40 manat, xx.xx.2019-cu il tarixində 830.39 manat ödəniş “zamin kredit borcu üzrə silinmə” kimi tutulmuşdur. Terminal qəbzlərindən də göründüyü kimi tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş və həmin qəbzlərin əslləri sizə təqdim edilir. 30 may 2023-cü il tarixli arayışdan da göründüyü kimi arayış onun adına verilmişdir və məzmunu aşağıdakı kimidir; “Verilir, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı ondan ötrü ki, həqiqətən də "xxxx" ASC-nin Beyləqan rayon filialında xx.xx.2018-ci il tarixində Cavabdeh adına rəsmiləşdirilən 140GTKR180500005 referens nömrəli 13390 AZN məbləğində olan kreditə zamin durmuşdur. İddiaçı zamin olduğu 140GTKR180500005 referens nömrəli kreditə və **********01944140 referens nömrəli 4100 AZN limitli Birkart Taksit kartına xitam verilmişdir. Hal-hazırda müştərinin Kapital bank ASCnin qarşısında 140GTKR180500005 Və **********01944140 referens N-li kredit üzrə zaminlik öhdəliyi yoxdur. Arayış istənilən təşkilata təqdim etmək üçün verilir. ” İltizamdan göründüyü kimi cavabdeh xx.xx.2024-cü il tarixində əl yazma ilə iltizam yazaraq həm borcun onun tərəfindən ödəndiyini bildirməklə borcu qısa bir zamanda ödəyəcəyinə vədd versə də sonradan yenə əvvəlki qaydada vədinə sadiq çıxmayıb borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı oğlunun nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli kredit müqaviləi üzrə borcalan ilə birlikdə bank qarşısında öhdəlik götürümüşdür. Kreditin məbləği 13390 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 21 iyul 2019-cu il tarixli bildirişindən görünür ki, Cavabdeh və İddiaçı borcun ödənilməsi bildirilmiş və borcu ödəmədikləri təqdirdə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı kartından zamin kreit borcu üzrə xx.xx.2019-cu il tarixində 757.35 manat, xx.xx.2019-cu il tarixində 0.40 manat, xx.xx.2019-cu il tarixində 830.39 manat cəmi 1588.14 manat silinmələr olmuşdur.. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 125000/1-02-3458 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən və xx.xx.2019- cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan yazılı müraciətlərinizlə əlaqədar bildiririk ki, bankın borcalan və zaminlə münasibətləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi və rəsmiləşdirilmiş, müvafiq olaraq kredit və zaminlik müqavilələri ilə tənzimlənir. Sizin zaminliyiniz ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə Bankın Beyləqan rayon filialı arasında 36 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 13390 (on üç min üç yüz doxsan) manat məbləğdə kredit müqaviləsi və limiti 4100 (dörd min yüz) manat məbləğdə olan kredit kartına dair müqavilə rəsmiləşdirilmişdir. Bankın Beyləqan rayon filialı ilə Sizin aranızda xx.xx.2018-ci il tarixdə 24 ay müddətinə, illik 22.20 faiz dərəcəsi ilə 4300 (dörd min üç yüz) manat məbləğdə kredit müqaviləsi, xx.xx.2018-ci il tarixdə limiti 5000 (beş min) manat olan k redit kartına dair müqavilə rəsmiləşdirilmişdir. Zaminlik və kredit müqavilələrində tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti, öhdəliklərin icra qaydası qeyd edilmişdir. Kredit və zaminlik müqavilələrinə əsasən müqavilə üzrə əsas və faiz borcları qədər vəsait borcalanın və zaminin sərəncamı olmadan onların istənilən bank hesabından akseptsiz qaydada bloklaşdırıla və tutula (şilinə) bilər. Müraciətiniz nəzərə alınaraq Bank tərəfindən kredit və zaminlik müqavilələri üzrə güzəşt imkanları araşdırılmış və Sizə təklif edilmişdir. Şərtləri qəbul etdiyiniz təqdirdə Bankın filiallarına müraciət edə bilərsiniz. Qeyd edilənləri nəzərə almağınızı xahiş edirik.” "xxxx" ASC-nin 30 may 2024-cü il tarixli 109 nömrəli arayışından görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı ondan ötrü ki, həqiqətən də "xxxx" ASC-nin Beyləqan rayon filialında xx.xx.2018-ci il tarixində Cavabdeh adına rəsmiləşdirilən 140GTKR180500005 referens nömrəli 13390 AZN məbləğində olan kreditə zamin durmuşdur. İddiaçı zamin olduğu 140GTKR180500005 referens nömrəli kreditə və **********01944140 referens nömrəli 4100 AZN limitli Birkart Taksit kartına xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2019-cu il tarixli 17/6-13531-M-488(M-488/2) nömrəli məktubundan görünür ki, həbs edilmiş şəxs xx.xx.1994cü il təvəllüdlü Cavabdeh hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən Bakı istintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 213 nömrəli Hərbi Hissənin xx.xx.2019cu il tarixli 621 nömrəli arayışından görünür ki, baş leytenant İddiaçı həqiqətən xx.xx.2014cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və onun aylıq maaşı, gəlir vergisi 14% və DSMF 3% tutulduqdan sonra 1216.00 (min iki yüz on altı) manat 0 qəpik təşkil edir. xx.xx.2019-cu il tarixli 13585 nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 487 manat pul ödənilmişdir. xx.xx.2019-cu il tarixli 56010 nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 540 manat pul ödənilmişdir. xx.xx.2019-cu il tarixli 56009 nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 210 manat pul ödənilmişdir. xx.xx.2019-cu il tarixli 14422 nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 183 manat pul ödənilmişdir. xx.xx.2019-cu il tarixli 15626 nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 554 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 546 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli 56204 nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 186 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 210 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 548manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 131 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 552 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 155 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 554 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 160 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 553 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 140 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 553 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 555 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 551 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 555 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 120 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 540 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 1143 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 327 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 2 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 100 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 85manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 5 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 555 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə 140GTKR180500005 nömrəli kredit müqaviləsi üzrə 550 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 91 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 164 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 50 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 70 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC-nə **********001944140 nömrəli kredit müqaviləsi üzrə 878 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh verdiyi iltizamdan görünür ki, o, "xxxx" ASC-dən kredit götürən zaman İddiaçı ona zamin durmuşdur. 2019-cu ilin avqust ayına kimi kredit müqaviəsindən irəli gələn öhdəliyi yerinə yetirsəm də, sonradan yerinə yetirə bilməmişəm. Kredit müqaviləsi üzrə öhdəlikləri 2019-cu ilin avqust ayından sonra İddiaçı yerinə yetirmişdir. İddiaçı ödədiyi pulları aramızda olan razılığa əsasən o, geri qaytaracaqdır. Borcu ödəməkdən yayınmır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə mülki işin matriallarından da görünür ki Cavabdeh ilə Bank arasında kredit müqaviləsi bağlanaraq bank tərəfindən borcalana 13390 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilə üzrə öhdəliyini təminatı kimi isə İddiaçı ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin sözügedən kredit müqaviləsi üzrə borcalan öhdəliyini icra etməməsi səbəbindən bank zamin olaraq pulları İddiaçı tələb etmiş və İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmişdir. Belə olan halda zaminin borcalandan ödəmiş olduğu pulu geri tələb etmək hüququ yarandığından iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ″Dövlət rüsumu haqqında″ Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırkı iddianı müharibə veteranı verdiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməsə də, ödənilməli olan dövlət rüsumu 130,17 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13390 (on üç min üç yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 130,17 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1794/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1794/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver