Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1803/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçılarlar İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2, Cavabdeh ilə 2004-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 12 nömrəli poliklinikada yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasında tanış olmuş, cavabdeh onlara tanışları üçün lazımı sənədləri toplayıb, Komissiyadakı qohumu vasitəsi ilə istənilən şəxsə əlillik pensiyası düzəldə bilməsini təklif etmişdir. Sonradan cavabdeh ilə dostluq münasibətləri yaranmış, təxminən 2007-ci ilin əvvəllərində İddiaçı1 əlillik pensiyaları kəsilmiş bacıları Cəmilə və Kəmalənin pensiyalarının bərpa edilməsində köməklik göstərəcəyi vədi ilə ondan 4.500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pul alsa da, onu aldadaraq verdiyi sözə əməl etməmişdir. Digər İddiaçı2 ərizəsində bildirmişdir ki, Cavabdeh ondan 8.000 (səkkiz min) ABŞ dolları məbləğində borc pul almış, lakin geri qaytarmamışdır. Cavabdeh həmçinin, İddiaçı2 evinə gələrək, işlərinin dolaşığa düşdüyünü, barəsində şikayət olunduğu üçün araşdırma aparıldığını, külli miqdarda pula ehtiyacı olduğunu, vətəndaşlardan aldığı pulları qaytarmayacağı təqdirdə onu tutacaqlarını bildirərək, ondan borc pul istəmiş, Səyyarə Tağıyeva da münasibətlərini nəzərə alaraq və ona yazığı gəldiyi üçün onun səmimiliyinə inanaraq xx.xx.2007-ci il tarixdə evində olan pullarını toplayıb ümumilikdə 8.000 (səkkiz min) ABŞ dolları məbləğində pul düzəldib İlqara vermiş, İlqar həmin məbləği işlərini qaydasına salaraq qısa müddət ərzində qaytaracağını vəd versə də, pulu qaytarmaqdan boyun qaçırmağa başlamışdır. İddiaçılar xx.xx.2008-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, təhqiqatçı Zakir Məmmədov tərəfindən araşdırma başlanılmış, həmin araşdırma zamanı Cavabdeh izahat verərək, onlardan pul almasını etiraf etmiş, pulun bir hissəsini qaytarmış, qalan hissəsini də qısa müddətə qaytaracağına söz vermişdir. Həmin vaxt cavabdeh digər cinayətlərinə görə həbs olunmuşdur. Cavabdeh 2017-ci ildə həbsdən azad olunsa da, hələ bugünədək də onlara pulu qaytarmamışdır. İddiaçı2 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ondan alınmış 8000 (səkkiz min) ABŞ dollarından 4000 (dörd min) ABŞ dolları qaytarıldığından hazırda qalan 4000 (dörd min) ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddiaçı1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vermiş olduğu 5400 (beş min dörd yüz) ABŞ dollarından 900 (doqquz yüz) ABŞ dollarının polisdə ona qaytarıldığını hazırda qalan 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pulu alınaraq, ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçı və cavabdehə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. 15 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, cavabdehin ondan 8000 ABŞ dolları borc pul aldığını, borcun yarısını, yəni 4000 ABŞ dolları Sabunçu Rayon Prokurorluğunda geri qaytardığını, lakin borcun qalan hissəni hələ də qaytarmadığını və həmin pulun cavabdehdən alınaraq, ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, cavabdehə 2007-ci ildə 5400 ABŞ dolları pul verdiyini, polisdə 900 ABŞ dolları qaytardığını, lakin 4500 ABŞ dolları borcun hələ də qaytarmadığını və həmin pulun cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçılara borcu olmadığını, onlardan borc pul almadığını, iddia tələbinin əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixdə Səbinə ilə birlikdə ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişlər, təhqiqatçı Zakir Məmmədov tərəfindən araşdırma başlanılmış, araşdırma zamanı izahatı alınmış Cavabdeh ilkin izahatlarında barəsində şikayət edən X4 və X3 tanımadığını, həmin şəxslərdən hər hansı bir məbləğdə pul almasını inkar etsə də, sonradan aralarında keçirilmiş üzləşdirmə zamanı və barəsində sonuncuların xx.xx.2008ci il tarixli müraciətləri əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-də aparılmış araşdırmanın nəticəsinə dair təhqiqatçı Zakir Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2008-ci il tarixli arayış ona təqdim olunduqdan sonra şikayətçilərdən pul almasını etiraf edərək, həmin pulu xx.xx.2024-cü il tarixdə Səyyarə Tağıyevaya qaytaracağına dair əlyazma qəbz də vermiş, lakin yenə də Səyyarə Tağıyeva və İddiaçı1 aldadaraq pullarını qaytarmaqdan qərəzli olaraq yayınmışdır. İş materiallarına əlavə olunan Cavabdeh xx.xx.2024-cü il tarixli əlyazmasından görünür ki, Səyyarə Tağıyevaya pulu geri qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X1 8000 ABŞ dolları pul almış, ondan 4000 ABŞ dolları qaytarsa da, qalan 4000 ABŞ dolları geri qaytarmamışdır. Həmçinin Cavabdeh digər İddiaçı1 5400 ABŞ dolları pul almış, ondan 900 ABŞ dolları qaytarmış, lakin 4500 ABŞ dolları geri qaytarmamışdır. İddiaçılar, cavabdehin onların pullarını geri qaytarmadığını görüb, onu rəsmi qaydada xx.xx.2008-ci il tarixdə ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişlər, təhqiqatçı Zakir Məmmədov tərəfindən araşdırma başlanılmış, həmin araşdırma zamanı cavabdeh izahat verərək, onlardan pul almasını etiraf etmiş, pullarından bir hissəsini, yəni X2 pulunun yarısını, İddiaçı1 pulunun isə 500 ABŞ dolları məbləğində hissəsini təhqiqatçı vasitəsi ilə həmin vaxt onlara qaytarmış, qalan hissəsini də qısa müddətə qaytaracağına söz versə də yenə də onları aldatmışdır. İş materiallarına əlavə olunan Cavabdeh xx.xx.2024-cü il tarixli əlyazmasından görünür ki, Səyyarə Tağıyevaya pulu geri qaytaracağını bildirmiş və bununlada cavabdehə olan borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Qanunun tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər icra edilmədiyindən, həmçinin cavabdehin Sabunçu RPİ-nin 12-ci PŞ-nə verdiyi izahatında pul almasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) ABŞ dolları pul tutularaq, İddiaçı2, 4500 (dörd min beş yüz) ABŞ dolları pul tutularaq, İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 88 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) ABŞ dolları pul tutularaq, İddiaçı2, 4500 (dörd min beş yüz) ABŞ dolları pul (manatın həmin günə olan məzənnəsinə uyğun olaraq) tutularaq, İddiaçı1 ödənilsin. Ödənilmiş 88 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçılara geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1803/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1803/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver