Məhkəmə qərarları › İş №2(008)-1820/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1820/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1820/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Mürsəlzadə Qantural İlqar oğlunun, Cavabdeh2 nümayəndəsi Dadaşov Misirxan Nurəddin oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Guseınova Lamıanın iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Guseınova Lamıa və X4 olmaqla) “avtomobilin və əlavə olaraq ödənilmiş pul məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və əlavə olaraq ödənilmiş pul məbləğinin qaytarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “SKODA FABİA MİNİK" markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması, Cavabdeh1 1200 (min iki yüz) manat pul vəsaitinin tutularaq ona verilməsi, eləcə də vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq 100 (yüz) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan “SKODA FABİA MİNİK" markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili, Cavabdeh1 baş etibarnamə əsasında məxsus olan “MERCEDES BENZ A200 MİNİK” markalı, 2005-ci il buraxılışlı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə barter etmiş və əlavə olaraq Cavabdeh1 1200 manat məbləğində pul vermişdir. Pulun 300 manatını nəğd, qalan 900 manatını isə kart hesabına köçürtmüşdür. Cavabdeh1 “MERCEDES BENZ A200 MİNİK” markalı maşını ona verən zaman maşının heç bir problemi olmadığı, yüngül təxminən 200-300 manatlıq xərci ola biləcəyini, maşının hər hansı bir ciddi problemi olsa gətirib qaytarmasın bildirmişdir. İddiaçı onun sözünə inanmış və maşını yoxlatmadan, maşınlarla bağlı bir-birilərinə notariatda etibarnamə vermişlər. Sonradan “MERCEDES BENZ A200 MİNİK” markalı maşının çox problemləri yaranmış, ustaya aparan zaman maşının sürətlər qutusunda ciddi problem olduğu və eyni zamanda motorun yağının azaldığını müəyyən etmişdir. Bu barədə dərhal cavabdehə məlumat vermiş, lakin o, verdiyi sözə əməl etməmiş, maşını düzəltdirməkdən yayınmışdır. İddiaçı çarəsizlikdən maşını özü təmir etdirmişdir. Təxminən bir ay keçdikdən sonra Cavabdeh1 ona satdığı “MERCEDES BENZ A200 MİNİK” markalı maşının əsil sahibi Mirsadiq Həmidov verdiyi etibarnaməni ləğv etdirərək, maşını axtarışa verdirmişdir. Çox çətiniklə Mirsadiq Həmidovu taparaq maşınla bağlı soruşduqda bildirmişdir ki, Orxan Hüseyinli ona maşın satmış, həmin maşın da problemli çıxmış, maşının təmirinə əlavə olaraq 3000 manat xərc çəkdiyini, Cavabdeh1 ona 3000 manat çəkmiş olduğu xərci verməsə, iddiaçının istifadəsində olan “MERCEDES BENZ A200 MİNİK” markalı maşına etibarnamə verməyəcəyini bildirmişdir. Orxan Hüseyinliyə bu barədə Mirsadiqlə məsələsini həll etməsini, ona satılmış maşına qoydurduğu maneələri götürməsini və etibarnamə verməsini xahiş etmişdir. Lakin, Orxan onun Mirsadiqə verəcəyi olmadığını bildirmişdir. İddiaçı Cavabdeh1 “MERCEDES BENZ A200 MİNİK” markalı maşından istifadə edə bilmədiyini, öz maşınını və əlavə olaraq verdiyi 1200 manatı qaytarılmasını tələb etmişdir. Lakin ona məlum olmuşdur ki, cavabdeh “SKODA FABİA MİNİK” markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsə, yəni Cavabdeh2 satmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçıya verilən “MERCEDES BENZ A200 MİNİK” markalı avtomobilin mülkiyyətçisi X4 olduğunu, onlara verilən etibarnamə ləğv edildiyindən, “SKODA FABİA MİNİK” markalı avtomobil üçün tərəflərindən verilmiş etibarnaməni ləğv etdiklərini, həmin avtomobilin də Cavabdeh2 istifadəsində olduğunu və iddia tələbinin təmin edilərək maşının qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 izahatında “SKODA FABİA MİNİK” markalı avtomobili “turbo.az” internet saytı vasitəsilə Cavabdeh1 aldıqlarını, bir müddət sonra baş etibarnamənin ləğv edildiyini öyrəndiklərini, bununla bağlı ilk növbədə Cavabdeh1, sonra da İddiaçı müraciət etdiklərini, Cavabdeh1 da Mirsadiq Həmidovla danışıq apardığını, hazırda iddiaçı kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində Cavabdeh1 və İddiaçı qarşı avtomobilin və ya pulun qaytarılması ilə bağlı iddia tələbi irəli sürdüklərini bildirdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Guseınova Lamıa izahatında İddiaçı tərəfindən ona baş etibarnamə verildiyini, Cavabdeh1 ilə “SKODA FABİA MİNİK” markalı avtomobili ilə “MERCEDES BENZ A200 MİNİK” markalı avtomobili barter etdiklərini, əlavə olaraq Orxan Hüseyinliyə 1.200 manat ödəniş etdiklərini, ona verilən avtomobildə nasazlıq olduğu, bir müddət sonra ölkə xaricinə çıxdığını, qayıdanda isə 32-ci Polis Bölməsinin əməkdaşları yaxınlaşıb maşının əsl sahibi Mirsadiq Həmidovun etibarnaməni ləğv etdiyini və hazırda həmin avtomobilindən istifadə edə bilmədiklərini bildirdi. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında 2024-cü ilin aprel ayında ona məxsus “HYUNDAİ” markalı avtomobili “turbo.az” internet saytında yerləşdirdiyini, Mirsadiq Həmidovla ona məxsus avtomobillə “MERCEDES BENZ A200 MİNİK” markalı avtomobili barter etdiklərini, avtomobillər arasında 3.000 manat fərq olduğunu, lakin avtomobili satılmadığı üçün Mirsadiq Həmidovun üstündə 1.700 manat ödəməsiylə razılşadıqlarını, 2024-cü ilin sentyabr ayında 32-ci Polis Bölməsinin əməkdaşları etibarnamənin ləğv edildiyini və “MERCEDES BENZ A200 MİNİK” markalı avtomobilin üzərinə həbs qoyulduğunu bildirdiklərini, bununla bağlı Mirsadiq Həmidov ona məlumat vermədiyini, səbəb olaraq, aylar sonra avtomobildə problemlər yaranmasını göstərdiyini, Mirsadiq Həmidov isə avtomobili taksiyə verdiyini, bununla bağlı da iş yerinə ittihamedici məktublar göndərildiyini, danışıqları Guseınova Lamıa ilə apardıqlarını, avtomobil barədə razılaşandan sonra mülkiyyətçisi İddiaçı ilə 2024-cü ilin aprel ayında bir-birlərinə baş etibarnamə verdiklərini, iddiaçının avtomobili əvəzinə 700 manat kart hesabı ilə, sonradan 500 manat nəğd verildiyini, “SKODA FABİA MİNİK” markalı avtomobili bir müddət istifadə etdiyini, sonradan avtomobildə nasazlıqlar yarandığını, motorunu yenidən yığıdırdığını, 2.200 manat xərc çəkdiyini, “SKODA FABİA MİNİK” markalı avtomobili məcbur qalaraq 7.300 manata Cavabdeh2 baş etibarnamə əsasında satdığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan X2 Şəhadətnaməsindən görünür ki, “SKODA FABİA MİNİK" markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan X2 Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ A200 MİNİK” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İş materiallarında olan Nəqliyyat vasitəsindən istifafə edilməsinə dair etibarnamədən görünür ki, İddiaçı “SKODA FABİA MİNİK" markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı xx.xx.2024-cü il tarixdə 6 ay 18 gün müddətə Cavabdeh1 baş etibarnamə vermişdir. İş materiallarında olan Nəqliyyat vasitəsindən istifafə edilməsinə dair etibarnamədən görünür ki, X4 “MERCEDES BENZ A200 MİNİK” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı xx.xx.2024-cü il tarixdə 11 ay 3 gün müddətə Guseınova Lamıaya baş etibarnamə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4 və 152.5-ci maddələrinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur», «Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər», «Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan “SKODA FABİA MİNİK" markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili, Cavabdeh1 baş etibarnamə əsasında məxsus olan “MERCEDES BENZ A200 MİNİK” markalı, 2005-ci il buraxılışlı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə dəyişmiş və üzərində Cavabdeh1 1200 manat məbləğində pul vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında nəqliyyat vasitələri ilə bağlı alqı-satqı, nə də rəsmi dəyişmə müqaviləsi bağlanmışdır. Şifahi razılaşma əsasında bir-birlərinə nəqliyyat vasitələrindən istifafə edilməsinə dair etibarnamələr vermişlər. Hal-hazırda isə tərəflər həmin etibarnamələri ləğv etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qanunun tələbindən göründüyü kimi mübahisə predmeti nəqliyyat vasitələri yəni rəsmi reyestrdə qeydə alınmalı daşınar əmlaklar olduğundan onların alqı-satqısı ilə bağlı rəsmi alqı-satqı müqaviləsi bağlanmalı idi. Həmçinin Mülki Məcəllənin 663.1-ci maddəsinə əsasən əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. Göründüyü kimi tərəflər arasında dəydirmə (barter) münasibətləri də mövcud olmamışdır. Belə ki, iş materialları ilə və cavadeh Orxan Hüseyinli də məhkəmə iclasında etiraf etmişdir ki, ona maşınlardan əlavə iddiaçı tərəfindən 1200 manat əlavə ödəniş edilmişdir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Qanunun tələbindən göründüyü kimi etibarnamə təmsil etmək üçün verilir və o, alqı-satqı müqaviləsi demək deyil və onu əvəz edə bilməz. Göründüyü kimi avtomobillərlə bağlı verilmiş etibarnamələr ləğv edildiyindən iddiaçı istifadəsində olan “MERCEDES BENZ A200 MİNİK” markalı maşından istifadə edə bilmir, həmçinin mülkiyyət hüququ əsasında ona məxsus olan “SKODA FABİA MİNİK” markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsin istifadəsində olmaqla qaytarmaqdan imtina etdiyindən iddiaçının pozulmuş mülkiyyət hüquqları məhkəmə qaydasında müdafiə olunmalı və avtomobil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalıdır. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında İddiaçı tərəfindən 700 manat kart hesabına və 500 manat nəğd şəkildə olmaqla ümumilikdə 1200 manat pul verməsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavanbdeh Cavabdeh1 1200 (bir min iki yüz) manat pul vəsaiti və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Belə ki, vəkil xərci olaraq pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin edilərək, cavabdehdən 320 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. “SKODA FABİA MİNİK" markalı, 2009-cu il buraxılışlı, 90KU816 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. Cavanbdeh Cavabdeh1 1200 (bir min iki yüz) manat pul vəsaiti, vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar