Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1894/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Miirsəddin qızından 8.000 manat əsas borc və dövlət rüsumu olaraq ödədiyi 100 manat, cəmi 8.100 manat pul tutulub ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə əvvələr münasibati yaxşı olmuşdur. O, ona inanmış va əməllərini səmimi qəbul etmişdir. O isə etibarından sui- istifadə etmişdir. O, Cavabdeh hissə-hissə borc vermişdir. Fərqanəyə inanıb başqalarından va lombarddan faizlə pul götürmüş, ona vermişdir. Başqalarından aldığı pulu vaxtında qaytarmadığına gora, lombarddan pul götürüb borcu bağlamışdır. 2018-ci ilin iyun ayında ona 20 avqustadək 850 manat qaytarmalı olduğu haqda qəbz yazmışdır. xx.xx.2018- ci il tarixdə ona borclu olduğu 1440 manat pulu iki aya qaytaracağı barada qəbz yazmışdır. O, pulu qaytara bilmədiyi üçün ondan xahiş etdi ki, lombarddan pul götürüb borclarını bağlasın. O da pul götürüb borclarını ədyal və s. satdığını deyib əlavə 900 manat pul aldı. Amma yenə pulu qaytarmadı. Şikayəti əsasında polisdə araşdırma aparılmış və cavabdeh ona borclu olduğunu etiraf etmişdir. Ümumilikdə, əl borcu və lombardla birlikdə cavabdeh ona 8,000 manat pul borcludur. Həmin borc ondan tutulub ona qaytarılmalıdır. O bu borcları lombarda ödəyib girov qoyduğu qızılları götürməlidir. Bundan başqa dövlət rüsumu olaraq ödədiyi 100 manat da ondan tutulub ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edərək, cavabdehin ona 2790 manat əl borcu olduğunu, yerda qalan pul məbləğinin isə cavabdehə inanaraq ona görə lambarda qoyduğu qızlların nəticəsibdə əldə etmiş olduğu borcdur. Sonra lambardaki qızllar cavabdehin borcu ödəməməsi səbəbindən satılmış olduğundan, hamin qızılların puluda cavabdehdən onun xeyrinə ödənməlidir. Bundan əlavə onuda bildirir ki, iş matriallarına cavabdeh tərəfindən təqdim edilən 6-cı vərəqin birnci hissəsində göstərilmiş xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən 400 manat ödəniş ilə 8-ci vərəqdə yazılmış qiymətlər eyni ödənişi əks etdirir. Belə ki, cavabdeh ona olan borcdan birinci dəfə ödəniş etdikdən sonra ona 6 cı vərəqə imza etdirmişdir, bundan sonra o onun yanına gələrək həmin vərəqin itirdiyini bildirərək yenidən ödənişlərini vərəqə yazılaraq imza etdirmişdir. Lakin bu dəfə o cavabdehin ona hansı məbləğləri ödədiyini dəqiq qeyd etmişdir. Cavabdehin ona cəmi puldan həmin vərəqdə göstərilən 400 manat ödənişi olmuşdur. O burcan hər hanıs bir başqa ödəniş etməmişdir. İş matriallarıan onun tərəfindən əlavə edilmiş, aboy kağızına və saç kıraskasın karopkasına əlavə edilmiş yazıların iddiaçının özü tərəfindən cavabdehin ona olan borcu barədə yaılmış olduğunu bildirdi. Və eyni zamanda cavabdehin qonşular arasında Fərqanə deyildə Pərvanə kimi tanındığını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o iddiaçıdan cəmi 2200 manat məbləğində borc pul almışdır. Lombart borcu onun iddiaçıya olmamışdır. O iddiaçıdan almış olduğu 2200 manat borcu bütövlükdə qaytarmışdır. Onun iddiaçıya olan borcun qaytarılmasına dair qəbzləridə vardır. O iş matriallarına sübut kimi əlavə etmiş olduğu 6-ci vərəqin birinci hissəsində qeyd edilmiş xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək 400 manat pulu iddiaçıya ödəməsinə dair qeyd ilə 8-ci vərəqdə qeyd edilmiş yazıların eyni məbləğin ödənilməsi olduğunu bildirmişdir. Hazırda onun iddiaçıya borcu qalmadığından iddia tələbinin rədd edilməsini məhkəmədn xahiş etmişdir. İş materiallarının 7-ci vərəqəsinə cavabdeh tərəfindən əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında olan əlyazmadan görünür ki, 1100 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə cavabdeh Fərqanə tərəfindən Emaya ödənilmiş olduğunu qeyd etmişdir. İş materiallarının 6-ci vərəqəsinə cavabdeh tərəfindən əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında olan əlyazmadan görünür ki, 400 manat xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, xx.xx.2022-ci il tarixdə 90 manat pul Pərvanə tərəfindən Emaya ödənilmişdir. İş materiallarının 8-ci vərəqəsinə cavabdeh tərəfindən əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında olan əlyazmadan görünür ki, 80 manat xx.xx.2022-ci il tarixdə, 120 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə Pərvanə tərəfindən Emaya ödənilmişdir. İddiaçı ilə tərəfindən təqdim edilən divar kağızına və saç kraskası kağızına yazılmış yazılar iddiaçı özü tərəfindən yazılmış olduğu bildirildiyindən hər hansı bir sübut kimi qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/471 nömrəli rəyindən görünür ki, mülki işin 6-cı vərəqindəki borc qəbzindəki “xx.xx.2022-ci il – xx.xx.2022” yazılarının aşağısında olan sol hissəsindəki imza, “xx/xx-2022-90 manat Pərvanədən” sözlərinin qarşısındakı imza, 7-ci vərəqində olan borc qəbzindəki “1100 manat Pərvanə verdi” sözlərinin qarşısındakı imza, 8-ci vərəqində olan borc qəbzindəki “80 manat aldım” yazılarının qarşısındakı imza, “100 manat aldım xx.xx.2022” yazılarının aşağısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat müəyyən edilmişdir. İş matriallarına iddiaçı tərəfindən təqdim edilmiş Girov biletlərinin surətindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə qızı ziynət əşyalarını "xxxx" MMC-də girov qoyaayarq pul məbləği götürmüşdür. İş martiallarına iddiaçı tərəfindən təqdim edilən əlyazmanın kseri surətindən görünür ki, Qurbanova X3 Emadan 850 manat aldığını 30 iyunda qaytaracağını bildirmişdir. Bundan əlavə sözügedən vərəqdə Cavabdeh Nusrəddin qızının Mahmudava Emadana 1440 m almış olduğunu xx.xx.2018-ci il tarixdən 2 aya oktyabrın 11-nə qaytaracağı bildirmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin İddiaçı yazmış olduğu məktubdan görünür ki, Mahumdova X1 vermiş olduğu 2790 manat pul ilə əlaqədar müraciətə baxılmışdır. Bununla bağlı Cavabdeh izahat alınmış o aybayay ödəyəcəyini bildirmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş səsyazılardan görünür ki, iddiaçı cavabdehə lombatdan pul götürdüyünü bildirmiş, lakin onlar arasında pula dair münasibətlərin aydınlaşdırılması mümükün olmamışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyt edir ki, iddiaçı "xxxx" MMC-yə girova qoymuş olduğu qızıldan almış olduğu pulları cavabdehə təqdim etmiş olduğunu bildirsə də bunu təsdiq edəcək sübutları məhkməyə təqdim etməmişdir. Bundan sonra məhkəmə onu da qeyd etməyi zərurui hesab edir ki, iddiaçı cavabdehə 2790 manat pul vermiş olduğunu bildirsədə, verilmiş pulun məbləğini təsdiq edəcək möhtəbər təqzib edilməz sübutları məhkəməyə təqdim etməmişdir. İlk öncə iddiaçı tərəfindən həmin məbləğin 2790 manat olmasını təsdiq edəcək sübut kimi Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin İddiaçı yazmış olduğu məktubu təqdim etsədə, məhkəmə iddiaçının diqqətinə çatdırarq qeyd edir ki, həmin məktubda cavabdehin borcun aybaay ödəyəcəyi barədə məlumat verilsədə, cavabdehin izahatı təqdim edilməmiş, o borcun məbləğinin hansı hissədə qəbul etməsi müəyyən edilməmişdir. Bundan başqa iddiaçı məhkəməyə cavabdeh tərəfindən yazılmış borcun alınmasına dair əlyazmanın kopyasını məhkəməyə təqdim etmiş olsada, cavabdeh tərəfindən həmin əlyazmanın ona məxsus olmadığ bildirilmiş və iddiaçı tərəfindən həmin əlyazmanın əsli məhkəməyə təqdim edilmədiyindən mülki iş üzrə həmin əlyazmanının cavabdehə məxsusluğunun müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilə bilməmişdir. Beləliklə məlum olur ki, məhkəmə iddiaçının cavabdehə 2790 manat borcun verilməsi yalnız cavabdehin etiraf etdiyi hissədə yəni 2200 manat pulun alınması hissəsində əsaslı hesab edir. Lakin cavabdeh iddiaçıdan almış olduğu 2200 manat borcun hamısını qaytarmış olduğunu bilirərək məhkəməyə mülki işin matriallarına 6,7 və 8-ci vərəqlərinə əlavə edilmiş əlyazmanı təqdim etmişdir. qeyd edilən əlazamalarda mübahisə olunmayan hal ondan ibarətdir ki, 6-ci vərəqəin birinci hissəsində qeyd edilmiş 400 manat pulun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsinə dair məlumat ilə mülki işin 8-ci vərəqində qeyd edilimiş 80 manat xx.xx.2022-ci il tarixdə, 120 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə, 100 manat xx.xx.2022-ci il tarixdə Pərvanə tərəfindən Emaya ödənilməsi eyni məbləğlərin ödənilməsindən söhbət gedir. Bundan başqa Məhkəmə Ekspertiza mərkəzinin təqdim etmiş olduğu rəydən də görünür ki, cavabdehin iddiaçıya olan borcundan 6-cı vərəqə əsasən xx.xx.2022-ci il tarixdə 80 manat, 7ci vərəqə əsasən isə xx.xx.2022-ci il tarixdə 1100 manat və 20.03.222-ci il tarixdə isə 100 manat ödəniş olmuş və iddiaçı tərəfindən sözügedən vərəqlərə imza edilməklə ödəniş qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təsdiq edildiyi 22000 manat olan hissədən cavabdehin vermiş olduğu ödənişlər çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (2***-***-**-**00-100=510manat) Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən 510 manat hissədə təmin edildiyindən 100 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda hazırki işdə eksperizanın rəyinin alınması ilə ödənilməli olan 110 manat eksperiza xərci iddiaçaya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 510 (beş yüz on) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində olan ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1894/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1894/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver