Məhkəmə qərarları › İş №2(008)-192/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-192/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-192/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və işlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq ümumilikdə 148600 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 439.24 manat məbləğində pulun cavabdehdən iddiaçı “X4-Sosial Reablitasiya Mərkəzi” MMC-nin xeyrinə tutulması, Cavabdeh tutduğu vəzifə üzrə işin təhvil verilməsi öhdəliyinin onun üzərinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 sentyabr 2022-ci il tarixdə cavabdehlə müddətsiz əmək müqaviləsi bağlanmış, o psixo-pedaqoq vəzifəsinə qəbul edilmiş və cavabdeh 14 sentyabr 2022-ci il tarixdən əlavə iş yeri olmaqla əmək fəaliyyətinə başlamışdır. Cavabdeh əmək fəaliyyətinin həyata keçirilən zaman, ona müvafiq işlər və əmlak təhvil verilmişdir. Bundan başqa, 22 iyul 2023-cü il tarixdə, Beynəlxalq Aykido Federasiyası tərəfindən təşkil edilmiş təlimdə iştirak etmək üçün təklifin edilməsi haqqında əmr qəbul edilmişdir. Cavabdeh həmin təklifi qəbul etməklə təlimdə iştirak edilməsi barədə razılıq ərizəsi ilə müraciət etmiş və onunla 01 may 2023-cü il tarixdə müqavilə və müqaviləyə əlavə bağlamışdır. Lakin, cavabdeh həmin təlimdə iştirak etməmişdir. Bundan başqa, cavabdeh 17 iyul 2023-cü il tarixdə işdən çıxıb bu günə kimi işə geri qayıtmayıb. Daha sonra, cavabdeh 28 oktyabr 2023-cü il tarixdə ofisə yaxınlaşaraq, onunla iddaçı cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında cavabdehin istəyi təmin edilmişdir. Cavabdeh həmin təlimdə iştirak edilməsi ilə bağlı razılıq ərizəsi verməklə, təlimdə iştirak etmək təklifini qəbul etmiş, təlimlə bağlı lazımı olan sənədlərə imza edib, bütün şərtlərə və qaydalara əməl etməklə onları qəbul edilməsi və bunun məsuliyyətini öz öhdəliyinə götürülməsini bildirmiş və həmin təlimdə iştirak etmək istəyini nəzərə alaraq, onun həmin təlimə göndərilməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı cəmiyyət cavabdehin xahişini nəzərə alaraq, təlimdə iştirak edilməsi ilə bağlı lazımi olan sənədləşməni aparmış, müvafiq tədbirlər görməklə, onunla müqavilə bağlamış və müvafiq əmrlə rəsmiləşdirilmişdir. Təlimə qatılmaq məqsədi ilə Cavabdeh İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri olduğu üçün vacib idi ki, proqramı tam mənimsəyib Azərbaycan bu proqramın inkişafına dəstək verə bilsin. Təlimdə iştirak edilməsinə dair 01 may 2023-cü il tarixli, 28 nömrəli müqavilənin 2.4.3-cü bəndinə əsasən cavabdeh “Təlimdə iştirak edə bilmədikdə ən azı 5 (beş) gün əvvəl “İşəgötürən ”ə məlumat vermək ” və 2.4.7-cü bəndinə əsasən “Müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək” vəzifələrini öz üzərinə götürmüşdür. Bundan başqa, həmin müqavilənin 3.3-cü bəndinə əsasən “Təlimdə iştirak eməsi ilə bağlı müqavilə bağlandıqdan, bütün sənədləşmə aparıldıqdan və xərclər ödədikdən sonra “İşçi” üzürlü səbəblər olmadan (xəstəlik, ezamiyyət, məzuniyyət, yaxınının vəfatı və s.) təlimdə iştirak etmədikdə, buna görə “İşəgötürə”nə 60 000 (altmış min) manat məbləğində dəymiş ziyanın əvəzi kimi təzminat ödəyir” və 3.4-cü bəndinə əsasən. “İşçi" xəstə olduğundan təlimdə iştirak edə bilmədikdə “İşəgötürən”i yazılı şəkildə əvvəlcədən məlumatlandırmaqla, qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin əslini təqdim edir. Digər üzürlü səbəblər olduğu halda “İşçi” əvvəlcədən məlumatlandırmaqla, zəruri olan sənədləri “İşəgötürən”ə əvvəlcədən təqdim edir”. Lakin, buna baxmayaraq, cavabdeh heçbir üzürlü səbəblər olmadan yuxarıda qeyd olunan təlimdə iştirak etməmiş və bu səbəbdən hesab edirəm ki, cavabdeh 60 000 (altmış min) manat məbləğində dəymiş ziyanın əvəzi kimi təzminat ödəməlidir. İddiaçı cəmiyyət onu da qeyd etmək istəyir ki, 28 oktyabr 2023-cü il tarixli yazılmış ərizədə Cavabdeh yaşayış ünvanını dəyişdiyinə görə işdən çıxma ərizəsi yazmışdır. İddiaçı cəmiyyət qeyd etmək istəyir ki, cəmiyyətin bütün məlumatlarını əldə etməklə, müammalı şəkildə yoxa çıxma və sonra yeni iş tapdığına görə işdən çıxma ərizəsi verməsi əmək münasibətlərinin ciddi şəkildə pozulması və qəsdi qərəzlik şəklində zərər vurma kimi başa düşülür. Bundan başqa, cavabdeh sonuncu dəfə 17 iyul 2023-cü il tarixdə işdə olub və bunda sonra cavabdeh ümumiyyətlə işə gəlməyib. Belə ki, cavabdeh tutduğu vəzifəsi üzrə ona etibar olunmuş və verilmiş müəyyən işləri (elektron bazalar, giriş kodları, parollar, sistemin idarə olunması, müştəri bazası, yığılma qaydası, şirkətin satış strategiyasının planlanması, müqavilələri, biznes planları və s.) təhvil verməyib. Belə ki, elektron bazanın geri verilməməsi nəticəsində - bütün müştəri bazası yoxa çıxmışdır. Bura 300-ə yaxın valideynlərinin əlaqə nömrəsi aiddir ki, bunlarla əlaqə saxlayıb seanslara yazılacaqdır, lakin, məlum məsələdən sonra bunu edə bilməmişdirlər. İddiaçı cəmiyyət onu da qeyd etmək istəyir ki, cavabdehin bu əməlin etməsinə gətirdiyi dəlil isə müştəriləri “mən tapmışam və onlarla müqaviləni mən bağlamışam” deməsidir. Çünki müştərilərlə bağlanan müqavilədə rəhbər olaraq məhz cavabdehin adı qeyd edilir. Nəticədə iddiaçı cəmiyyət Qarayevdə və Yasamal filiallarında olan müştərilərini itirmiş və sonunda hər iki filial bağlanmışdır. Bu prosesdə isə ümumilikdə 40-50 müştərimizi itirmişik və orta hesabla cəmiyyət 25 000 (iyirmi beş min) manat məbləğində maddi zərərlə qarşılaşmışdır. Belə ki, iddiaçı cəmiyyət əməkdaşlıq etdiyi “Şirinbala” uşaq baxçası ilə əməkdaşlıq nəticəsində iddiaçı cəmiyyətin orta maddi gəliri 15 000 manat idi. Bu vəziyyət olduqdan sonra isə Bakı şəhəri, Nizamı rayonunda yerləşən bir filial tamamilə dağıldı. Bunun əsas səbəbi isə onlarla əlaqə və əməkdaşlıq cavabdeh tərəfindən həyata keçirilirdi və cavabdehin bu əməllərindən sonra iddiaçı şirkət 15 000 (on beş min) manat məbləğində maddi zərərə uğradı. Bunum nəticəsində hal-hazırda iddiaçı cəmiyyətin həmin baxça ilə aralarında problemlər yaranmağa başlayıb. Bundan əlavə olaraq, iddiaçı cəmiyyət onu da qeyd etmək istəyir ki, Nərimanov rayonunda yerləşən “Məcik Kastl” adlı baxçada əməkdaşlıq etməli idi, bu əməkdaşlıq üçün orada böyük bir tədbir təşkil edilmişdir. Məhz bu tədbirin təşkilatçılığını da Cavabdeh iddiaçı cəmiyyətin hesabına həyata keçirmişdir. Planlamaya görə və görülən işləri nəzərə alaraq, həmin zamanlarda cəmiyyətin o filialında 63 reablitasiyaya gələn uşaqları var idi. Hansı ki, ümumi dövrüyyə 50-60 min manat təşkil edirdi. Bu hadisələrdən sonra filialda ciddi dağılma baş verdi bunun əsas səbəbi isə bazanın itməsidir. İddiaçı cəmiyyətinin bazadan istifadə edə bilməməsi səbəbindən müştəriləri dağılmağa başladı və cəmiyyətə müraciət edən yeni müştərilər isə cəlb edilə bilinmədi. Nəticədə, iddiaçı cəmiyyət 23 000 (iyirini üç min) manat məbləğində maddi zərərə uğramışdılr. Bundan başqa, iddiaçı cəmiyyət qeyd edir ki, İDDO Psixi Sağlamlıq Proqramının tədris şöbəsi olan İPA Akademiyanın bazası, diplom, sertifikat və digər vacib sənədlərin cavabdehdə olduğundan və cəmiyyətə verilmədiyindən iddiaçı cəmiyyətin əsas ofisdə olan uşaqların, tələbələrinin elektron bazalarından istifadə edə bilmir. Bu səbəbdən də cəmiyyət 27 nəfər müştərilərini itirib, nəticədə 16 800 (on altı min səkkiz yüz) manat məbləğində zərərə uğramışdı. Bundan başqa, iddiaçı cəmiyyət qeyd edir ki, biznes strategiyasına cavabdeh baxdığına görə bir neçə yerlə əməkdaşlıq etməli idi, amma məlum məsələdən sonra bu işlər yarımçıq qaldı. Nəticədə isə iddiaçı cəmiyyətin bir neçə filiallarına çəkilən xərclər hamısı mənasız oldu. Nəticədə isə cəmiyyətə 5 000 (beş min) manat məbləğində zərər dəymişdir. Bundan başqa, iddiaçı cəmiyyət qeyd edir ki, valideynlərin əksəriyyəti cavabdehi tanıyır və onunla əlaqə saxlayırdılar. Onun işdən yayınması nəticəsində bu valideyinlərlə cəmiyyət arasında problemlər baş verdi. Nəticə etibarı ilə cəmiyyət müştərilərini itirdi. Bundan başqa, iddiaçı cəmiyyət qeyd edir ki, cavabdeh cəmiyyətə məxsus olan mobil telefonu məqsədyönlü şəkildə 1 ay özündə saxlaması nəticəsində müştərilərin cəmiyyətlə əlaqəsi kəsilmişdir. Bu hal isə iddiaçı cəmiyyətin ciddi maddi və mənəvi (imicin itməsi) itkisinə səbəb olmuşdur. Yeni müraciət edən vətəndaşlar, yəni müştərilər iddiaçı cəmiyyətlə əlaqə qura bilmədi. Cəmiyyət sonradan bəzi müştəriləri geri qaytara bilsə də nəticədə maddi zərərlə üzləşdi. Bütün bunlardan əlavə, iddiaçı cəmiyyət qeyd edir ki, Cavabdeh İDDO Psixi Sağlamlıq Proqramına rəhbərlik etdiyi dövürdə yeni lahiyyə irəli sürərək proqramın inkişafı üçün fiziki şəxslərdən investisiyalar cəlb etmiş və işin inkişafına xərcələmişdir. Məhz bu iş haqqında cəmiyyətə heç bir hesabat verməmiş və kimlərdən nə qədər maddi vəsait alaraq, aldığı haqqında tam məlumat yoxdur. Yalnız son baş verən hadisələrdən sonra geri dönüş edib cəmiyyətdən pul tələb edən insanlar oldular ki, cəmiyyət investisiya üçün Cavabdeh pul ödəmişdir. Cəmiyyətin bu haqqda məlumatı yoxdur. Lakin, cəmiyyət öz imicinin itirməməsi üçün o pulları ödəyir. Son günə olan ödəmə isə 3800 (üç min səkkiz yüz) manat təşkil edir və gələcəkdə nə olacağı isə hələ bəlli deyil. Çünki cəmiyyətə bu haqda heç bir məlumat verilməyib. Cavabdeh yalnız cəmiyyətin adından və öz salahiyyətlərindən istifadə edərək öz başına iş görmüşdür. Bundan başqa, cavabdehə cəmiyyətə məxsus “İphone 12’' markalı telefonu cəmiyyətə 200 manat satmış, daha sonra həmin telefonu cəmiyyətdən tələb etmiş, cəmiyyət həmin telefonu cavabdehə qaytarsa da, cavabdeh həmin telefonun dəyərini cəmiyyətə ödəməmişdir. Bundan başqa, bildiyimiz kimi hər bir sahibkar, kommersiya və ya qeyri- kommersiya, dövlət və ya bələdiyyə təşkilatı öz işgüzar nüfuzunu qorumağa çalışır. Çünki bu, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İşgüzar nüfuz təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Qanunvericilikdə bir sıra müddəalar bazar rəqibinin işgüzar nüfuzunu aşağı salmağı, ona xələl gətirməyi qadağan edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl 04 sentyabr 2023-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin, cavabdeh həmin təklifi qəbul etməmişdir. Bu səbəbdən iddiaçı cəmiyyət hesab edir ki, ona vurulmuş maddi ziyan cavabdehdən məhkəmə qərarı ilə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz verərək izahatında bildirdi ki, İddiaçı MMC iddia ərizəsində iddia edir ki, guya ona müvafiq işlər və əmlaklar təhvil verilmişdir. Əslində isə ona heç bir iş və əmlak təhvil verilməmişdir və iddiaçının məhkəməyə təqdim etdiyi aktlar sonradan, yəni o, işdən çıxdıqdan sonra öz işçilərinin iştirak ilə tərtib etdiyi mötəbər olmayan kağızlardır. Hər hansı əmnılakın qəbulu bundan ötrü tərtib edilmiş təhvil-təslim aktı ilə baş tutur və təhvil alanın da həmin aktda imzası olur. İddia ərizəsində daha sonra iddia edilir ki, guya onunla təlimdə iştirak barədə 01 may 2023-cü il tarixli müqavilə bağlanmışdır. Bu da yalandır ona görə ki, o, onunla belə müqavilə bağlamamışdır. Müqavilədə olan imza da ona məxsus deyil. İddia ərizəsində iddia edilir ki, o, 17 iyul 2023-cü il tarixdə işdən çıxıb getmiş, bir daha qayıtmamış, daha sonra 28 oktyabr 2023-cü il tarixdə ofisə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. İddiaçının bu iddiası da ağ yalandır. Ona görə ki, o, doğurdan da 17 iyul 2023-cü ildə işin sonunda evinə getmiş, 18 iyul 2023-cü ildə isə nümayəndəsi işlədiyi ofisə gedərək onun işdən azad olmaq barədə ərizəsini təqdim etmək istəmiş, lakin ofis bağlı olduğundan və rəhbər heyyətin 01 avqustdan işdə olması bəlli olduqdan sonra 01 avqust 2023-cü il tarixdə ərizəni poçtla təqdim edilmişdir. Buna baxmayaraq iddiaçının rəhbəri uzün müddət ərizəsini təmin etməmiş, buna görə də nümayəndən AR ƏƏSMN-nin Əmək Müfəttişliyi Xidmətinə şikayət etmişdir. Bu şikayətdən sonra iddiaçı müvafiq məsuliyyətdən yayınmaq üçün ona işçisi vasitəsilə xəbər göndərərək oktyabr 2023-cü il tarixinə işdən azad olmağımla bağlı yeni ərizə təqdim etməyimi xahiş etmişdir. İddia ərizəsinin 2-ci səhifəsinin 2 və 3-cü abzaslarında göstərilənlərə dair bildirir ki, birincisi, iddiaçının məhkəməyə təqdim etdiyi “təlimdə iştirak edilməsinə dair” 01 may 2023cü il tarixli, 28 nömrəli müqavilədəki imza ona məxsus deyil. İkincisi, həmin “müqavilə”nin 3.3cü bəndində işçi üzürlü səbəblər olmadan təlimdə iştirak etmədikdə buna görə işəgötürənə 60.000 manat məbləğində dəymiş ziyanın əvəzi kimi təzminat ödəməsi göstərilib. O, üzürlü səbəbdən – işəgötürənin onu xarici ölkəyə ailəsindən xəbərsiz aparması səbəbindən yaxın qohumları ilə arasında ixtilaf yaranması və bu səbəbdən uzun müddət psixoloji sarsıntı içində olmağı və əsəblərimin pozulması səbəbindən təlimdə iştirak etməmişdir. Və bütün bunları işəgötürən də bilirdi və onun işdən azad olmağının səbəbi də həmin münaqişə oldu. Üçüncüsü, qeyd edilən maddədə 60.000 manat dəymiş ziyanın əvəzinin ödənilməsindən bəhs edilir. Elə isə iddiaçı sübut etməlidir ki, onun həmin təlimdə iştirak etməməyinin nəticəsində ona ziyan dəyibmi? Hansı ki, iddiaçı məhkəməyə belə sübut təqdim etməmişdir. Dördüncüsü və ən əsası həmin “müqavilə”nin 4.1-ci bəndində göstərilir ki, bu müqavilə işəgötürənlə işçi arasındakı bağlanmış əmək müqaviləsinə xitam verilənədək qüvvədə qalır. Bu isə o deməkdir ki, 2023-cü ilin oktyabr ayında cavabdehin əmək müqviləsinə xitam verildiyindən həmin vaxtdan da sözügedən müqavilə qüvvədən düşüb. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehlə arasındakı əmək müqaviləsinə 5 ay əvvəl xitam verilmişdi. Bu isə o deməkdir ki, iddiaçı hazırda qüvvədə olmayan müqaviləyə istinad edərək kompensasiya tələb edir. Hansı ki, bu yolverilməzdir ona görə ki, həmin kompensasiyanın tələb edilməsi üçün nə qanuni əsaslar, nə də müqavilə əsasları yoxdur. 5. İddia ərizəsinin 2-ci səhifəsinin 3-cü abzaslarında göstərilənlərə dair bildirirəm ki, cavabdeh cəmiyyətin heç bir məlumatını əldə etməmiş və müəmmalı şəkildə yoxa cıxmamışdır. Əksinə cavabdeh əmək qanunvericiliyi ilə ona verilmiş hüququndan istifadə edərək işdən çıxma barədə rəsmi ərizə ilə iddiaçıya müraciət etmiş, uzun müddət buna nail ola bilməmişdir. Cavabdeh bununla, habelə iddiaçı tərəfindən onun şəxsi əşyalarının verilməməsi ilə bağlı polis və prokurorluğa şikayətlər etmiş, bu şikayət əsasında yalnız telefonu ona qaytarılmış, digər qızıl-zinət əşyaları, sənədləri və sair hələ də iddiaçının rəhbərində qalmışdır. Hansı ki, sonradan bu mübahisə məhkəmə çəkişməsinə getsə də, iddiaçının ofisində işləyən əməkdaşların məcburiyyət qarşısında onu müdafiəsi səbəbindən cavabdeh iddia tələbini sübut edə bilməmişdir. (Bu barədə şikayətlər, iddiaçının cavab məktubları və məhkəmə aktı əlavə olunur) İddia ərizəsinin 2-ci səhifəsinin 4-6-cı abzaslarında göstərilənlərə dair bildirirəm ki, cavabdeh doğurdan da iddiaçının rəhbərinin onu məcburən xarici ölkəyə aparması və buna görə ailəsində konflikt yaranması səbəbindən 17 iyul 2023-cü il tarixdən stres və sarsıntı içində olmuş və işə gəlməmişdir. Tutaq ki, iddia ərizəsində göstərildiyi kimidir, elə isə təbii sual yaranır, cavabeh doğurdan da müşətəri bazasını və sairləri təhvil verməmişdisə, nəyə görə iddiaçı 28 oktybar 2023-cü ildə onu işdən azad edib? Ümumiyyətlə iddiaçıya məxsus guya baza-falan tələbi ilə bağlı iddia müddətinin keçməsi barədə ərizə verildiyindən bu haqda üzün qeyd etmək istəmirik. İddia ərizəsinin 2-ci səhifəsinin 7-8-ci abzaslarında göstərilənlərə dair bildirirəm ki, iddiaçının Qarayev və Yasamal filiallarının bağlanıbbağlanmamasının onun işdən azad olmağı və ya guya hansısa sənədi və sairi təhvil verməməyimlə hər hansı səbəbli əlaqəsini, habelə filialların bağlanmasından iddiaçıya 25.000 manat ziyan dəyməsini təsdiq edəcək sübutlar olmamış, ziyan dəyibsə də, bu ziyanın yaranmasının cavabdeh ilə bağlılığı və bu barədə mötəbər sübutları olmamışdır. İddia ərizəsinin 2-ci səhifəsinin 9-cu abzasında göstərilənlərə dair bildirir ki, “Şirinbala” uşaq bağcası ilə əməkdaşlıqdan iddiaçının hər ay 15.000 manat qazanması, cavabdehin işdən azad olmasından sonra bu əməkdaşlığın dayanması və nəticədə iddiaçıya 15.000 manat maddi zərər dəyməsi tamam cəfəngiyyat olmaqla hər hansı bir mötəbər sübuta söykənməyən illiyuziyadır. İddia ərizəsinin 3-cü səhifəsinin 1-ci abzasında göstərilənlərə dair bildirirəm ki, əvvala “Məcik Kastl” bağçası ilə əməkdaşlığın “əldən” çıxmasının cavabdehə hər hansı bir aidiyyatı yoxdur. İddiaçı hesab edirsə ki, hansısa baza itib və buna görə görə cavabdeh təqsirkardır, qoy bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etsin. Budan başqa, bu halla bağlı iddiaçı əvvəlcə ona 23.000 manat maddi zərər dəyməsini sübut etməlidir, daha sonra cavabdehin hansı hərəkətləri ilə həmin maddi zərərin yaranmasının səbəbli əlaqəsini təsdiq edəcək mötəbər (əməkdaşlarının iştirakı ilə tərtib edilmiş “akt”ları yox) sübutları məhkəməyə təqdim etməlidir. İddia ərizəsinin 3-cü səhifəsinin 2 və 3-cü abzasında göstərilənlərə dair bildirirəm ki, iddiaçının 27 nəfər müştərisinin itməsinin, habelə “bir neçə yerlə” əməkdaşlığının dayanmasının cavabdehlə yuxarıda göstərdiyim əsaslara görə hər hansı bağlılığı yoxdur. Əksini iddiaçı sübut etməlidir. Habelə iddiaçı mötəbər sübutlarla təsdiq etməlidir ki, ona həqiqətən 16.800 və 5000 manat maddi zərər dəyib və bu zərərin yaranmasında cavabdeh birbaşa təqsirkardır. Başqa sözlə iddiaçı dəymiş maddi zərəri cavabdehə bağlayan səbəbli əlaqəni sübut etməlidr. İddia ərizəsinin 3-cü səhifəsinin 4- 6-cı abzaslarında göstərilənlər də ağ yalandır və yuxarıda göstərilən əsaslarla (faktiki halları təsdiq edəcək mötəbər sübutların olmaması) bu tələbləri də rədd edirik. İddia ərizəsinin 3-cü səhifəsinin 7-ci abzasında göstərilənlərə dair bildirirəm ki, “İphone” 12 markalı telefon cavabdehin özünə məxsus olub və cavabdeh bu telefonu polisə şikayət edərək iddiaçının rəhbərindən alıb. Digər əmlaklarını isə hələ də ala bilməyib. Beləliklə yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia tələbinin heç bir faktiki və hüquqi əsasları yoxdur. İddia ərizəsində sadalanan faktiki hallar hər hansı mötəbər sübutlara söykənmir və ya belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən iddianın etiraf edilməsinə dair onun adından məhkəməyə ünvanlanmış ərizədə qeyd edilənlərin onun həqiqi iradə ifadəsi olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianın rədd olunması barədə qətnamə qəbul eidlməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqə dair ərizə verərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində maddi ziyanın əvəzi olaraq pul tələb etməsindən başqa "cavabdehin tutduğu vəzifə üzrə işin təhvil verilməsi öhdəliyinin onu üzərinə həvalə edilməsi" tələbi də vardır. Başqa sözlə iddiaçı iddia ərizəsində digər tələblə yanaşı işin təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini də mübahisələndirir. İddia ərizəsindən görünür ki, cavabdeh 28 oktyabr 2023-cü il tarixli əmrlə işdən azad edilib. Bu halda təbii sual yaranır, cavabdeh dogurdan da "tutduğu vəzifə üzrə işi" təhvil verməmişdirsə, onda nəyə görə iddiaçı onu işdən azad etmək barədə əmr verib? İddiaçının maddi ziyanla bağlı tələbinə qarşı bundan əvvəlki vəsatətimdə göstərdiyi xahiş icra edildikdən, yəni vəsatətdə adları çəkilən sənədlərin əsli iş materiallarına əlavə edildikdən sonra bizim də qarşılıqlı iddia ərizəmiz məhkəməyə təqdim ediləcək. Lakin iddiaçı digər - cavabdehin tutduğu vəzifə üzrə işin təhvil verilməsi öhdəliyinin onu üzərinə həvalə edilməsi tələbi üzrə iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Belə ki, 28 oktyabr 2023-cü il tarixdə iddiaçı cavabdehi işdən azad edərkən bilirdi ki, o, guya “tutduğu vəzifə üzrə işini təhvil” verməmişdir. Belə olan halda iddiaçı qanunla nəzərdə tutulmuş müddətdə iddia qaldırmamışdır. Bundan başqa, iddiaçı hazırkı iddia ərizəsini məhkəməyə təqdim edərkən Azərbyacan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbinə riayət etməmişdir. Bundan başqa, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı istinad etdiyi “sübut”lardan biri – 01 may 2023cü il tarixli, 28 saylı “təlimdə iştirak edilməsinə dair “ müqavilə iddia ərizəsi məhkəməyə verilən zaman və hazırda da qüvvədə olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2023-01361 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 14 sentyabr 2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də əlavə iş yeri kimi Psixo-pedaqoq vəzifəsinə işə qəbul etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi əmək müqaviləsi bağlanarkən, saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzəerinə götürülməsindən başqa, əmək münasibətlər prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar ona etibar edilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi nəticəsində, habelə digər üsullarla vurulmuş ziyana görə tam maddi məsuliyyət daşımasına dair üzərinə öhdəlik götürmüşdür. X2 tərəfindən təqim edlinə məktubdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü iltarixədəl Hollandiya Aykido üzrə yay təlim proqramına dəvət olunmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 01 may 2023-cü il tarixli təlimdə iştirak edilməsinə dair müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh təlimdə iştirak etməyi təklif etmiş və Cavabdeh təklifi qəbul etmişdir. Həmin müqavilənin 3.3-cü maddəsində göstərilmişdir ki, təlimdə iştirak etmə ilə bağlı müqavilə bağlandığdan, bütün sənədləşdirmə və xərclər ödəndikdən sonra işçi üzürlü səbəblər olmadan təlimdə iştirak etmədikdə buna görə işəgötürənə 60.000 manat məbləğində dəymiş ziyanın əvəzi kimi təzminat ödəməy dair razılığ əldə edilmişdir. 23 fevral 2024-cü il tarixli aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən Cavabdeh özünə məxsus 1 ədəd “İphone 12” markalı telefonu “X4- Sosial Reabilitasiya Mərkəzi” MMC-nə 24 fevral 2023-cü il tarixdə 200 (iki yüz) manat məbləğində pul vəsaitinə satmış, onun tələbi ilə həmin telefon ona 07 senytabr 2023-cü il tarixdə qaytarılmış və Cavabdeh həmin telefona görə aldığı 200 (iki yüz) manat məbləğində pul vəsaitini cəmiyyətə qaytarmamışdır. Aktın doğruluğunu isə Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyev imzalamışdır 17 iyul 2023-cü il tarixli Cavabdeh izahatından görünür ki, o, 01 iyun 2023 tarixdə BAF (Beyləlxalq Aykido Federasiyası) tərəfindən təşkil olunmuş təlimlə bağlı müəssisənin direktoru Rövşən Nəzərovun təklifini qəbul edərək, onunla onun arasında təlimdə iştirak edilməsi barədə müqavilə bağlamışdır. Onun təlimdə iştirak edilməsi üçün bütün sənədlər hazırlanmışdır və hətta xarici ölkəyə getmək üçün viza alınmışdır. Lakin, heçbir üzürlü səbəb olmadan o, təlimdə iştirak edə bilməyəcəkdir. Buna görə də günahı boynuna götürərək məsuliyyət daşımağa hazırdır. Bundan başqa, onun hazırki şirkətdə işləməyinə icazə verilmədiyindən, artıq bu şirkətdə işləyə bilməyəcəkdir. Bunu nəzərə alaraq, o, 18 iyul 2023cü il tarixdə işə gəlib ona verilmiş işləri və əmlakı təhvil verəcək, həm də işdən çıxması barədə ərizə yazacaq. Hal-hazırda iş vaxtının sonu olduğundan və işçi heyətindən təhvil alan şəxslər olmadığından elektron bazaları, sistem parolları, müqavilələri, biznes planları və ona verilən əmlakı təhvil verə bilmir və onlar onun öhdəliyindədir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən pedaqoji terapiya alan uşaqların inkişaf blankları, blankların saxlanıldığı elektron baza, uşaqlara aid olan inkişaf kartlarının elektron bazası, yeni müştərilərin psixoloji testləri və onların nəticələri, test forma və blakların elektron bazası, elektron bazaya giriş kodları, yeni müraciətlərin elektron bazası, müştərilərin inkişaf bazası, valideynlərlə bağlanmış müqavilələr və psixoloji test proqramı Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən pedaqoji terapiya alan uşaqların inkişaf blankları, blankların saxlanıldığı elektron baza, uşaqlara aid olan inkişaf kartlarının elektron bazası, yeni müştərilərin psixoloji testləri və onların nəticələri, test forma və blakların elektron bazası, elektron bazaya giriş kodları, yeni müraciətlərin elektron bazası, müştərilərin inkişaf bazası, valideynlərlə bağlanmış müqavilələr və psixoloji test proqramı Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən ofisə aid 2 ədəd Stol, 3 ədəd təkərli kreslo, 3 mərtəbəli sənəd qabı, 1 ədəd qələm qabı dəsti, 1 ədəd Honor markalı mobil telefon, sistemə giriş parolları, 1 ədəd Blom peçatı, 3 qutu Mum, 300 ədəd Zərf, paketlər və şirkətin satış strategiyasının planlanması Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən psixi-pedoqoji inkişaf təlimlərinin elektron bazası, tələbələr üçün hazırlanmış 6 mərhələli inkişaf proqramı, psixipedoqoji təlimin tədris vəsaitləri, tələbələrin tədris vəsaitlərinin elektron bazası, psixopedoqoji dəyərləndirmə testləri, tələbə bletləri və tələbələr haqqında ümumi məlumat bazası, təcrübə proqramı üzrə tələbələrin müqavilələri və təcrübə proqramınına aid vəsaitlər Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sizin “Pazl Grup psixososial reabilitasiya mərkəzi” arasında bağladığınız müqaviləyə əsasən sizin şirkət qarşısında öhdəlikləriniz vardır. Belə ki, “Cavabdeh” ilə “Pazl Grup psixo-sosial reabilitasiya mərkəzi” arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Mərkəzdə tətbiq edilən “İDDO psixi sağlamlıq proqram”nın rəhbəridir. Yəni rəhbərlik etdiyiniz proqramın formalaşması, korporativ satışın təşkil edilməsi və müştəri bazasının formalaşdırılması sizin öhdəliyinizdədir. İDDO proqramının elektron sistemini təşkil edən və qurulmasında yaxından iştirak edən 4 nəfərdən biri olduğunuzu nəzərə alsaq, proqram haqqında bütün bilgilərə malik olduğunuzu qeyd edə bilərik. Ümumi qeyd edilənləri nəzərə alaraq yekunda qeyd edirik ki, “Pazl Grup psixo-sosial reabilitasiya mərkəzində tətbiq edilən “İDDO psixi sağlamlıq proqram”nın bütün məxfi məlumatları, biznes strategiyaları, satış siyasəti, inkişaf modelləşməsi və s. sizin nəzarətinizdə olub və hal hazırda da sizin nəzarətinizdə olmaqda davaç edir. 18.07.23 tarixinda baş vermiş məlum məsələlərdən sonra 31.07.23 tarixində Akif adlı bir şəxs sizin vəkiliniz olduğunu bildirmiş və sizin 18.07.23 tarixində sizin işdən çıxmanız haqqında ona ərizə verdiyinizi bildirmişdir. Sizin adınızdan görüşlərdə iştirak etmə və söz səllahiyyətinizi ona verdiyinizi qeyd etmişdir. Sizin ona verdiyiniz səlahiyyət görə və yazdığınız ərizəyə əsasən öz istəyinizlə işdən çıxmaq istədiyiniz bildirmisiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün işlər qanunla tənzimlənir. Sizin vəkil sizin adınızdan müəyyən işləri görə Sizə təhkim olunan işçiyə işinizi öyrədib işinizi təhvil verdikdən sonra işdən çıxmaq haqqında ərizə verəsiniz. Belə ki. siz 3-6 ay ərzində qeyd edilənləri tamamlaya bilərsiz yalnız bundan sonra siz öz xoşunuzla işdən çıxmaq ərizənizə müsbət qərar verə bilərik. Siz yarımçıq işləri tamamlamadan, tövsiyəmizi dəyərləndirmədən hal-hazırki durumu daha da ağırlaşdırmağa çalışdığınız halda isə, 18.07.23 tarixindən, işə çıxmadığınıza görə və beynəlxalq layihədə iştirak etməli olduğunuz halda nəməium səbəblərdən icazəsiz iştirak etməməniz və şirkətə aid olan avadanlıqları icazəsiz və məlumat vermədən şəxsi istəklərinizə əsasən mənimsəmənizlə bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Yığılmış materiallar və aramızda bağlanmış müqavilələrə əsasən isə məhkəmədə şirkətə vurduğunuz maddi və mənəvi zərərlə bağlı iddia qaldırılacaqdır. Bu məktubu sizə yazmaqda məqsəd yaranmış durumu daha da qəlizləşdirməməkdir. Sizin davranışlar iş etikasına ziddir. Nömrələrinizi bağlamaq, məlumat vermədən işdən yayınmaq, bütün əlaqələri kəsərək diqqətdən kənar qalmaq, yaranmış durumu daha da qəlizləşdirməyə xidmət edir. Tövsiyə edirik ki, siz etdiyiniz yanlışı anlayıb işinizin başına dönəsiniz. Əks təqdirdə lazım olan dövlət orqanları, hüquq mühafizə orqanları sizin etdiyiniz qanuna zidd əməllərlə tanış olacaqlar. Yəni haqqınızda şikayət etməməmiz qaçınılmaz olur. Sizin özünüzə görə hüquqlarınız olduğu kimi “Pazl Group psixo-sosial reabilitasiya mərkəzi”-nində özünə məxsus hüquqları vardır. Sizə yaranmış durumu sülh yolu ilə tənzimləmək üçün yarımçıq işlərinizi tamamlamaq və öz yerinizə yeni işçi hazırlayaraq işi təhvil vermənizi tövsiyə edirik. 05.08.23 tarixinədək işə qayıtmadığınız təqdirdə artıq hüquqi işlər görülməyə başlayacaqdır. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə sizin aranızda 14 sentyabr 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və həmin tarixdən siz əlavə iş yeri olmaqla əmək fəaliyyətinizi həyata keçirmisiniz. Siz əmək fəaliyyətinizi keçirən zaman, sizə müvafiq işlər (elektron bazalar, giriş kodları, parollar, sistemin idarə olnması, müştəri bazası, yığılma qaydası, şirkətin satış strategiyasının planlanması, müqavilələri, biznes planları və s.) təhvil verilmişdir. Lakin, siz işlədiyiniz cəmiyyətdə 17 iyul 2023-cü il tarixdə olduqdan sonra müəyyən müddət işə gəlməmisiniz və özünüzə aid bütün əşylarınızı götürmüsünüz. Sizinlə dəfələrlə əlaqə saxlanılmasına və cəmiyyət tərəfindən sizə 01 avqust, 06 avqust və 08 avqust 2023-cü il tarixlərdə məktubların göndərilməsinə baxmayaraq, siz həmin dövrdə işə gəlib yuxarıda qeyd olunan sizə etibar olunmuş və təhvil aldığıniz işləri cəmiyyətə təhvil verməmisiniz. Daha sonrə siz 28 oktyabr 2023-cü il tarixdə işlədiyiniz ofisə yaxınlaşaraq sizinlə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etmişdiniz və sizə aid əşyalarla bağlı tələb irəli sürməmişdiniz. Lakin, buna baxmayaraq, siz həmin gün təhvil aldığıniz işləri yenə də cəmiyyətə təhvil vermədiniz. Bunun nəticəsində İddiaçı MMC-nə maddi ziyan vurulmuş və cəmiyyət sizə qarşı vurulmuş maddi ziyanın ödənilməsi və işin təhvil verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Buna görə də, sizdən xahiş olunur ki, tez bir zamanda, yəni 5 gündən artıq olmayan müddət ərzində işlədiyiniz ofisə yaxınlaşıb təhvil aldığınız işləri cəmiyyətə təhvil verəsiniz və cəmiyyətə vurulmuş maddi ziyanla bağlı məsələni həll edəsiniz. Bundan başqa Sizdən xahiş olunur ki, məhkəmə qaydasında tələb etdiyiniz və iş yerində olmayan və ümumiyyətlə işə gətirmədiyiniz əşyalarla bağlı məsələyə aydınlıq gətirəsiniz. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən Cavabdeh tərəfindən “X4-Sosial Reabilitasiyz Mərkəzi” MMC-nə aid elektron bazanın geri verilməməsi nəticəsində bütün müştəri bazası yoxa çıxmış və nəticədə cəmiyyət Qarayev və Yasamal rayonları filialllarında olan 40-50 nəfər müştərilərini itirmiş və sonunda hər iki filial bağlanmışdır. Aktın doğruluğunu isə Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyeva imzalamışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən Cavabdeh cəmiyyətin adından və öz səlahiyyətlərindən istifadə edərərk öz başına iş görməklə İDDO Psizi Sağlamlıq Proqramına rəhbərlik etdiyi dördə yeni lahiyə irəli sürərək proqramın inkişafı üçün fiziki şəxslərdən investisiyalar cəlb etmiş və işin inkişafına xərcləmiş, kimlərdən nə qədər maddi vəsait alması barədə cəmiyyətə bu haqda heç bir hesabat və məlumat verməmişdir. Cəmiyyət öz imicinin qorunması üçün həmin pul vəsaitlərinin ödəyir. Son günə olan ödəniş isə 3800 manat təşkil edir. Aktın doğruluğunu isə Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyeva imzalamışdır xx.xx.2023-cü il tarixli aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən Cavabdeh tərəfindən “X4-Sosial Reabilitasiyz Mərkəzi” MMC-nə aid elektron bazanın geri verilməməsi nətixəsində bütün müştəri bazası yoxa çıxmış, cəmiyyətin Gənclik filialında 63 reabilitasiyaya gələn uşaqlar var imiş, cəmiyyətin Nərimanov rayonunda yerləşən həmin filialda dağılma baş verməklə müştərilər cəlb oluna bilməmiş və cəmiyyət əməkdaşlıq etdiyi “Magic Castle” uşaq baxçası ilə aralarında problerlər yaranmaqla cəmiyyət maddi zərərər uğramışdır. Aktın doğruluğunu isə Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyev imzalamışdır xx.xx.2023-cü il tarixli aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən Cavabdeh heç bir üzürlü səbəb olmadan 18 iyul 2023-cü il tarixdən bu günədək çalışdığı iş yerini tərk etməklə lakin, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə işdən çıxması barədə ərizə təqdim edərək işdən çıxıb gedən zaman ona etibr olunmuş və verilmiş müəyyən işləri (elektron bazaları, giriş kodları, parollar, sistemin idarə olunması, müştəri bazası, yığılma qaydası, şirkətin satış strategiyasının planlanması və s) və əmlakı təhvil verilməmişdir. Aktın doğruluğunu isə Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyeva imzalamışdır xx.xx.2023-cü il tarixli aktdan görünür ki, müraciət edilən valideynlərin əksəriyyəti psixopedaqoq vəzifəsində işləyən Cavabdeh tanımaqla yalnız onunla əlaqə saxlamış, yeni müraciət edilən müştərilər cəmiyyətlə əlaqə qura bilməmiş, Cavabdeh cəmiyyətə məxsus olan mobil telefonu bir aya özünə saxlaması nəticəsində müştərilərin cəmiyyətlə əlaqəsi kəsilmiş, sonunda cəmiyyətin mənəvi imicinin itməsinə səbəb olmuş və bu səbəbdən cəmiyyət maddi zərərər uğramışdır. Aktın doğruluğunu isə Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyev imzalamışdır xx.xx.2023-cü il tarixli aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən Cavabdeh tərəfindən “X4-Sosial Reabilitasiyz Mərkəzi” MMC-nə aid elektron bazanın geri verilməməsi nəticəsində bütün müştəri bazası yoxa çıxmış, Cavabdeh cəmiyyətin biznes strategiyasına baxdığına görə bir neçə yerlə əməkdaşlıt etməliydi, amma yuxarıda qeyd olunan məsələdən sonra bu işlər yarımçıq qalmış, cəmiyyətin bir nüçı fiflallarına çəkilən xərclər hamısı mənasız olmuş və bu səbəbdən cəmiyyət maddi zərərər uğramışdır. Aktın doğruluğunu isə Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyev imzalamışdır xx.xx.2023-cü il tarixli aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən Cavabdeh tərəfindən “X4-Sosial Reabilitasiyz Mərkəzi” MMC-nə aid elektron bazanın geri verilməməsi nəticəsində bütün müştəri bazası yoxa çıxmış, cəmiyyətin Nizami rayonunda yerləşən bir filialı tamamilə dağılmış və cəmiyyət əməkdaşlıq etdiyi “Şirinbala” uşaq baxçası ilə aralarında problemlər yaranmaqla cəmiyyət maddi zərərər uğramışdır. Aktın doğruluğunu isə Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyev imzalamışdır xx.xx.2023-cü il tarixli aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən Cavabdeh tərəfindən “X4-Sosial Reabilitasiyz Mərkəzi” MMC-nə aid elektron bazanın geri verilməməsi nətixəsində bütün müştəri bazası yoxa çıxmış, İDDO Psixi Sağlamlıq proqramının tədrisşöbəsi olan İPA Akademiyanın bazasıŞ diplom, sertifikat və digər vacib sənədlərin cavabdehdə olduğundan və cəmiyyətə verilmədiyindən cəmiyyətin baş ofisdə olan uşaqların, tələbələrinin elektron bazalarında istifadə edə bilmir. Bu səbəbdən 27 nəfər müştərilərin itirməklə cəmiyyət maddi zərərər uğramışdır. 01 mart 2023-cü il tarixli 3 nömrəli İDDO proqramı üzrə xidmət müqaviləsindən görünür ki, İDDO proqramının rəhbəri Cavabdeh ilə Zülfiyyə Rəhimbəyli ilə müqavilə bağlamışdır. 21 fevral 2023-cü il tarixli 2 nömrəli İDDO proqramı üzrə xidmət müqaviləsindən görünür ki, İDDO proqramının rəhbəri Cavabdeh ilə Gültəkin Zeynalova ilə müqavilə bağlayaraq icraçı sifarişçinin uzunmüddətli tapşırığı əsasında, ona mürmadi proqram çərçivəsində seanslar keçir, üçüncü şəxsə xidmət göstərir. 21 fevral 2023-cü il tarixli 1 nömrəli İDDO proqramı üzrə xidmət müqaviləsindən görünür ki, İDDO proqramının rəhbəri Cavabdeh ilə X1 ilə müqavilə bağlayaraq icraçı sifarişçinin uzunmüddətli tapşırığı əsasında, ona mürmadi proqram çərçivəsində seanslar keçir, üçüncü şəxsə xidmət göstərir. 28 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh yaşayış ünvanının dəyişməsi ilə əlaqədar “X4-Sosial Reabilitasiyz Mərkəzi” MMC-nə ərizə ilə müraciət edərək xx.xx.2023cü il tarixdə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Cavabdeh “X4-Sosial Reabilitasiyz Mərkəzi” MMC-nə ünvanladığı ərizəsindən görünür ki, Beynəlxalq Aykido Federasiyası tərəfindən təşkil olunan xx.xx.2023-xx.xx.2023-cü il tarixində Amsterdan ölkəsinin Niderland şəhərində təşkil olunan 6 günlük Zomerschool adlı təlimdə iştirak etməyi qəbul etmişdir. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməs ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Cavabdeh ilə “X4-Sosial Reabilitasiyz Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə xitam verilmişdir. İddiaçı tərəfindən təqdim edilən Cavabdeh adından Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış ərizədə qeyd edilmişdir, iddiaçı tərəfindən ona qarşı qaldırımış iddia tələbini tam qəbul edilərək, ediraf edir ki, “mən həmin təlimlə bağlı iddiaçının təklifini qəbul edərək iddiaçı ilə mənim aramda təlimlə iştirak edilməsinə dair müqavilələri imza etmişdir. İddiaçı tərəfindən təlimdə iştirak edilməsi ilə bağlı zəruri olan sənədləri hazırlamaqla təlimdə iştirak etmək üçün müəyyən edilmiş xərcləri həyata keçirmişdir. Lkin o heç bir üzürlü səbəblər olmadan həmin təlimdə iştirak etməmiş, baxmayaraq ki, o müqavilədə qeyd olunan şərtlərə görə məsuliyyət daşımışdır. Bundan başqa o işdən çıxıb gedən zaman, ona etibar edilmiş və verilmiş müəyyən işləri (elektron bazaları, sistem parolları, mqavilələri, biznes planları, sistemə giriş kodları, müştəri bazası və.s) və əmalkı təhvil verməmişdir Bunun yeganə səbəbi isə hazırkı şirkətdə işləməyimə icazə verilməməsidir. Bu səbəbdən ona qarşı irəli sürülmüş iddia tələbi ilə razıdır. Məhkəmə iclaslarında iştirak etmədiyim üçün məhkəmədən xahiş etmişdir ki, hazırki iddia üzrə baxılan işə onun iştirakı olmadan baxılmasını və iddianı bütövlükdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda həminərizənin arxasında əlyazma ilə onun müraciətinin nəzərə alınmasını, onun işə qayıtmağı və işlərin təhvil verilməsi ilə bağlı müraciəti nəzərə alıb, işə qayıtmağının təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş flaşkartda olan səs yazısında iş üçün əhəmiyyətli olan hər hansı bir hal müıyyən edilə bilməmişdir. Tərəflər arasında olan “Wotsapp” sial şəbəkəsində olan yazışmalardan iş üçün əhəmiyyətli olan hər hansı hall müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 203 (1-ci hissə). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir: "Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. ... Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin "İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti" adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin "b" və "c" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir ("Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər." Beləliklə məhkəmə ilk öncə iddia tələbinin tərəflər arasında bağlanmış 01 may 2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh Beynəlxalq Aykido Federasiyası tərəfindən təşkil edilmiş təlimdə iştirak etməməsinə görə cavabdehə dəymiş 60.000 manat ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarından görünür ki, cavabdeh həqiqətən Beynəlxalq Aykido Federasiyası tərəfindən təşkil edilmiş təlimdə iştirak etməyə dair iddiaçı ilə müqavilə bağlanmış və həmin müqavilənin 3.3-cü bəndinidə təlimdə iştirak etməsi ilə bağlı müqavilə bağlandıqdan, bütün sənədləşmə aparıldıqdan və xərclər ödədikdən sonra “İşçi” üzürlü səbəblər olmadan (xəstəlik, ezamiyyət, məzuniyyət, yaxınının vəfatı və s.) təlimdə iştirak etmədikdə, buna görə “İşəgötürə”nə 60 000 (altmış min) manat məbləğində dəymiş ziyanın əvəzi kimi təzminat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin vermiş olduğu izahtlardan məlum olur ki, cavabdehin ailəsində baş vermiş narazılığlara görə cavabdeh sözügedən təlimdə iştirak edə bilməmiş ümumiyyətlə xx.xx.2023-cü il tarixdən sonra işə gəlməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək iddiaçının təlim iştirak etməməsi səbəbindən ona 60.000 manat maddi ziyan dəymiş olduğunu bildirsədə, bu ziyanın dəyməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, yeganə hal kimi tərəflər arasında bağlanmış təlimdə işirak barədə müqavilənin 3.3-cü bəndini qeyd etmişdir. Məhkəmə sözügedən müqavilə üzrə qeyd edilən bəndə əsasən cavabdehin 60.000 manat pul ödəməsinə dair öhdəliyinə münasibət bildirərək qeyd edir ki, sözügedən müqavilə işçi ilə işəgötürən arasında əmək münasibətləri çərçivəsində deyildə mülki müqavilələr çərçivəsində bağlanıldığında və həmin müqavilənin bağlanması zamanı işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətinin qorunmasının nəzərə alınmadığına diqqət yetirərək sözügedən müqavilə üzrə işçi tərəfindən üzərinə götürülmüş öhdəliyi icra etməməsi səbəbindən işəgötürənə ödəməli olduğu təzminat əsaslı hesab edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin cavabdeh tutduğu vəzifəsi üzrə ona etibar olunmuş və verilmiş müəyyən işləri (elektron bazalar, giriş kodları, parollar, sistemin idarə olunması, müştəri bazası, yığılma qaydası, şirkətin satış strategiyasının planlanması, müqavilələri, biznes planları və s.) təhvil verməməyi səbəbindən “40-50 müştərinin itirilməsi səbəbindən cəmiyyətə 25 000 (iyirmi beş min) manat məbləğində maddi zərər vurması”, “Şirinbala uşaq baxçası ilə əməkdaşlıq edilə bilməməsindən cəmiyyətə 15 000 manat ziyan vurulması”, “Məcik Kastl” adlı baxçada əməkdaşlıq edilə bilməməsi, bazanın itməsi və iddiaçının bazadan istifadə edə bilməməsi səbəbindən müştərilərin dağılmağa başlaması bununlada cəmiyyətə 23 000 (iyirini üç min) manat məbləğində maddi zərər dəyməsi”, “İDDO Psixi Sağlamlıq Proqramının tədris şöbəsi olan İPA Akademiyanın bazası, diplom, sertifikat və digər vacib sənədlərin cavabdehdə olduğundan və cəmiyyətə verilmədiyindən iddiaçı cəmiyyətin əsas ofisdə olan uşaqların, tələbələrinin elektron bazalarından istifadə edə bilməməsi və bu səbəbdən də cəmiyyət 27 nəfər müştərisini itirərək 16800 (on altı min səkkiz yüz) manat məbləğində zərərə düşməsini”, “iddiaçı cəmiyyətdə biznes strategiyasına cavabdeh baxdığına görə bir neçə yerlə əməkdaşlıq etməli olduğu halda bu işlər yarımçıq qalması nəticəsində cəmiyyətə 5000 (beş min) manat məbləğində zərər dəyməsi, “cavabdehin işdən yayınması nəticəsində valideyinlərlə cəmiyyət arasında problemlər baş verməsi, habelə cəmiyyət investisiyalar cəlb etmiş fiziki şəxslər pulu geri tələb etməsinə görə onlara ödənmiş 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qeyd edilmiş ziyanın dəyməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissələdə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin “Cavabdeh tutduğu vəzifə üzrə işin təhvil verilməsi öhdəliyinin onun üzərinə həvalə olunması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı işlərin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını bildirsədə, bu işlərin nədən ibarət olmasını dəqiq formada məhkəməyə bildirmədiyində yəni iddia tələbi bu hissədə mücərrət olduğundan təmin edilə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehin tutduğu vəzifəsi üzrə ona etibar olunmuş və verilmiş müəyyən işləri (elektron bazalar, giriş kodları, parollar, sistemin idarə olunması, müştəri bazası, yığılma qaydası, şirkətin satış strategiyasının planlanması, müqavilələri, biznes planları və s.) təhvil vermədəyini bildirsədə, bunu təsdiq edə biləcək möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı bununla bağlı Cəfərzadə Rüstəm, Gültəkin Zeynalov və Afərin Quliyev tərəfindən imzalanmış bir neçə aktı məhkəməyə təqdim etsədə, akta imza edənlərin iddiaçı və cavabdeh ilə hansı münasibətdə olduğlarını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçı tərəf hazırki iddia tələbinin əsaslı olmasını təsdiq etmək üçün cavabdehin adından məhkəməyə ünvanlanmış olan ərizəsini məhkəməyə təqdim etsədə, məhkəmə iclasında iştirak edən cavabdeh həmin ərizənin ona məxsus olmadığını və ərizədə qeyd edilənləri hazırda qəbul etmədiyini bildirdiyindən, məhkəmə sözügedən ərizəni əsaslı sübut hesab etməmişdir. Bundan sonra məhkəmə cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə münasibət bildirilməsi zəruruəti aradan qalxmışdır. Bundan başqa məhkəmə iddia tələbinin dövlət rüsumunun ödənilməsinə dair hissəsinə münasibət bildirərəkqeyd edir ki,iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumuda iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və işlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar