Məhkəmə qərarları › İş №2(008)-1927/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1927/2022

02.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1927/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 21.07.2021-ci il tarixli 2(008)-1384/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan 2300 manat məbləğində ödəniş edilməsi hesablanmaqla, 2300 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(008)- 1384/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan 08.02.2019-cü il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılmış, ondan 27.11.2020-ci il tarixdən başlayaraq, 08.02.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadəık saxlanması üçün hır ay aylıq qazancımın başqa gəlirlərimin 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi, 08.02.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 100 manat miqdarında aliment və uşağın xəstəliyi ilə əlaqədar hər ay 50 manat miqdarında əlavə xərc Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin məhkəmə alimentin tutulmasını 27.11.2020-ci il tarixdən tutulmasını qət etsə də, o, 27.11.2020-ci il tarixdən məhkəmə qətnaməsi qəbul edilənədək hər ay müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 2300 manat miqdarında alimenti cavabdehə ödəmiş, bunu təsdiq edən ödəniş qəbzləri və bank hesabından çıxarış da mövcuddur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli 2(008)-1384/2021 saylı icra sənədi üzrə yaranmış borcdan silinməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, idda ərizəsinin məzmunundan görünür ki, məhkəmə alimentin 27.11.2020ci il tarixdən tutulmasını qət etsə də, İddiaçı oğlu 27.11.2020-ci il tarixdən məhkəmə qətnaməsi qəbul edilənədək hər ay müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 2300 manat miqdarında alimenti cavabdehə ödəmiş, bunu təsdiq edən ödəniş qəbzləri və bank hesabından çıxarış da mövcuddur. Göründüyü kimi, həmin məsələ icra mərhələsində həll edilən məsələdir. Belə olan halda hazırkı iddia tələbi məhkəmədə baxılmalı olan işlər sırasına daxil deyildir. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilirsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada düzgün olmayaraq məhkəməyə verildiyindən yolverilməzliyinə görə onun qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar