Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1935/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 3.500 manat məbləğində icarə haqqının, 6779,21 ABŞ dolları məbləğində pul, 5100 (beş min yüz ) manat borc məbləği və 71 (yetmiş bir) manat dövlət rüsumu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icraə müqaviləsinə əsasən İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.7 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh aylıq 700 manat olmaqla 2019-cu il tarixinə kimi icarəyə vermişdir. Cavabdeh 7 (yeddi) ay müddətində həmin sahəni icarəsində saxlasa da, 2 (iki) aylıq icarə haqqını versə də, sonradan aylıq icarə haqqını ödəməmişdir. Qalıq 5 ay (beş) icarə haqqını hələdə ödəməməkdədir. Həmçinin İddiaçı cavabdehin "xxxx" ASC ilə 12 yanvar 2015-ci il tarixli, MKZ-00738-06/15U saylı zamanlik müqaviləsi üzrə zamin dayanmışdır. Belə ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış MKZ-00738-06/15U saylı, 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 32 faiz olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış borc üçün İddiaçı 12 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin dayanmışdır. Lakin cavabdeh bank qarşısında öhdəliyini yerinə yetirmədiyi üçün zamin kimi İddiaçı tərəfində öhdəlik icra edilmişdir. Belə ki, İddiaçı tərəfindən 6382,39 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bundan sonra Cavabdeh yenədə ödənişlər etməmiş və "xxxx" ASC iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh və İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)- 6970/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, iddiaçı Bank "xxxx" ASC-nin “Rabitə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli MK-00738-06/15U saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı kredit müqaviləsindən irəli gələn 5.114,16 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul tutularaq Bank “BTB" ASC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 43,40 manatı cavabdehlər Cavabdeh və X3, geri qalan 06,60 manatı iddiaçı Bank "xxxx" ASC-dən tutularaq dövlət hesabına keçirilməsi, dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun 26,20 manatı cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması və geri qalan 04,20 manat isə iddiaçıya aid edilməsi qət edilmişdir. İcra vərəqəsi Yasmal Rayon İcra və Probasiya şöbəsinə yönəldikdən sonra İddiaçı tərəfindən 396.82 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bununla da ümumi olaraq Cavabdeh iddiaçıya 6779,21 ABŞ dolları məbləğində, həmçinin 3,500 manat məbləğində də icarə haqqından ödənilməmiş borcu qalmışdır. Dəfələrlə Cavabdeh borcun qaytarılması istənilsə də, indiyə kimi həmin borcu qaytarmamışdır. Belə ki, 7 aydan sonra həmin icra müqaviləsinə xitam verilmiş və indiyə kimi də borcunu qaytarmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1667/2023 nömrəli birləşdirilmiş mülki iş üzrə iddia ərizəsi onunla əsalandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2014-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.7 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh 2019-cu il tarixinə kimi icarəyə vermiş və onların tanışlığı burdan yaranmışdır. Cavabdeh 7 (yeddi) ay müddətində həmin sahəni icarəsində saxlamış, lakin 2 (iki) aylıq icarə haqqını vermiş və sonradan aylıq icarə haqqını ödəməmişdir. Cavabdeh ona olan icarə haqqınını və biznesini daha da genişləndirilməsi üçün Bankdan kredit götürməsini bildirmişdir. Lakin, həmin krediti verilməsi üçün zaminə ehtiyacı olduğunu bildirmişdir. O da onun səmimiyyətinə inanaraq "xxxx" ASC ilə 12 yanvar 2015-ci il tarixli, MKZ-00738-06/15U saylı zaminlik müqaviləsi bağlamışdır. Belə ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış MKZ- 00738-06/15U saylı, 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 32 faiz olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış borc üçün o, 12 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin olmuşdur. Lakin Cavabdeh Bank qarşısında öhdəliyini yerinə yetirmədiyi üçün "xxxx" ASC iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh və İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair" iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6970/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, iddiaçı Bank “BTB" ASC-nin “Rabitə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli MK-00738-06/15U saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı kredit müqaviləsindən irəli gələn 5.114,16 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul tutularaq Bank “BTB" ASC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 43,40 manatı cavabdehlər Cavabdeh və İddiaçı, geri qalan 06,60 manatı iddiaçı Bank "xxxx" ASC-dən tutularaq dövlət hesabına keçirilməsi, dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun 26,20 manatı cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması və geri qalan 04,20 manat isə iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün müvafiq icra şöbələrinə yönəldilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6970/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün, icra məmuru Aslan Aslanbəyli məhkəməyə təqdimatla müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 104 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 462/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərardadı ilə, təqdimat təmin olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 104 saylı qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra həbs qoyulmuş əmlakı hərrac vasitəsi ilə satılmaması üçün məcburiyyət qarşısında qalaraq Bankla razılığa gəlmiş və icra vərəqəsi üzrə ödənilməmiş 5114,16 ABŞ dollarının əvəzi olaraq 5100 manat ödəniş edərək bununla da Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6970/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə borcu xx.xx.2021 -ci il tarixdə tam bağlanmışdır. Borcun bağlanması təsdiq edən Bank tərəfindən verilmiş ərizədə borcu onun tərəfindən ödənilməsi öz əksini tapır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6970/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrasına xx.xx.2022-ci il tarixdə “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2, iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçı kredit müqaviləsi üzrə zamin kimi dursa da ancaq kredit müqaviləsi üzrə pul onun tərəfindən götürülmüşdür, bu səbəbdən də dənişlər onun tərəfindən ödənmişdir. Mülki işin materiallarına əlavə edilmiş Bank BTB-nin xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, qalıq borc 5100 (beş min yüz) manat məbləği bank tərəfindən edilən güzəşt əsasında zamin İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində tam şəkildə ödənilmişdir. Bank BTB-nin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, kredit müqaviləsi üzrə qalıq borc məbləği birdəfəlik ödənilməsi ilə əlaqədar mümkün güzəştlər barədə məlumatlar verilmiş və göstərilən kredit müqaviləsi üzrə öhdəlikləri tətbiq olunan güzəşt əsasında tam icra olunmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin İddiaçı ünvanlandığı məktubun surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 3(008)-6970/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarın icrası ilə bağlı icra məmuru Aslan Aslanbəylinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-6970/2016 saylı, xx.xx.2016-cı il tarixli qərar üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6970/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı kredit müqaviləsindən irəli gələn 5.114.16 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Xəzinə mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində 500 ABŞ dollar, xx.xx.2015-ci il tarixində 450 ABŞ dolları, xx.xx.2015-ci il tarixində 2000 ABŞ dolları, xx.xx.2015-ci il tarixində 2700 ABŞ dolları, xx.xx.2015-ci il tarixində 47.39 ABŞ dolları, xx.xx.2015-ci il tarixində 285 ABŞ dolları, xx.xx.2015-ci il tarixində 200 ABŞ dolları, xx.xx.2016-ci il tarixində 200 ABŞ dolları, xx.xx.2016-ci il tarixində 28 ABŞ dolları, xx.xx.2016-ci il tarixində 168.82 ABŞ dolları, xx.xx.2015-ci il tarixində 25 ABŞ dolları, xx.xx.2018-ci il tarixində 25 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 25 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 25 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 25 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 25 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 25 ABŞ dolları olmaqla cəmi 6779.21 ABŞ dollar məbləğində borc ödənilmişdir. xx.xx.2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş reyestr kitabı 136 inv, səhifə 229993, qeydiyyat nömrəsi 30/11424 olan Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus olan – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.7 kv.m əsas sahəsi 90.3 kv.m yardımçı sahəsi 18.4 kv.m olan qeyri-yaşyış sahəsindən 35 kv.m hissəsini 5 il müddətinə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək icarəçi X2 icarəyə vermişdir. Bank BTB ASC-nin MKZ-00738-06/15 U zaminlik müqaviləsinin surətindən görünür ki, zamin İddiaçı borcverən Bank BTB qarşısında borcalan X1 MK-00738-06/15 U illik 32 faiz, 10.000 məbləğdə 18 ay müddətinə kredit müqaviləsi öhdəliklərinin tam həcmdə yeürinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bakı şəhəri 41 saylı Notariat Ofisinin 799 nömrəli, xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda 3M\04-887 reyestr nömrəsi ilə qeydə alınmış icarə müqaviləsi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 71 mant dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə əsasən Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Məhkəmə iddia tələbinin 3500 manat kirayə borcunun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş xx.xx.2014-cu il tarixli icarə müqaviləsindən də görünür ki, iddiaçı öz mülkiyyətinə olan əmlakı 5 il müddətinə cavabdehə aylıq 700 manat ödəmək şərti ilə kirayə vermişdir. İddiaçı məhkəməyə müraciət edərək sözü gedən kirayə müqaviləsi üzrə cavabdehin ilk 2 ay müddətində kira pulun ödəmiş olduğunu bildirsədə, son beş ayın pulunu ödəmədiyini bildirmiş, cavabdeh isə bunun əksinə müəyyən edən yəni kira haqqınını ödənilməsini təsdiq edən sübutları olmadığından iddia tələbi bu hissədə təmin edilməlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa məhkəmə iddia tələbinin 6779,21 ABŞ dolları məbləğində və 5100 (beş min yüz ) manat məbləğində pulun qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarından da görünür ki cavabdeh X4 ilə Bank BTB arasında kredit müqaviləsi bağlanaraq bank tərəfindən borcalana 10000 ABŞ dolları məbləğində kredit pulu verilmişdir. Sözügedən müqavilə üzrə öhdəliyini təminatı kimi isə İddiaçı ilə Bank BTB arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin sözügedən kredit müqaviləsi üzrə borcalan öhdəliyini icra etməməsi səbəbindən kredit müqaviləsi üzrə borc məbləği 6779.21 ABŞ dolları və 5100 manat pul zamin yəni hazırki mülki iş üzrə iddiaçı tərəfindən ödənmişdir. Belə olan halda zaminin borcalandan ödəmiş olduğu pulu geri tələb etmək hüququ yarandığından iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 71 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat icarə haqqı, 6779.21 (altı min yeddi yüz yetmiş doqquz dollar, iyirmi bir sent) ABŞ dolları ( ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 5100 (beş min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1935/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1935/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver